Noyabr ayı Azərbaycanın enerji sektoru üçün çox önəmli aydır. Uzun illərdir ki, ölkənin enerji həyatında ən əhəmiyyət kəsb edən hadisələr nədənsə məhz noyabrda baş verir. 1949-cu ilin 7 noyabrında Xəzərdə ilk neft yatağının istismarına başlanılıb. Bunun üstündən düz 48 il ötəndən sonra Xəzərdə ən böyük neft bloku olan «Azəri-Çıraq-Günəşli»nin işlənməsinə start verilib. Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin müqaviləsi də noyabrın 18-nə təsadüf edib. 2009-cu ilin noyabrında Azərbaycanda indiyə qədər analoqu olmayan Sumqayıt İstilik Elektrik Stansiyasının istismara verilməsi ilə yadda qalıb. Azərbaycanın Neft Akademiyası (keçmiş AZİ) da 1920-ci ilin noyabrında ilk tələbələrini qəbul etmişdi. Elə vaxtı ilə «Şah-dəniz» yatağından ilk qazın «iyi» də noyabrda gəlib.
Nə başınızı ağrıdım – hazırkı noyabrda baş verən hadisəni isə Azərbaycanın neftdən sonrakı dövrü üçün açılan bir perspektiv hesab etmək olar.
ÜMİDLƏRİ DOĞRULDAN «ÜMİD»
Noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilirdi. Bu zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirakçı olan bir-neçə jurnalistə «özəl» bir xəbər verir: 2009-cu ilin avqustundan bəri «Ümid» dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib.
Bu, bir sensasiya idi, çünki «Şah-dəniz» yatağının açılmasından sonra Xəzərdə hələ yeni qaz laylarının kəşf edilməsi olmamışdı.
Elə həmin gün əlamətdar hadisə ilə bağlı SOCAR rəhbərliyini tam tərkibdə Azərbaycan prezidenti də qəbul etdi. Onun ilk sözü faktiki olaraq bu oldu: «Ümid» ümidimizi doğrultdu.
HARADASAN AY «ÜMİD»?
«Ümid» dəniz strukturu 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.
O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir («Bulla-dəniz» yatağının 15 kilometrliyində). 1972-ci bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.
Xatırladım ki, 2009-cu ilin iyununda «Ümid» dəniz strukturunda işlərin görülməsi üçün SOCAR «Ümid» MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i «Nobel Oil Exploration & Production» (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.
2009-cu ilin avqustunda «Sahil» qazma işləri idarəsi (SOCAR-ın strukturu) «Ümid»də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan «Ümid-1» stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2-3 dəfə azaldır.
«ÜMİD»İN ƏHƏMİYYƏTİ
Bunu SOCAR rəhbərliyi ilə görüşünün yekun nitqində prezident İlham Əliyev belə səciyyələndirdi: «Mən çox şadam ki, «Ümid» yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir».
POST-NEFT DÖVRÜ
Reallıqda isə «Ümid»in kəşfi Azərbaycanın post-neft dövrü üçün açılan bir qapıdır. Ona görə ki, qazmaçılar hazırda 5-ci horizontdakı karbohidrogen ehtiyatını aşkarlayıblar (təqribən 200 milyard m3 qaz və 30-40 milyon ton kondensat). Bu isə güman verir ki, 6, 7 və 8-ci horizontlarda da «nəsə» tapmaq ümidi var. Bundan başqa, «Ümid»in yaxınlığında Azərbaycan geoloqlarının aşkar etdikləri və öz sahəsinə görə ondan 2 dəfə böyük olan «Babək» strukturunda da analoji qaz ehtiyatları aşkar etməyə ümid var. Belə olan halda yaxın 5-6 ildə Azərbaycanın az qala ikinci «Şah-dəniz»i gündəmə gəlir. Düzdür, onların işlənməsi və dünya bazarlarına çıxarılması artıq 2020-ci ildən sonranın işi hesab olunacaq, ancaq neft hasilatının getdikcə azaldığı zaman, «Ümid»in açılmasını həqiqətən Azərbaycan rəhbərliyi üçün göydəndüşmə bir hədiyyə hesab etmək olar. Axı, artıq həmin ehtiyatların dünya bazarına çıxarılması üçün üzü Qərbə yeni bir ixrac qaz kəmərinə ehtiyac duyulacaq.
Yazıdakı fikirlər müəllifin şəxsi müıahizələridir
Nə başınızı ağrıdım – hazırkı noyabrda baş verən hadisəni isə Azərbaycanın neftdən sonrakı dövrü üçün açılan bir perspektiv hesab etmək olar.
ÜMİDLƏRİ DOĞRULDAN «ÜMİD»
Noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilirdi. Bu zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirakçı olan bir-neçə jurnalistə «özəl» bir xəbər verir: 2009-cu ilin avqustundan bəri «Ümid» dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib.
Bu, bir sensasiya idi, çünki «Şah-dəniz» yatağının açılmasından sonra Xəzərdə hələ yeni qaz laylarının kəşf edilməsi olmamışdı.
Elə həmin gün əlamətdar hadisə ilə bağlı SOCAR rəhbərliyini tam tərkibdə Azərbaycan prezidenti də qəbul etdi. Onun ilk sözü faktiki olaraq bu oldu: «Ümid» ümidimizi doğrultdu.
HARADASAN AY «ÜMİD»?
«Ümid» dəniz strukturu 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.
O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir («Bulla-dəniz» yatağının 15 kilometrliyində). 1972-ci bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.
«Ümid» ümidimizi doğrultdu
1977-1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib. Sözün düzü, o dövrdə olan texnologiya ilə dərin qatlarda yerləşən məhsuldar qatları açmaq müşkül bir iş idi.Xatırladım ki, 2009-cu ilin iyununda «Ümid» dəniz strukturunda işlərin görülməsi üçün SOCAR «Ümid» MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i «Nobel Oil Exploration & Production» (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.