Keçid linkləri

Təcili xəbərlər

Bloqqerlərin işinə güzgüdən baxanda


Bloqqerlərin bir ildən artıq davam edən tarixçəsinə nöqtə qoymaq istədik, amma sual yarandı. İndi biz bu məsələyə necə dənə nöqtə qoymalıyıq?

BİR NÖQTƏ - AZAD EDİN!

İndiyədək eşidilən “Bloqqerləri azad edin!”çağırışlarını nəzərə alsaq – bir nöqtə və ya lap elə nida işarəsi ilə kifayətlənmək olardı. Axır ki, Azərbaycanda çoxmərtəbəli binaların giriş-cıxış hissəsini ifadə edən “blok”la, virtual yazı növü sayılan “bloq” arasındakı fərqi başa düşdülər.

İKİ NÖQTƏ - XULİQANLIQ..

Məsələyə Azərbaycanda xuliqanlığa qarşı mübarizə prizmasından baxsaq, nöqtələrin sayını artırmaq olardı, 1 xuliqan – bir, 2 xüluqan – 2 nöqtə. Bloqqerləri vaxtından əvvəl azad edən məhkəmələrin məntiqinə etibar etsək, bundan sonra Emin Milli Adnan Hacızadə heç vaxt öz sifətləri ilə kiminsə yumruqlarını zədələməyəcəklər.

ÜÇ NÖQTƏ - UZUNQULAQ...

Nəhayət bu hənagəməyə bütün dünyada ad alan “Donkey case” – “Uzunqulaq işi” kimi yanaşsaq, nöqtələrin sayını 3-ə qədər artırmaq lazım gələrdi.

Mətni 3 nöqtə ilə bitirəndə “nəticəni özün çıxart” demək istəyirlər.

Bizim gəldiyimiz nəticə belədir:

Əgər güzgüyə baxanda uzun qulaqlar görünmürsə, bəlkə güzgü kifayət qədər hündür deyil?

Bəs sizin gəldiyiniz nəticə necədir? Adnan və Eminin tarixçəsini neçə nöqtə ilə bitirərdiz? Fikrinizi bölüşün, asta yazan namərddir!

Yazıdakı fikirlər müəllifin şəxsi müıahizələridir
XS
SM
MD
LG