İstənilən statistikanı quru və cansıxıcı rəqəm yığını hesab edənlər çox güman ki, yanılmırlar. Amma bir ölkəni və yaxud inzibati vahidi, ya da bir cəmiyyəti, eləcə də kiçik bir strukturu statistikasız öyrənmək qeyri – mümkündür. Həm də bu statistikalar çox vaxt elə sürprizlər nümayiş etdirir ki, adam sözün əsl mənasında bundan ləzzət alır. Seçkinin başlanğıcında YAP-ın icraçı katibi dedi ki, partiyanın 500 min üzvü var. Bir aydan sonra, tele - debatlar zamanı isə məlum oldu ki, artıq partiyanın 520 min üzvü var. Deməli, bir ay ərzində partiyanın üzvlərinin sayı 20 min nəfər artıb. Çox maraqlıdır ki, maksimum təkcə YAP-ın üzvlərinin sayında müşahidə olunmayıb. Məlum olub ki, bu il əhalinin artım sürəti ən yüksək olub. Bəs əhali artımı ilə YAP-ın üzvlərinin artımı arasında hər hansı bir əlaqə varmı? Bunu iddia edə bilmərik, ancaq bu partiyanın üzvlərinin sayının necə və hansı üsulla artdığına diqqət etsək görərik ki, ola bilsin, bundan sonra doğulan körpələrə doğum haqqında şəhadətnamə ilə birlikdə həm də YAP-ın vəsiqəsini verəcəklər, çünki artıq büdcə təşkilatında çalışan və YAP üzvü olmayan adam qalmayıb. Kimsə deyə bilər ki, indi növbə qeyri – büdcə təşkilatlarında çalışanlarındır. Amma məsələ bundadır ki, qeyri – büdcə təşkilatlarında çalışanlar hakimiyyətdən daha çox asılıdır, çünki onların «zəif nöqtələri» daha çoxdur, elə buna görə də heç də istisna deyil ki, onların bir hissəsi artıq çoxdan hakim partiyanın vəsiqəsini gəzdirir... Statistikanın da zəif nöqtələri elə bununla bitmir. Hələ «analiz» etməli çox məqam var.
SEÇKİNİN STATİSTİKASI NƏ GÖSTƏRİR?
Maraqlı rəqəmlər hələ irəlidədir. Ötən parlament seçkisində neçə adam qeydə alınmışdı? Təsəvvür edin ki, 2600 nəfər! Bəs indi neçə adam qeydə alınıb? 700 - dən bir qədər artıq! İndi özünüz müqayisə edin. İki seçki arasındakı nisbət 3 - 4 dəfə təşkil edir. İndi bu ədədləri necə interpretasiya edək ki, bundan bir nəticə hasil olsun? İlk nəticə budur ki, əhalinin sayı maksimum sürətlə artsa da, siyasət və seçki ilə maraqlananların, öz taleyinə cavabdeh olmaq istəyənlərin sayı getdikcə azalmaqdadır. Ona görə də əhalinin ciddi artımını heç cür yozmaq olmur: vətəndaşların sayı artır, yoxsa təbəələrin? Dəqiq demək mümkün deyil, hər halda seçilmək istəyənlərin, fəal siyasi mövqe tutmaq fikrində olanların sayı beş ildə 3 – 4 dəfə azalırsa bu, heç bir yaxşı tendensiyadan cavab vermir. Amma bir qədər də diqqətlə nəzər yetirəndə daha bir detal nəzərə çarpır. Ötən parlament seçkisində AXCP ilə Müsavatın təmsil olunduğu «Azadlıq» blokundan neçə nəfər qeydiyyata alınmışdı? Təsəvvür edin ki, 106 nəfər! Bəs indi neçə nəfər qeydə alınıb? Haradasa 35 – 40 nəfər! Deməli, azalan təkcə seçkiyə maraq, siyasi fəallıq deyil, başqa səbəblər də var - hakimiyyətin qayçısı təkcə lentləri kəsib – doğramır, həm də seçki siyahılarını kəsir. Buna nə deyəsən? Maraqlıdır ki, ölkəyə təşrif buyuran beynəlxalq təşkilat nümayəndələri də məhz bu detallara diqqət yetirməkdənsə «seçki ərəfəsi dövrün dinc keçdiyini» deyirlər. Guya başqa seçkilər vaxtı Azərbaycanda nəsə qeyri –adi hadisələr baş verirmiş! Nə olubsa seçkidən sonra olub, bu vaxta qədər seçki ərəfəsində nəsə ciddi bir qarşıdurmanın baş verdiyini görməmişik.
«AZƏRBAYCAN GENİŞ ADDIMLARLA ADDIMLAYIR!». AMMA HARA?
Yox, hələ statistika bitməyib. Bu yaxınlarda məlum oldu ki, Neft Fonduna toplanan 40 milyard dolların artıq 20 milyardı xərclənib - bu, vəsaitin tam yarısı deməkdir. Siz öz həyatınızda neft və qaz ölkəsində yaşadığınızı hiss edirsinizmi? Ölkədəki sosial – iqtisadi inkişafı bircə cümlə ilə xarakterizə etmək olar: Sosial – iqtisadi inkişaf parklar və bir də hər yanda tikilən çoxlu Heydər Əliyev mərkəzləridir. Bu, Bakıda da belədir, rayonlarda da. Bakıda bir neçə binanın tikilişini böyük hadisə kimi qələmə verirlər. Amma digər ölkələr bir yana qalsın, Qazaxıstanda bir neçə ilə ərzində Astana kimi şəhər salındı.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Azalan təkcə seçkiyə maraq, siyasi fəallıq deyil, başqa səbəblər də var - hakimiyyətin qayçısı təkcə lentləri kəsib – doğramır, həm də seçki siyahılarını kəsir