Tarix nə vəfasızdır!
Böyük şair demişkən, «dünən dövran sürən bu gün can verir...»
Bax, Lujkovun heykəlini də artıq götürdülər...
Bu heykəl bütün Moskvalıların gözmuncuğuydu. Zurab Sereteli tərəfindən yapılmışdı, adına zarafatla «mer-dvornik» deyirdilər.
Petrovkada--Moskva Müasir İncəsənət Muzeyində saxlanılırdı.
Saxlanılırdı deyəndə ki, muzeyin girişində qoyulmuşdu.
Əlində süpürgə, ayağının altında da bir qalaq zibil. Elə o üzdən də heykəl «dvornik»- həyətsüpürən, başqa sözlə dalandar adlanırdı.
SRAĞAGÜN DƏQİQ YERİNDƏYDİ
Heykəlin hara «getməsindən» heç kimin xəbəri yoxdur. Rusiya mətbuatının yazdığına görə, muzeyin qoruyucularından biri söyləyib ki, srağagün mən növbə çəkəndə dəqiq burda idi.
Vəssalam.
Deyilənə görə, hətta muzeyin rəhbərləri də «Dalandar mer» heykəlinin harada olmasından xəbərsizdirlər...
MƏN NƏLƏR GÖRMƏDİM?
Tarix çox amansızdır!
Mən bu yarım əsri aşan ömrümdə nələr görmədim?
Yıxılan saysız –hesabsız heykəllər gördüm.
Başı bədənindən ayrılan, yerdə sürüklənən «dahi şəxslər» ayağımın altında qaldı.
Güllələnən, süngülənən heykəllər gördüm.
Hətta bu vəziyyətdə ölkələr aşaraq öz yurduna dönən heykəllərə rast gəldim.
Bütün bunlardan xofa düşən saysız adamlar tanıdım.
Stalinin heykəlini götürdülər--deyib ağlayanlar gördüm.
Leninin heykəlini yıxdılar--deyib gülənlər gördüm.
Marksın heykəli getdi--deyib susanlar gördüm.
Səddamın heykəlini uçurdular--deyib yerində donanlar gördüm.
Mən nələr görmədim ki?..
MƏN NƏLƏR EŞİTMƏDİM?
Tarix çox ədalətsizdir. Bəlkə də, bu keçici ədalətsizlikdir, bilmirəm.
«Kiminə ömür-gün yoldaşı verir.
Başqa birisinə göz yaşı verir»
Bunu ki, mən demirəm, o böyük şair deyir.
Jurnalistlik fəaliyyətim dövründə mən nələr görüb-eşitmədim?
Məhəmməd Əmin Bəyin heykəli Bakıda niyə yoxdur--deyibən üsyan edənlər gördüm.
Baş şəhərimizin üstündə niyə Koroğlunun yox, Kirovun heykəli ucalır-- pıçıldayanlar gördüm.
Niyə Əli Bəy Hüseynzadənin, Əhməd Bəy Ağaoğlunun heykəli yüz il öncə didərgin düşdükləri Bakıda qoyulmur--deyib sızıldayanlar gördüm.
Dədəm Qorqud öz qopuzuyla niyə bizimlə deyil--deyib oxuyanlar gördüm.
Və ən sonda, Müslüm Maqomayevin adına Bakıda niyə heç bir ağac da yoxdur—deyib
doluxsunanlar gördüm...
Mən nələr görüb-eşitmədim ki?..
HEYRƏTLƏNƏK, YA YOX?
Ay, gidi dünya! «Gəlimli-gedimli, son ucu ölümlü dünya!»
Qısadan-qısa insan həyatı boyu bizləri nələrə tanıq etmədin?
Bizləri nələrdən ibrət dərsi almağa səsləmədin?
Yıxılan, vurulan, lənətlənən, yağmalanan heykəllərlə bizlərə nə demək istədin?
Ancaq qəlblərdə ucalan heykəllərlə hansı gerçəyi bizlərə anlatmaq istədin?
Bəs biz bu göndərgələri, bu işarələri saf-çürük edib bir nəticə çıxardıqmı?
Əcəba, nəticə çıxardıqsa, bəs niyə qurub-yıxmaqda davam etməkdəyik?
P.S. İndi bütün bunlardan sonra Lujkovun heykəlinin itməkliyinə təəccüblənək, yoxsa yox?