Çox tez oldu, deyilmi? Elə bu yaz bu adda yazını Telman Adıgözəlov haqqında yazmışdım. Bu başlığa belə tezliklə 2 rəqəmini əlavə edəcəyimə inanmazdım.
Amma oldu. Elxan öldü...
ƏBƏDİ HEÇ NƏ YOXDUR HƏYATDA...
Hamının aksioma sandığı bu həqiqəti ötən il Elxan Əhədzadə özü Musiqili Komediya Teatrının səhnəsindən söyləmişdi - İmri Kalmanın dünya şöhrətli “İddialı qaraçı” operettasında Pali Rac obrazının dili ilə:
“Əbədi heç nə yoxdur həyatda.
Bir skripkaçı Pali Rac vardı.
İndi o da yoxdur həyatda” -- ariyasını oxumuşdu.
Və ağlına da gəlməmişdi ki, bircə ildən sonra bu ariya onun özü üçün səslənəcək...
QIRMIZI İŞIĞI GÖRMÜRDÜM!
Elxan Pali Racı--dünya operettasının bu məşhur obrazını çalışdığı teatrın rus bölməsində çoxdan oynayırdı. Ötən ilin payızında isə “İddialı qaraçı” Azərbaycan bölməsində tamaşaya qoyuldu. Elxan da bu dəfə Pali Rac obrazını özü demiş, “mükəmməl bildiyi dildə” canlandırdı. Gözəl də oynayırdı. Həm də gözəl oxuyurdu.
Yaşı 60-ı keçməsinə, dünyanın hər üzünü görməsinə baxmayaraq, səsi, yaraşığı, ovqatı yerindəydi.
İlk tamaşa günü ondan aldığım müsahibəni də yaxşı xatırlayıram. Diktofonumda saxlamışam. Tamaşanın tam halda videoyazıya alınmaması onu üzmüşdü. “Yox, dedim, televiziyalar var idi”. “Əvvəl var idi. Mənə maraqlıdır ki, niyə tamaşanı tamam çəkmədilər. Axırda baxırdım, salonda
qırmızı işığı görmürdüm- dedi- adətən, o görünür”...
BİZ ÜÇ BADAM BİR QOZA ÖYRƏŞMİŞİK?
Çox gec olduğundan yanımdakı həmkarım məsələni tezləşdirmək üçün:
--Təəssüratlarınızı bilmək istərdik”-dedi.
--Mən səhnədəydim. Təəssüratlar sizdən gəlməlidir -cavabını verdi.
. --Biz çox bəyəndik. Möhtəşəmdi! Həmişə var olun!” –dedim.
Bu sözümdən çox təsirləndi:
--Can!-dedi-- Var olsun xalqımız! Uzun illərdir deyirdilər ki, bu əsəri başa düşə bilmərik, mentalitetimizə yaddır və s. Guya biz “üç badam bir qoza” öyrəşmişik, ucuz zarafatlara gülürük, öz yumorumuz var. Sən demə, xalq hər şeyi anlayır! Tərəzisi də var, sərraf gözü də. Hər şeyin qiymətini də bilir. Bəzən zəiflikdən belə deyirlər. Çünki belə əsərləri oynamaq üçün aktyor özü də müəyyən səviyyədə olmalıdır, mədəniyyət sahibi olmalıdır.
25 YAŞLI OĞLAN KİMİYƏM!
Həmin ilk tamaşa gecəsi salona toplaşanlar onu alqışlara qərq etmişdilər. Odur ki, Elxan:
--Mən bu gün çox xoşbəxtəm, 25 yaşlı oğlan kimiyəm”-demişdi bizə--Biz bu yerdə dayanmayacağıq. Dünya səhnəsində çox məşhur əsərlər var, mən onları rus bölməsində oynamışam. Niyə biz onları öz dilimizə çevirib oynamayaq?... İrəlidə çoxlu işlər var. Əsas odur ki, sizlər var olun. Onda bizlər də xoşbəxt olacağıq--söyləmişdi.
LƏNƏTƏ GƏLMİŞ UNUTQANLIQ...
Ayrılarkən onun cib telefonunu istədim: “Sizi verilişlərimizə dəvət edəcəyəm”-dedim. Amma etmədim. Daha yaxşı zamanlara ertələdim.
Bir il keçməmiş ölüm qapının ağzını kəsdi...
TALELƏRİ DƏ BƏNZƏR OLDU
Elxanı uzaq 77-ci ildən tanıyırdım. Telmanla da, Elxanla da o zamanlar tək olan televiziyada tələbə-gənclik verilişlərinə qatılardıq.
Elxanla Telman ayrılmaz dost idilər. Xasiyyətləri də bir-birinə bənzəyərdi. Deyən-gülən, enerjili, həyat dolu...
Elə sonları da bir-birinə çox bənzədi.
İkisi də layiq olduğu qiyməti almadı.
İkisi də ömürlərini yaratdıqları obrazlardan, böyütdükləri övladlardan nigaran bitirdi.
İkisi də illərlə çalışdıqları teatrdan yox, yaşadıqları mənzillərindən uğurlandı.
İkisi də bu işıqlı dünyayla səssiz-səmirsiz vidalaşdı.
İkisi də sevənlərindən nisgilli ayrıldı.
İkisi də sevənlərini nisgildə buraxdı.
Və nəhayət, ikisi də bütün ömürlərini bir qarın çörəyə işlədi...
İndi siz deyin, bütün bunlardan sonra mən bu yazını “Arzusu gözündə qalanlar” adlandırmayım, bəs nə adlandırım?
P.S. Dayanın! Bilin ki, mən “Arzusu gözündə qalanlar-3”-ün müəllifi olmaq istəməzdim...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.