Müxalifət düşərgəsində təmərküzləşmə prosesi hələ başa çatmasa da, indidən aydındır ki, müxalifət seçkiyə bir blokla getməyəcək, hazırda siyasi səhnədə ən azı iki blokun konturları var – bunlar AXCP – Müsavat və ALP – VİP bloklarıdır. Amma bu da hələ son deyil. İndi cızılmış siyasi kontur kənarında hələ xeyli partiya və müstəqil siyasətçi var. Amma prinsipcə bir möhtəşəm siyasi blok da bütün müxalifəti əhatə edə bilərdi. Əgər belə bir blok yaransaydı, müxalifətin birliyi ilə bağlı bütün söz – söhbətlərə birdəfəlik son qoymaq olardı. Fəqət, belə bir birlik bu vaxta qədər ancaq bəzi müstəqil ziyalıların təsəvvüründə olub və bu vaxta qədər elə təsəvvür kimi də qalıb.
Düzdür, ölkə siyasətinin tarixində hətta altmışdan çox təşkilatı əhatə edən siyasi birliklər olub, ancaq söhbət seçkiyə gələndə, seçkidən düşəndə bir qayda olaraq bu ədəd xeyli kiçilib, siyasi spektrin əhatəsi daralıb... Bəlkə də, seçki ilə bağlı məsələlərin bu qədər detallarına getməmək olardı. Amma bu suallar, suallar – onlar rahatlıq vermir.
NİYƏ SAĞLARIN, SOLLARIN BLOKU YARANMIR?
Bütün dünyada siyasi bloklar adətən yekcins «rəng»ə malik olur. Bir qayda olaraq sağların və solların ayrı-ayrı bloklarda birləşməsi mümkün olur.
İndi siyasi spektrin sağında problem yoxdur – ölkədə siyasi partiyaları ideoloji baxımdan təsnif etmək çətin olsa da, əksər partiyalar özünü sağ – mərkəzçi cinaha aid edirlər. Bəlkə də, əksər partiyaların sağ – mərkəzçi cinaha aid olmasının nəticəsidir ki, partiyalar ideoloji spektrə, mövcud hakimiyyətə münasibətinə görə deyil, ekzotik platformalara – məsələn, «Rəsulzadə – Elçibəy yolu»na «aid olma»ları ilə birləşirlər.
Prinsipcə, indi elə bir vaxtdır ki, bütün partiyalar özlərini istiqlalçı və hürriyyətçi hesab edirlər və təsadüfi deyil ki, belə irrasional platformalar həm digər siyasətçilər arasında, həm də müstəqil adamlar arasında müəyyən anlaşılmazlıqlara səbəb olur.
İnsanlar ötən parlament seçkisində özlərini «Azadlıq» bloku adlandıran qüvvələrin indi birdən – birə «Rəsulzadə – Elçibəy» bloku adlandırılmasını bir o qədər də asan dərk etmirlər.
Sollara gəldikdə isə bu hakimiyyət ölkədə güclü solçu blokun, ümumiyyətlə, güclü solçu partiyaların mövcud olması üçün nə mümkündürsə, hamısını edib – sosial bərabərsizlik, milli sərvətlərin və ümummilli gəlirin ədalətsiz bölgüsü, kasıbçılıq, hüquqsuzluq elə dəhşətli həddə çatıb ki, solçu siyasi qüvvələr üçün fəaliyyət üçün böyük imkan var.
Amma reallıq bizi təəssüfləndirir. Solçu qüvvələr, demək olar ki, yoxdur və yaxud da cüzi qədərdir. Olanlar da ya «müstəqil politoloq»luq edir, ya da ki, eks - prezident A.Mütəllibovun «vətənə dönüşü»nü təmin etməyə çalışırlar.
Söz yox, kim nəyi bacarırsa, onu edir, amma solçu partiyalar indikindən qat – qat güclü ola bilərdilər, təbii ki, əgər bunu istəsəydilər.
SAĞLARIN BİRLİYİNİN BİR İNCƏ DETALI HAQDA
Prinsipcə, bunu qeyd etməmək olardı. Amma siyasətdən, onun analizindən söhbət gedirsə, hər şey tam olmalıdır. Gizli deyil ki, indi ən çox izlənən və diqqətdə olan ən böyük sağçı blok AXCP – Müsavat siyasi blokudur, bunu etiraf etmək lazımdır. Amma bu blok hətta indiki formul çərçivəsində belə daha böyük ola bilərdi. Söhbət nədən gedir? Birləşmək qərarı verməmişdən AXCP-nin də, Müsavatın da ətrafında partiyalar var idi. Müsavat əvvəldən birliyin ancaq Müsavatla AXCP arasında formalaşmasını təkid edirdi. Son nəticədə AXCP etiraf etmək lazımdır ki, Müsavatın təzyiqinə davam gətirə bilməyərək müttəfiqlərindən əl çəkdi. Amma Müsavat özü müttəfiqləri ilə üzülüşmədi, DUİ-nin namizədlərini də öz siyahısına daxil etdi. Prinsipcə, AXCP də belə edə bilərdi və bu ideya təklif olunmuşdu. Bu halda daha çox partiyanı əhatə edən birlik yaranardı. Amma, necə deyərlər, keçənə güzəşt deyərlər.
SÖZARDI
İndi yenə də birlikdən danışdıq. Amma birlik məqsəd deyil, məqsədə aparan yol, vasitədir. Əsas nəticə isə hələ qabaqdadır. Görək, nə olur...

Hakimiyyət ölkədə güclü solçu blokun, ümumiyyətlə, güclü solçu partiyaların mövcud olması üçün nə mümkündürsə, hamısını edib