Bu yaxınlarda İlham Əliyev Mətbuat şurasını ziyarət edəndə dedi ki, siyasətdə mətbuatdan sui-istifadə yollarına yaxşı bələddir.
Misal da gətirdi, bəs, mətbuat şayiəni atır ortalığa, sonra onun müzakirəsinə başlayır və nəticədə şayiə dönür olur «həqiqət».
İlham müəllim böyük ehtimalla müxalifət qəzetlərinin bostanına daş atırdı.
«MİXAYLO» EFFEKTİ
Çünki son illər hər dəfə mətbuat azadlığından söhbət düşəndə İlham Əliyevin daxili və xarici siyasətini tamamilə dəstəkləyən şəxslər məhz müxalifət qəzetlərini yada və hətta ələ salırlar ki, bu qəzetlər tez-tez hansısa naziri «işdən çıxarır», buna baxmayaraq «həmişəyaşıl» nazirlərimiz, həmdillullah Nuh necə görmüşsə, eyləcə vəzifələrində saç ağardırlar.
Həqiqətən də, «Mixaylo effekti» tənqidi mətbuata başıucalıq gətirməyən təzahürlərdən biridir.
Amma, öz aramızdı, Azərbaycanın rəsmi ideologiyasının başı da xüsusi ucalıqla seçilmir - şayiə də olmasa, azından miflərlə doludur.
SENZURA MİFİ
Məsələn, elə İlham Əliyevin həmin çıxışında dediyi fikri götürək: «1998-ci ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi».
Bu fikirdə bir həqiqət var ki, Azərbaycan ilkin olub. Lakin bunun bir əmması var ki, elə yeganə də MDB dövləti olaraq qalıb. Çünki, rəsmi senzura – Qlavlit (Mətbuatda dövlət sirrlərinin mühafizəsi idarəsi) Qorbaçov vaxtında bütün SSRİ ərazisində ləğv ediləndən sonra Azərbaycandan başqa heç bir respublika onu yenidən bərpa etməmişdi. Hətta Orta Asiya ölkələrində belə bir qurum mövcud olmayıb, həyata keçirilən senzura isə (bəzilərində indiyə qədər) qeyri-formal şəkildə tətbiq olunurdu.
ANA DİLİ MİFİ
Və yaxud «Ancaq Azərbaycanda» silsiləsindən başqa misal. Heydər Əliyev Azərbaycan SSR-nin Konstitusiyasına «Azərbaycan dilinin dövlət dili statusu haqda» bənd daxil elədi və, guya, başqa respublikalarda belə bir «millilik» fenomeni olmayıb.
Bu da bir mifdir. Ən azından Ermənistanda və Gürcüstanda milli qanunlarda yerli dilə dövlət statusu Azərbaycandan qat-qat qabaq verilib. Mən hələ Baltikyanı respublikaları demirəm.
Vallah, adamın heç inanmağı da gəlmir ki, vaxtilə Azərbaycanda ən populyar fakultə TARİX fakultəsi olub.
Sizin necə, Azərbaycan mətbuatında dolaşan şaiyə və miflərə misalınız var?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir