ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger qəribə bir qanun imzalayıb. Bu qanun satılan toyuq yumurtalarının keyfiyyəti ilə bağlı tələbləri müəyyənləşdirib.
Beləliklə, 2015-ci il yanvarın 1-dən ştatın ərazisindəki mağazalarda ancaq xöşbəxt toyuqların yumurtaları satılacaq!
XOŞBƏXT TOYUQLARIN HANSI HÜQUQLARI VAR?
Hə, qanunda deyilir ki, toyuqlar komfort şəraitdə saxlanılmalı və yaşayarkən qanadları yaşadığı qəfəsə dəyməməlidir!
Bir də qəfəs o qədər geniş olmalıdır ki, toyuqların rahatca yayılıb-yayxanmaq imkanı olsun.
ARNOLD ŞVARTSNEGERLƏ TAM RAZIYAM!
O üzdən ki, ancaq xoşbəxt toyuqların yumurtaları xoşbəxt millət yetişdirər.
O üzdən ki, ancaq xoşbəxt toyuqların yumurtasından xoşbəxt cücə çıxa bilər.
O üzdən ki, əsrlərdir qanadları qəfəsə dəyə-dəyə yaşayır, sevib-sevilir, çoxalıb-artırıq.
O üzdən də xoşbəxt ola bilmirik!
Biz illərdir uzanmaq imkanına malik deyilik.
Elə ayaqüstə yaşayır, yay-qış bilmədən çalışır, uzanmaq üçün rahat yer tapa bilmirik.
O üzdən də xoşbəxt deyilik.
Ata-analarımız da xoşbəxt deyildilər.
Şəxsən mən həmişə valideynlərimi onların halına acıyaraq xatırlayıram...
(Övladlarımın da məni belə xatırlamasını heç istəmirəm...)
Elə bu səbəbdəndir ki, döğduğumuz, böyütdüyümüz, heç nəyimizi əsirgəmədiyimiz övladlarımız da xoşbəxt ola bilmirlər...
BƏS ÇARƏ NƏDİR?
Bu işin bircə çarəsi var: Milli Məclisdə Xoşbəxtlik haqqında Qanun hazırlamaq.
O Qanunda hər şey əks olunmalıdır.
Xoşbəxt anaların xoşbəxt övlad doğmalarından bəhs olunmalıdır.
Xoşbəxt ataların qarşısına hansı tələblər qoyulmasından danışılmalıdır.
O Qanunda xoşbəxt anaların qanadlarının harayacan çata bilmə radiusu yazılmalıdır.
O Qanunda xoşbəxt ataların manevr imkanı (keçə bilməyəcəyi «qırmızı cizgilər») tam göstərilməlidir.
VƏ...bu radiusu, bu imkanı aşa bilməyənlər valideynlik hüququndan məhrum edilməlidir!
Düz sözümdür.
Xoşbəxtlik haqqında Dövlət Qanununda bu tələb kimi qoyulmalıdır!
Və xoşbəxtliyin tələbləri maddə-maddə, bənd-bənd yazılmalıdır.
Bax, onda bizdə də xoşbəxt, qayğısız, necə edim-neyləyim, necə yaşayım ki, uşağımın qarşısında gözükölgəli olmayım, necə edim ki, ölümü rahatlıqla qarşılayım deyərək yaşayan nəsillər yetişməyəcək.
Onda xoşbəxt toyuqların yumurtaları da xoşbəxt olacaq.
Onu yeyib-böyüyənlər də!
Nə deyirsiniz? Bəlkə payız sessiyasında Xoşbəxtlik haqqında Qanun layihəsini müzakirəyə çıxaraq?!