Hətta dünya da bizim hakimiyyətin təmsilçilərinin təsəvvüründə başqa ölçü və məzmun kəsb etməkdədir – yerli məsələlər bir tərəfə, onlar hətta dünya haqqındakı təsəvvürlərini, «arzular»ını belə bizə aşılamaq istəyirlər.
«Bütün dünya belə düşünmür. Siz – Haraşti dünya demək deyil. Biz bu məsələlərin haradan idarə olunduğunu bilirik».
Bunu da Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu günlərdə Bakıda keçirilən bir seminarda ona ünvanlanan çoxsaylı suallara cavab verərkən deyib.
DÜNYA NƏ DEMƏKDİR?
Həqiqətən də qəribə məntiqdir. Avropa Şurası dünya demək deyil, ATƏT dünya deyil, nüfuzlu beynəlxalq təşkilatlar dünya demək deyil, ən məşhur qəzetlər, dərgilər dünya demək deyil! Bəs onda dünya nə deməkdir? Bəlkə dünya təkcə MDB, İran və ərəb ölkələri deməkdir?
Sözsüz, bu dünyada hamı bütün məsələlərdən, o cümlədən bizim ölkənin problemlərindən agah deyil, bütün başqa məsələlərdə olduğu kimi burada da bir ixtisaslaşma var – bir qayda olaraq problemlərə bələd olan insanların rəyi əsas götürülür. Təsadüfi deyil ki, bütün təşkilatlar hər hansı problemi araşdırarkən onunla bağlı məruzəçi təyin edir və müvafiq münasibət və rəy formalaşdırarkən bunları əsas götürürlər. Dünyada artıq özünü təsdiq etmiş təşkilatlar və insanlar var. Demokratiya və insan haqlarından söhbət gedərkən Moskvanın münasibətini və yaxud özbəkistanlı müşahidəçilərin rəyini deyil, məsələn, ABŞ Dövlət Departamentinin hesabatlarını əsas götürürlər, iqtisadiyyatla bağlı Dünya Bankının və BVF-nun araşdırmalarına baxırlar, təhlükəsizlik məsələlərindən söhbət düşəndə nəzərlər NATO-nun ekspertlərinə və bu təşkilatın reaksiyasına yönəlir - bu, o qədər sadə, bəsit həqiqətdir ki, onu inkar etmək dünya siyasətinə və dünyadakı proseslərə bələd olmamağa bərabərdir.
NƏ YAXŞI Kİ DÜNYADA İNTERNETƏ MƏHDUDİYYƏT YOXDUR!
Bəli, əks təqdirdə yeni qadağalar yaşamalı olardıq – hakimiyyət, hələ ki, belə qadağaları planlaşdırmadığına bizi əmin edir. Amma artıq bu ölkə də internetdəki fəaliyyətinə görə cəzalandırılanlar var.
Eynulla Fətullayev ilk dəfə «internet forumunda səsləndiridiyi fikrə görə» cəzalandırlmışdı, baxmayaraq ki, o, bu fikrin ona məxsus olduğunu inkar edirdi.
İki bloqqer rəsmən başqa maddələrlə məhkum olunsalar da, hamıya məlumdur ki, onlar məhz internetdəki fəaliyyətlərinə görə bu cəzaya məruz qalıblar.
Bir sözlə, Azərbaycanda hətta internet də hökumət adamlarının iddiasına rəğmən təhlükəsiz deyil.
İnternet radiolarının və televizayalarının lisenziyalaşdırılmasına gəldikdə isə bu fikir və onun yaratdığı narahatlıq da o qədər də əsassız deyil, hökumət adamları bir neçə dəfə bununla bağlı fikirlər səsləndiriblər, əsasən internet televiziyalarının lisenziyalaşdırılmasından söhbət gedib. İndi bunu inkar edirlər. Olsun. Amma təminat varmı ki, bir gün həmin adamlar bununla bağlı artıq indidən narahatlıq keçirənlərə də «dünya təkcə sizdən ibarət deyil» deməyəcək?
HAKİMİYYƏT JURNALİSTLƏRİ NƏ VAXT PEŞƏKAR HESAB EDƏCƏK?
Yenə də qəribə məntiq! Digər fəaliyyət sahələri kimi jurnalistika da peşədir. İnstənilən peşədə isə peşəkarlaşmaq sonsuzluğa qədər davam edən prosesdir – heç kim deyə bilməz ki, mən artıq kamil peşəkaram, hamı ömrünün axırına kimi öyrənir, araşdırır və axtarır.
Üstəlik, jurnalist peşəsinin mayasında bir risq var – təəssüf ki, jurnalistə heç də həmişə bütün faktları tam şəkildə araşıdrmaq müyyəssər olmur, əks təqdirdə jurnalistika təhqiqat orqanı olardı. Bu baxımdan hamı səhv edə bilər və heç kim bundan birdəfəlik sığortalanmayıb.
Amma nə edəsən ki, hakimiyyət diffamasiya ilə bağlı qanunun qəbul edilməməsini məhz bununla bağlayır və jurnalistlərin hələ peşəkar olmadığını əsas gətirir. Hətta onları belə fakt da rahatlaşdırmır ki, təqib etmək və cəzalandırmaq istədikləri jurnalistləri başqa maddələrlə məsuliyyətə cəlb edə bilirlər – son dövrdə məsuliyyətə cəlb edilən jurnalistlərin hamısı başqa maddələrlə həbs ediliblər.
Görünür, bu fakt da onlar üçün yetərli deyil. Hiss olunur ki, bu məsələ hələ də ciddi «senzura rıçağı» rolunu oynayır – axı təsadüf və bəzən də şərait bütün jurnalistləri narkoman, xuliqan və terrorçu kimi həbs etməyə imkan vermir! Əks təqdirdə onlar diffamasiya ilə bağlı qanunu qəbul edər və bununla da söz- söhbətə son qoyardılar, amma necə deyərlər, «şərait» və maraqlar imkan vermir.
«Bütün dünya belə düşünmür. Siz – Haraşti dünya demək deyil. Biz bu məsələlərin haradan idarə olunduğunu bilirik».
Bunu da Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu günlərdə Bakıda keçirilən bir seminarda ona ünvanlanan çoxsaylı suallara cavab verərkən deyib.
DÜNYA NƏ DEMƏKDİR?
Demokratiya və insan haqlarından söhbət gedərkən Moskvanın münasibətini və yaxud özbəkistanlı müşahidəçilərin rəyini deyil, məsələn, ABŞ Dövlət Departamentinin hesabatlarını əsas götürürlər