Keçid linkləri

Təcili xəbərlər

MTN dünya çempionatına baxanları izləyir


Coğrafiya imtahanında sual: “Kot d`İvuar harada yerləşir?” Şagird cavab verir: “G qrupunda” Bu hadisə zarafat olsa da, dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycan məktəbində də baş verə bilər.



Futbol üzrə dünya çempionatının insanlara təsiri biz təsəvvür etdiyimizdən də böyükdür.

Bu gün orta yaşlı bir adamın maşın bazarına gedib onlarla istehsalçılar arasından məhz “Opel”i seçməsi ola bilər ki, onun vaxtilə sevimli futbol oyunçusunun yaxasında gördüyü yazının təsiridir.

Azərbaycanın “Eurovision” təmsilçiliyinə milyonlarla pul xərcləyənlərin əsas arqumenti “ölkənin dünyada tanıtdırılmasıdır”.

Amma bu arqumentin ən yaxşı ifası elə futbol ola bilərdi. Mahnıların, şlyagerlərin bir xüsusiyyəti var – tezliklə unudulur. Amma insanlar 50 il qabaq futbol meydanında baş verənləri bütün detalları ilə xatırlayırlar.

Məsəslən, FİFA-2010 yarışının açılış oyununa hakimin Rövşən İmratov təyin olunması onun təmsil etdiyi ölkəni – Özbəkistanı nə qədər adamın yaddaşına həkk edəcək. Bu bacaraqlı hakim final oyununu da idarə etsə, unudun İskam Kərimovu. Milyonların yaddaşında Özbəkistan İmratovun adı ilə assosiasiya olacaq.

Odur ki, Eurivison məbləğini əfsanəvi Tofiq Bəhramovun vətənində bacaraqlı futbol hakiminin yetişdirilməsinə xərcləməklə Azərbaycanı dünyada daha effektiv təbliğ etmək olardı.

Rövşən və Eurovision deyəndə adamın ağlına MTN də gəlir. Amma futbol üzrə dünya çempionatını izləyənlər üçün ötən yay Eurovisinda yaşanan qalmaqalı xatırlamağa ehtiyac yoxdur, əsla.

MTN logosu bütün oyunlar boyu gözünü zilləyib azarkeşlərə. Doğrudur, MTN milli təhlükəsizlik nazirliyi yox, Cənubi Afrikanın “Azercell”i olan telekommunokasiya şirkətidir.

Amma Azərbaycan azarkeşinin təxəyyülündə bu hərflərin ancaq bir mənası var:

“Tsss. Bu, telefon söhbəti deyil!”

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrdir
XS
SM
MD
LG