Keçid linkləri

Təcili xəbərlər

Obamadan bir cümləlik ümid


ABŞ prezidenti Barak Obama İlham Əliyevə ünvanlanan bir məktubu ilə sanki Azərbaycan siyasətinə impuls verdi. İndi hər iki düşərgədə – həm müxalifət, həm də hakimiyyət düşərgəsində məktub müzakirə olunur və təbii ki, müxtəlif mövqelərdən yozulur.

Hakim dairə buna iki ölkə arasında bir müddət davam edən soyuqluğun aradan qaldırılması cəhdi və hətta bir növ barışıq məktubu kimi baxır.

MÜXALİFƏTİ İSƏ HƏYƏCANLANDIRAN
Azərbaycandakı hakimiyyət siyasətə özünün şəriksiz sferası kimi baxır

detal məktubda iki dövlət arasındakı münasibətlərdə «ciddi problemlərin» mövcud olduğunun etiraf edilməsidir.

ABŞ-ın nəzər nöqtəsindən burada ziddiyyətli heç nə yoxdur, məktub həm hakimiyyətə, həm də müxalifətə işarədir, baxmayaraq ki, azərbaycanlılar burada müəyyən ziddiyyətlər axtarırlar.

HAKİMİYYƏTİN ŞƏRİKSİZ SİYASƏT SFERASI ANLAYIŞI


Amma demokratik dünyagörüşü prizmasından hər şey qaydasındadır və burada demokratik mentaliteti unutmaq lazım deyil, çünki demokratik dövlətlər bir ölkənin siyasətinə heç vaxtı sırf hakimiyyət və yaxud müxalifət rakursundan baxmırlar, onlar siyasəti kompleks halda götürürlər. O, başqa məsələdir ki, Azərbaycandakı hakimiyyət belə yanaşmanı sevmir, siyasətə özünün şəriksiz sferası kimi baxır.

Bir detalı da qeyd etmək lazımdır. Etiraz oluna bilər ki, məktubda bilavasitə müxalifətin adı çəkilmir və hətta onunla bağlı birbaşa işarə belə yoxdur. Düzdür. Amma Azərbaycanla ABŞ arasındakı «mövcud problemlər» geosiyasi təbiətə malik ola bilməz və daha çox daxili siyasətlə bağlıdır. Çünki sırf geosiyasi aspektdən iki dövlət arasında müəyyən kiçik problemlər yaşansa da, ABŞ-ı ən çox narazı salan daxili siyasətdəki problemlərdir.

Xaricdə insanlar Azərbaycan jurnalistlərinin azad olunması üçün aksiyalar keçirirlər. Məgər bu, azdır? Xəbərlər yayılır, informasiyalar ötürülür, beynəlxalq təşkilatlar durmadan öz bəyanatlarını və tələblərini yayırlar! Axı, əvvəllər bu, yox idi!
Bəs belə olan təqdirdə, ölkə müxalifəti, demokratiya tərəfdarları nəyəsə ümid edə bilərlərmi?

MƏKTUB MÜXALİFƏTƏ KART – BLANŞ VERİRMİ?

Dünya parktikasında sülhə məcburetmə praktikası olsa da, demokratiyaya məcbur etmə təcrübəsi yoxdur. Bunun əvəzində isə geniş beynəlxalq qınaq mexanizmi var.

Azərbaycana qarşı faktiki olaraq bu, tətbiq olunur – böyük dövlətlər öz hesabatları və diplomatik siyasətləri ilə, beynəlxalq təşkilat və institutlar isə müxtəlif bəyanatları və aksiyaları ilə Azərbaycan hökumətinə təsir etməyə çalışırlar ki, o, insan haqlarının və demokratiyanın pozulması hallarının qarşısını alsın. Azərbaycan hökuməti isə buna bir qayda olaraq məhəl qoymur və özünü hifz etmək üçün geosiyasi dreyfə üstünlük verir - Rusiya və İranla daha yaxın münasibətlər qurur. Belə olan təqdirdə qınaq mexanizmləri müəyyən qədər öz effektivliyini itirir, elə ABŞ-ı da narahat edən, ardıcıl siyasət yürütməyə imkan verməyən budur.

Müxalifətə gəldikdə isə qeyd etmək lazımdır ki, bu il seçki ilidir və əvvəlki seçkilərin demək olar ki, heç birində Azərbaycan hökuməti indiki qədər qınağa və tənqidə məruz qalmamışdı. Təbii ki, bütün bunlar, hələ ki, ölkə siyasətində ciddi dəyişikliklərə səbəb olmayıb, MSK və bütünlükdə siyasət olduğu kimi qalır. Amma müxalifətin özəl problemləri də öz həllini tapa bilməyib. Söhbət nədən gedir?

BİRLİK YENƏ DƏ PROBLEM OLARAQ QALIR

Başqalarından fərqli olaraq etiraf edək ki, müxalif düşərgənin əsas problem və qayğısı birlik deyil, seçkilərin demokratik keçirilməməsidir, demokratik seçki keçirilsəydi effektiv birlik və əməkdaşlıq formulları da heç bir problem olmadan tapılardı.

Amma nə etmək olar? Müxalifətin hamısı olmasa da böyük bir seqmenti yenə də birləşməyin əsas problem olduğunu vurğulayır. İndi də ən çox ziddiyyət «Azadlıq» bloku ilə Müsavat partiyası arasında yaşanır. «Azadlıq» blokunun nüvəsini təşkil edən AXCP həmişə Müsavatı ətrafına kiçik partiyaları toplmaqda, birbaşa dialoqa getməməkdə qınayırdı. İndi vəziyyət inversiya olunub, Müsavat AXCP-ni birbaşa dialoqa getməməkdə qınayır.

Vəziyyət belədir və çıxış yolu kimi təklif edilən bütün formullar hələki qəbul olunmur. Bəs problem necə həll olunacaq?

TƏNHALIQDAN QURTULUŞ

Seçkiyə bir neçə ay qalıb. Problem, təbii ki, hansısa formada çözüləcək. Amma əsas bu deyil, odur ki, demokratiya fəalları, müxalifətçilər əvvəlki vaxtlarda olduğu kimi özlərini yalqız hesab etmirlər, artıq üzücü tənhalıq dövrü bitib, böyük dəstək və anlaşma var – Azərbaycanın problemləri daha «akademik və abstrakt» məzmun kəsb etmir. Xaricdə insanlar Azərbaycan jurnalistlərinin azad olunması üçün aksiyalar keçirirlər. Məgər bu, azdır?
Xəbərlər yayılır, informasiyalar ötürülür, beynəlxalq təşkilatlar durmadan öz bəyanatlarını və tələblərini yayırlar! Axı, əvvəllər bu, yox idi!..

Ən son yazılan

XS
SM
MD
LG