İyunun 8-də parlamentin müzakirəsinə ciddi bir məsələ çıxarılır. Söhbət Azərbaycan Respublikasının hərbi doktrinasının layihəsindən gedir.
Azərbaycanda hər ciddi məsələ çox çətinliklə başa gəlir və elə buna görə də bütün ciddi məsələlərin öz tarixçəsi olur. Hərbi doktrinanın da tarixi 1995-ci ildən başlayır. O vaxt müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdu.
Konstitusiyada bir çox gözəl sözlərlə bahəm o da yazılmışdı ki, ölkə prezidenti parlamentə hərbi doktrina layihəsini təqdim edir və parlament də öz növbəsində onu müzakirə edib qəbul edir.
İlk baxışda hər şey çox sadə idi: prezidentin öhdəliyi və parlamentin funksiyası dəqiq ifadə edilmişdi. Düzdür, dəqiq tarix – filan yox idi. Amma prezidentlik müddəti beş il nəzərdə tutulduğundan bunun 1998-ci ilə, ən pis halda isə yeni seçkilərdən sonra – 2003-cü ilə qədər həyata keçirilməsini gözləmək mümkün idi.
Amma nə o vaxt, nə də sonra bu, baş tutmadı. Beləcə, düz on beş il gözləmək lazım gəldi.
Ötən müddət ərzində müxtəlif insanlar problemi aktuallaşdırmağa cəhd etmişdi. Amma hər dəfə belə cavab verilirdi ki, bizim müdafiə siyasətimiz qaydasındadır, ordumuz güclənir, təchizatı yaxşılaşır. Sanki bütün bunlar hərbi doktrinanın yoxluğuna bəraət qazandırmaq iqtidarında idi. Nə isə.
Necə deyərlər, keçənə güzəşt deyərlər. On beş ildən sonra olsa da bu işə baş qoşulubsa, bu da yaxşı haldır.
DOKTRİNA NƏ ÜÇÜN LAZIMDIR?
Azərbaycanlı insanı artıq 1995-ci ilin insanı deyil. Həmin vaxt dövlət yeni qurulurdu, ona görə də bir çox insanlara dövlətçiliklə bağlı bəzi məsələlər, terminlər aydın deyildi, çox az adam - hərb elminə və politologiyaya yaxın adamlar bunu bilirdi.
İndi 2010 –cu ildir. Ona görə də sadəcə qeyd edək ki, hərbi doktrina dövlətin müdafiə siyasətinin və strategiyasının əsas prinsip və vəzifələrini, ordu quruculuğunun əsas taktiki-strateji tərəflərini, dövlətin hərbi inteqrasiyaya və hərbi bloklara münasibətini müəyyənləşdirən mühüm sənəddir.
Bəzən deyirlər ki, milli təhlükəsizlik konsepsiyası və yaxud xarici siyasət konsepsiyası varsa, hərbi doktrinaya nə ehtiyac var? Amma belə deyil. Məsələn, milli təhlükəsizlik konsepsiyası daha geniş məsələləri əhatə edirsə, hərbi doktorina ancaq müdafiə siyasəti ilə bağlıdır.
DOKTRİNANIN QƏBULU NİYƏ GECİKDİ?
Dövlətin adından qəbul edilən və yayılan istənilən sənəd məsuliyyətlidir.
Çox güman ki, bu gecikmə də məhz həmin məsuliyyətlə bağlıdır. Söhbət nədən gedir? Doktrinada hərbi müttəfiqlərin və rəqiblərin adı çəkilməli, hərbi bloklara münasibət bildirilməlidir.
Azərbaycan hakimiyyəti isə həmişə birmənalı münasibətdən yayınır, daha çox «balanslaşdırılmış» siyasətə və ifadələrə üstünlük verir.
Ehtimal ki, ötən on beş il daha axımlı ifadələr tapmağa, konkretlikdən yayınmağa sərf edilib.
Təhlükəsizlik Konsepsiyası ilə bağlı da belə oldu, daha çox ümumi ifadələrə və məhfumlara üstünlük verildi. Həmin konsepsiyanın müzakirəsi zamanı vəziyyətdən çıxmaq üçün hakimiyyətə yaxın deputatlardan biri etiraf etməli oldu ki, real siyasət hər hansı sənəddən və konsepsiyadan daha zəngin və məzmunludur. Amma müşahidələr və təcrübə göstərir ki, heç real siyasətdə də hər hansı zəngin çalar hiss olunmur, elə sənəddə necə yazılıbsa, real həyatda da yayğın və axımlı siyasətdən istifadə olunur.
İLK DOKTRİNA NƏ VƏD EDİR?
İndi çox mürəkkəb vaxtdır. Özünün ikinci hərbi doktrinasını qəbul etmiş Rusiya əsas vəzifələrindən biri kimi keçmiş sovet respublikalarının NATO-ya inteqrasiyasının qarşısını almağı və Şimal Alyansını öz sərhədlərinə yaxın buraxmamağı görür.
Ukraynada yeni seçilmiş prezident özünün əsas bəyanatlarını ölkəsinin NATO-ya üzv olmayacağı haqda vədlərə həsr edib.
Elə bu səbəbdən çox güman ki, ilk doktrina NATO- ya münasibətdə ciddi yeniliyə və münasibətə səbəb olmayacaq.
Digər ciddi məsələ isə ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilə bilməsinə münasibətdir. Layihədə bu detal iki yozumda verilib, bir tərəfdən bu istisna edilir, digər tərəfdən isə məqbul hesab edilir.
İndi Azərbaycanın ərazisində xarici hərbi baza yoxdur, Qəbələ-RLS isə analitik mərkəz hesab edilir. Rusiya isə lap əvvəldən də, elə indi də çalışır ki, sonuncuya hərbi baza statusu versin. Ona görə də xarici hərbi bazalara münasibətin birmənalı olmamasını məhz bu detalla bağlayırlar. Amma hakimiyyətə yaxın adamlar bunun daha çox ehtiyat variantı kimi nəzərdə tutulduğunu və gələcəkdə dəyişə bilən situasiyaya uyğunlaşmaq cəhdi kimi yozurlar. Ola bilsin ki, belədir. Amma Azərbaycana özünün təhlükəsizlik çətirini düzgün müəyyənləşdirməyə ehtiyac var. Bu məsələdə hər hansı səhv və tələskənlik elə milli təhlükəsizliyin özü üçün ciddi təhdid ola bilər.

Doktrinada hərbi müttəfiqlərin və rəqiblərin adı çəkilməli, hərbi bloklara münasibət bildirilməlidir. Azərbaycan hakimiyyəti isə həmişə birmənalı münasibətdən yayınır, daha çox «balanslaşdırılmış» siyasətə və ifadələrə üstünlük verir