Əgər bu başlığı 20-30 il öncə yazsaydım, yəqin ki, həmən cavabını alardım. Sovetlərin o böyük şairinin məşhur dramındakı şahla şairin dialoqunu kim əzbər bilmirdi ki? Dialoq bir yana, «Vaqif» dramını bütövlükdə əzbər deyənlərin olduğunu söyləyirdilər.
«VAQİF»DƏN «KOROĞLU»YA...EYNİ İLDƏ!
Gülməlidir, deyilmi? İstər «Koroğlu» operasının, istər «Vaqif» dramının yazılma tarixinə baxanda, adamı üşütmə tutur. Aşağı-yuxarı 37 rəqəmi ilə damğalanmış bu qara illər şairə, bəstəkara necə ilham verə bilirmiş, görəsən?
Ətrafda ölüm-dirim qorxusu, hər gecə yaşanan gedər-gəlməz xofu, yaxınlarının, dostlarının bir-bir sıradan çıxarılmasını görmək və yazıb- yaratmaq hər adamın işi deyil...
ÇƏNLİBEL VƏTƏNMİŞ!
Bəlkə Üzeyirbəy elə xalqı, milləti bu dərddən, bu işğaldan qurtarmaq üçün, onu qəflət yuxusundan ayıltmaq üçün «Koroğlu» operasını yazıbmış?
Bəlkə ağ atlı oğlan sorağındaymış dahi bəstəkarımız?!
Bəlkə İşğal altında olan Vətənini Çənlibel kimi azad görmək istəyirmiş keçmiş müsavatçı?
Cümhuriyyət Bayramında AzadlıqRadiosunun qonağı olan Şirməmməd Hüseynov həmin operadan elə misralar söylədi ki, quruyub qaldıq. Bunu 37-də senzura necə buraxıb?
Şirməmməd müəllim qəribə paralellər də apardı. Üzeyirbəyin baş redaktoru olduğu «Azərbaycan» qəzeti ilə «Koroğlu» operası arasında göndərmələr, eyniliklər axtardı. Tapdı da!
HEYF O İLLƏRƏ...
Yazıq bizlərə. Üzeyir bəyə demirəm—bizlərə deyirəm.
Heyif Üzeyir bəyin ömründən keçən 17-18 ilə! Bolşevik işğalından keçən, demək olar ki, bir şey yazılmayan o illərə!
Və ya Səməd Vurğun—xalis sovet şairi sayılan Vurğun «Vaqif» dramını yazmağa necə cəsarət etdi? Təsəvvür edirsinizmi, şair şahın hüzurundadır. Və:
- Bəs baş əymədiniz?
- Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli!
1937-ci il...Ölkədə qırğınlar baş alıb gedir...Və... Əymədim, bəli?!
Çox təəccüblüdür!
BU SƏNİN ÜÇÜN MARAL ƏMİZDİRMƏK DEYİL!
Bu həftə Rusiyanın baş nazirinin ölkənin 7 musiqi qrupunu qəbul etməsi barədə xəbər yayıldı. Deyəcəksiniz, bizə nə? Burda qeyri-adi nə var ki?
Elə dünən öz gözümlə TV-də gördüm, həmin baş nazir marallara süd verirdi. Yəni bala maralları butılkadan əmizdirirdi.
Məsələ burasındadır ki, bu görüşdə qəribə bir olay yaşanıb. Görüşə gələn musiqi qruplarından biri—«DDT» qrupunun solisti Yuri Şevçuk qəbulda baş naziri tənqid edib!
SÖZ AZADLIĞI NİYƏ BU GÜNDƏDİ?
Y. Şevçuk elə belə də deyib.
Ölkədə korrupsiyanın artdığını, buna etiraz edənlərə basqılar olduğunu baş nazirin üzünə şax söyləyib.
Məndə vətəndaş kimi xeyli suallar yaranıb —deyib.
Söz azadlığı niyə bu gündədi?
Mətbuat niyə nağıl danışır?
Ölkə niyə polis dövləti olub?
Nə tanış suallardı!
BİZDƏ OLA BİLƏRDİMİ?
Görəsən, bu qəbul bizdə olsaydı, belə bir olay yaşanardımı?
Kim durub ya baş nazirə, ya prezidentə, ya da icra aparatının başçısına belə suallar ünvanlayardı?
Hansı ulduz qayıdardı ki, ölkədə söz azadlığı, plüralizm niyə boğulur?
Hansı müğənni durub deyərdi ki, müxalifətin dünənki aksiyasına niyə o sayda polis tökmüşdünüz? Nədən qorxurdunuz?
Hansı şair etiraz edərdi ki, ölkə TV-ləri niyə birrənglidir?
Hansı muğam ustası qayıdardı ki, xahiş (də) edirəm, prezidenti öyən mahnıların oxunmasına qadağa qoyun. Ələlxüsus da gənc qadınların bu fəaliyyətdə bulunması mentalitetimizə yaraşmaz!
Hansı rep ustası qalxıb deyərdi ki, elə kişilərin də bu cür fəaliyyətdə bulunması heç kişilikdən deyil!
Sonra da, bir az ordan-burdan danışıb badələri qaldırardılar demokratiyanın şərəfinə!
İÇƏK...DEMOKRATİYANIN ŞƏRƏFİNƏ!
Lap Rusiyadakı kimi.
Şevşuk «Qoy ölkəmiz təkpartiyalı siyasət yeritməsin. İçirəm Rusiyanın demokratiyası şərəfinə!» - deyib və içib.
Elə Putin də söz altda qalmayıb: «Zatən qədəhimizdə demokratiya var!»—cavabını verib.
Görəsən, Şevçukun axırı necə olacaq?
llər öncə bizim fərqli düşünən, gözəl səsli bir kişi müğənnimizin taleyini yaşamayacaq ki?
Tövbə edib təzədən səhnəyə qayıtmayacaq ki?
Şərəfə bir mahnı oxumayacaq ki?
Və ya səfərlərinə, qazanc qaynaqlarına əl qoyulmayacaq ki?
Sizdən soruşuram!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Görəsən, bu qəbul bizdə olsaydı, belə bir olay yaşanardımı? Kim durub ya baş nazirə, ya prezidentə, ya da icra aparatının başçısına belə suallar ünvanlayardı? Hansı ulduz qayıdardı ki, ölkədə söz azadlığı, plüralizm niyə boğulur?