Hər bir ölkənin başçısı azından ildə bir dəfə nitq söyləyərək əhaliyə müraciət edir. Bəzi ölkələrdə belə nitqlərin sayı çox olur, bəzilərində elə bircə dəfə.
Elə dövlətlər var ki, ölkənin bir nömrəli çıxışı yeni il axşamı, bəzilərində parlament sessiyasının açılışı münasibətilə, elələri də var ki, milli bayramlarda olur.
Azərbaycan prezidenti İlham Əliyev bayramdan bol olan Azərbaycanda belə nitqlərdən ildə ən azı 4 dəfə edir. Amma bu nitqləri vaciblik dərəcəsinə bölüb, onları nömrələməyə ehtiyac yoxdur.
Çünki bütün nitqlər müxtəlif günlərə həsr olunsa da, az qala bir-birinin təkrarıdır.
İlham Əliyevin 28 May Respublika günü ilə bağlı nitqi də əvvəlkilərdən fərqlənmirdi.
Nəinki indiyədək deyilməmiş yeni bir fikir, hətta indiyədək istifadə olunmamış bir təbir, heç olmasa hər hansı güclü bir söz birləşməsi belə yox idi.
«Müsəlman Şərqində ilk demokratiya...» (əslində, ya müsəlman dünyası, ya da Şərqdə olmalıdır), sonra – «Qaçılmaz süqut», sonra – «Sovet dövründə inkişaf», sonra - yenə «Müstəqillik», sonra - az qala «süqut», sonra – «yenə də inkişaf»...
Bu arada oxuculardan təklif gəldi ki, İlham Əliyevin 28 may nitqini Gürcüstanın analoji bayramı münasibətilə Saakaşvilinin dediyi sözlərlə müqayisə edək.
Baxmayaraq ki, Gürcüstanla Azərbaycan arasındakı paralellər ən soyuqqanlı oxucuda belə allergiya yaradır, oxucunun məsləhətinə qulaq asdıq və bəri başdan deyək ki, qətiyyən heyfsilənmədik.
Saakaşvilinin çıxışında, məsələn belə bir ifadə vardı:
«Burada gürcü hərbçilərinin peyda olmasından qıcıqlanan tənqidçilərimiz iddia edirlər ki, bu gün Rustaveli prospektində keçirilən parad silah cingiltisi və ya kiminsə şıltaqlığıdır. Yaxşıca dinləyin hamınız gürcü ordusunun və hərbi texnikanın bu nizamını. Bu, silah cingiltisi deyil, dostlar. Bu, Gürcüstan dövlətçiliyinin döyünən ürəyinin səsidir...»
Növbəti həsəd notları - fikirləşəcəksiz? Xeyr, sadəcə təəccüb:
Bu qədər saray şairi, bu qədər yazıçı-deputatı olan bir ölkədə niyə İlham Əliyevə təsirli çıxışlar yazan NİTQ MİRZƏSİ yoxdur?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.