Keçid linkləri

Təcili xəbərlər

Şərqdə daha bir təşəbbüs. Baş tutacaqmı?


Müxalifət tərəfdarlarının Oş şəhərində yürüşü, 15 aprel 2010
Müxalifət tərəfdarlarının Oş şəhərində yürüşü, 15 aprel 2010
Az qala Əfqanıstana çevriləcəyi haqda proqnozlar və ehtimallar səslənən Qırğızstandakı hadisələr hələ də maraq kəsb etməkdədir. Zorakılıq, qurban və soyğunçuluq hallarına görə Gürcüstandakı «qızılgül» və Ukraynadakı «narıncı» inqilablarla bir araya sığmayan bu respublikada neqativ halların qarşısını almaq üçün atəş açmağa icazə verən müvəqqəti hökumətin ölkənin böyük hissəsinə nəzarət edə və əksər dövlətlər tərəfindən tanınmasına baxmayaraq, perspektivi nisbətən dumanlı olsa da, hər halda bu hökumət tərəfindən səslənən təkliflər bir o qədər də əhəmiyyətsiz deyil.

Belə təkliflərdən biri də ölkədə parlament üsul-idarəsinə keçməklə bağlıdır.

Baş tutacağı təqdirdə bu, həm politoloji, həm də siyasi baxımdan ciddi hadisə olacaq. Amma bunun üçün nə lazımdır? Qırğızstanda bu baş tuta bilərmi?

ƏN DAYANIQLI SİYASİ SİSTEM

Parlament üsul – idarəsi demokratik rejimlər arasında ən dayanıqlısıdır. Bu çoxsaylı nümunələri xarisi politoloqlar aşkar ediblər. Qırğızların bu sistemi seçmək istəməsi məntiqli addımdır. Türkiyədə çıxış edən qırğız nümayəndəsi maraqlı fikir söylədi:

«Biz prezident seçirik, gəlib xan olur». Bəli, bu, acı həqiqətdir. Elə Kurmanbek Bakiyevin siyasi finalı buna parlaq misaldır. Hazırda müsəlman dövlətləri arasında belə sistem Türkiyədə mövcuddur. Ən birinci olaraq isə bu sistem Azərbaycanda öz tətbiqini tapmışdı, Demokratik Respublika Şərqdə ilk parlament respublikası idi. Parlament üsul-idarəsi siyasi ehtirasları səngidir, prezident dövlətçiliyin simvolu kimi qalır və böhran halında yeni parlament seçkisi keçirilir, yeni hökumət qurulur. Siyasi ehtiraslar daha çox hökumət ətrafında cəmləşir. Həm də bu, mütərəqqi dünyaya inteqrasiya baxımından maraqlı hadisə olardı. Sirr deyil ki, Şərqdəki prezident respublikalarının əksəriyyəti despot rejimlərdir və burada respublika deyəndə hamı buna ironiya ilə yanaşır. Qırğızstan bu modeli seçsə və onu işlədə bilsə, bunu ancaq əlamətdar hadisə kimi qeyd etmək olar. Amma bu baş tutacaqmı? Qırğız gerçəkliyi buna imkan verəcəkmi?

PARLAMENT İDARƏÇİLİYİ REALLAŞA BİLƏRMİ?


Əvvəlcə, müvəqqəti hökumətin bir mütərəqqi çalarını etiraf etmək lazım gəlir. İnqilablar nəticəsində hakimiyyətə gələnlər adətən özləri «seçilir» və daha bir tez müddətdə siyasi olimpin zirvəsinə çatmaq istəyirlər. Amma müvəqqəti hökumət konstitusiyadan və parlament üsul – idarəsindən danışdı. Bu, müsbət haldır. Amma bu bölümün başlığındakı suala qayıtmaq istərdik. Parlament respublikası üçün ölkədə güclü siyasi partiyalar və yüksək siyasi mədəniyyət, demokratik seçki ənənəsi və siyasi istefa mədəniyyəti lazımdır. Son hadisələr bu aspektdən Qırğızstana pessimist yanaşmağı tövsiyə edir. Ölkədə güclü siyasi partiyalar, xüsusən də hökumət formalaşdırmaq üçün kadr potensialına malik olan partiyalar azdır.

İnqilablar zamanı baş verən zorakılıqlar isə siyasi mədəniyyətin də yüksək səviyyədə olmamasına dəlalət edir... Amma ən azı həyat bu ölkədəki proseslərə ortimist yanaşmağı diqtə edir. Hər halda parlament üsul – idarəsinə keçid müsəlman dünyası üçün mütərəqqi haldır. İstisna deyil ki, İslam Kərimov, Nursultan Nazarbayev və başqaları kimi despot prezidentlərin əhatəsində bir demokratiya adası yarana bilər.

Bir daha qeyd edirik ki, istisna deyil, amma bunun baş tuta bilməsini zaman göstərəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG