Keçid linkləri

Təcili xəbərlər

İnstinkt, yoxsa borc?


Payızda keçiriləcək növbəti parlament seçkisi ərəfəsində hər şey, eləcə də hakimiyyət-müxalifət münasibətləri öz dairəsinə qayıdır. Hakim dairələrin müxalifətlə bağlı açıqlamaları son vaxtlar bir qədər seyrəlmişdi. Yenidən münasibətlərin gərginləşməsi müşahidə olunur. YAP-ın icraçı katibi Əli Əhmədov iddia edir ki, müxalifət instinktiv mübarizə aparır və heç vaxt birləşə bilmir. Çox qəribədir. Dünyanın heç bir yerində hakimiyyətləri müxalifətin birləşə bilməməsi qayğılandırmır, əksinə hər yerdə ona cəhd edilir ki, müxalifət birləşə bilməsin, çünki müxalifətin birləşməsi iqtidara qarşı təzyiqin güclənməsi, onun elektoral bazası üçün təhlükə yaranması deməkdir. Görünür, bütün başqa sahələrdə olduğu kimi siyasi məntiq sahəsində də ölkəmiz «novator»dur, əks təqdirdə bunu başqa cür yozmaq olmur. İcraçı katib onu da qeyd edir ki, YAP-ın 500 min üzvü var və heç bir partiya onunla rəqabət apara bilməz. Amma o, bunu deməyi unudur ki, YAP-ın «kütləviləşməsi» hansı prosesin nəticəsidir?
Müxalifət elə bir dairəyə gətirilib ki, daha bundan sonra onun zəifləməsini gözləmək əbəsdir. Bundan sonra müxalifət ancaq güclənə bilər
Burada sırf inzibati resursların rolu nə qədərdir? Bu haqda təəssüf ki, heç nə deyilmir. Əslində deyilməyən çox mətləblər var. Müxalifətin davranışını nə müəyyən edir? Yaxın gələcəkdə proseslər necə cərəyan edəcək?

HƏR ŞEYİN İZAHI VARSA...


Prinsipcə, hər şeyin izahı var. Söz yox ki, bütün bu izahlar nisbi xarakter daşıyır və mütləqliyə iddia edə bilməz. Azərbaycan müxalifətinin düçar olduğu vəziyyət də, eləcə də siyasi mübarizənin zəifləməsi də bu qəbildəndir. Ölkədə kütləvi narazılıq var, amma kütləvi etiraz yoxdur. İnsanlar narazılıqlarını açıq şəkildə ifadə etməyə vasitə tapa bilmir və həm də bundan ehtiyat edirlər. Ümumiyyətlə, insanlara hakim kəsilmiş qorxu hissindən çox yazılmalı, çox danışılmalıdır. Cəmi beş il ölkə vətəndaşları qorxu hissi bilmədən yaşayıblar. Bu, 1988-1993-cü illəri əhatə edir. Artıq on yeddi ildir ki, addım- addım insanlara qorxu hissi təlqin edilir. Müxalifət də bu fonda fəaliyyət göstərir. Siyasi etiraz ancaq müxalifət sferasına aiddir.

Burada hər hansı instinktiv mübarizədən danşımaq yersizdir. İnsanların davranışını mənəvi borc və unutdurula bilməyən azadlıq hissi müəyyən edir. Bəli, güman etmək olardı ki, bu ölçüdə repressiv aparat yaradılandan sonra daha müxalifətin elementləri qalmayacaq. Amma belə olmadı. Siyasi proseslərə təsir etmək imkanları yoxdur, siyasi qərarlar ancaq və ancaq hakimiyyətin iradəsindən asılıdır. Bütün bunlar həqiqətdir. Amma müxalifət də var və bu da həqiqətdir. Hakimiyyət isə bu həqiqətlə barışmaq istəmir.
Tarix göstərir ki, «öz yolu»na iddia edənlər məhz diktatura yolunu tuturlar. Bu «yol» bir gün qırılır


Müxalifət elə bir dairəyə gətirilib ki, daha bundan sonra onun zəifləməsini gözləmək əbəsdir. Bundan sonra müxalifət ancaq güclənə bilər. Bu, bütün böhranlı proseslərə aiddir. Böhran «sıfır nöqtəsi»nə çatana qədər davam edir, ancaq bu nöqtəyə çatdıqdan sonra artım başlayır. Azərbaycanda daha bundan zəif müxalifət olmayacaq. Bunu biz yox, bir elm kimi politologiya deyir.

ÖZ YOLUMUZ, ÖZ «RESEPTİMİZ»


«Filan hadisə Azərbaycanda baş verə bilərmi?» sualına hakim dairənin cavabı çox qısadır: «Bu, bizdə baş verə bilməz!».

Əcəba, bu qədər əminlik haradandır? Doğrudanmı, bu hakimiyyətin arsenalında bütün vəziyyətlər üçün resept var? Bu da siyasi novatorluqdur. Böhran təkcə müxalifəti əhatə etmir, eyni zamanda hakimiyyətə təsir edir. Dünya miqyasında Azərbaycan o qədər kiçik dövlətdir ki, burada böyük siyasi ritorika ancaq ironiya doğura bilər. Hamı istərdi ki, «öz yolu» olsun. Amma tarix göstərir ki, «öz yolu»na iddia edənlər məhz diktatura yolunu tuturlar. Bu «yol» bir gün qırılır. Bunu da tarix göstərir.

Ən son yazılan

XS
SM
MD
LG