GİRİŞ
Bu yazını AzadlıqRadiosunun «hər şey üzrə ekspert»lərindən birinin də ayağına yazmaq olardı.
Onun analitik keyfiyyətləri haqda bir epizod danışım. Bir gün həmin analitik Bilgəh çimərliyində, düz sahildə dayanıb gözünü dənizə zilləyir. Soruşurlar:
- Xeyir ola, nə görmüsüz dənizdə, səhərdən ora baxırsız?
Deyir:
- Dənizdə çimən bananı axtarıram.
- Banan da dənizdə çimər?
- Paltarı burdadır... – deyə ekspert qum üstündəki banan qabıqlarını göstərir.
QANUNVERİCİLİK
Parlamentin iclasında müxalifətdən olan deputat asqırır. Spiker deyir:
- Sağlam olun!
Dərhal elektron tabloda belə bir yazı peyda olur:
- Lehinə - 5, Əleyhinə - 120. Qərar qəbul olunmur.
İQTİSADİYYAT
Nazir qəzəbli şəkildə baş mühasibinə zəng edir:
- Ə, pullar hara yox olub?
- Cənab nazir, mən bu dəqiqə izah edə bilərəm...
- Ə, izahını mən də verə bilərəm, de görüm, pullar hanı?
KƏND TƏSƏRRÜFATI
Kənd təsərrüfatını inkişaf etdirmək üçün hökumət müxalifətə yağdırılan çirkabı tarlalarda sərf etsin, gübrə kimi – məhsuldarlıq artar.
SƏHİYYƏ
- Doktor, mənə məsləhət gördünüz imalə alım, aldım. İndi bununla neyləyim? ...Doktor, görürəm kefiniz yoxdur, sonra zəng edərəm.
ƏDƏBİYYAT
Təhsil nazirinin müavini yeni məktəbin açılışına gedir. Siniflərin birinə daxil olur. Burada rəsm dərsi gedir. Qabaqdakı partaya yaxınlaşıb şagirdin rəsm çəkməyini müşahidə edir. Sonra da onun başını sığallayıb nəvazişlə deyir:
- Çək, çək, mənim Fizuli balam...
MƏDƏNİYYƏT
- Kim desə ki, bizdə mədəniyyət yoxdur, tüpürün onun üzünə!
İDMAN
- Azərbaycan milli futbol komandası Avropa çempionu ola bilər?
- Futbol hakimləri Mərkəzi Seçki Komissiyasına tabe edilsələr, olar.
CƏMİYYƏT
Bir nəfər YAP üzvü avtobusda gedir. Oturacağa yayxanıb mürgü döyür. Ayaq üstə duran sərnişinlərdən kimsə təsadüfən onun ayağını tapdalayır. YAP-çı hövlnak yuxudan oyanıb başlayır əl çalmağa.
MÜXALİFƏT
Müxalifət liderlərindən biri tanrıya yalvarır.
- 20 ildir gözləyirəm, gözümün kökü saralıb.
Tanrı cavab verir ki, 20 il onunçün 1 saniyə kimidir.
- Bəs bir milyon adam?
- O da bir damla kimidir.
- Elə isə o damladan birini Azadlıq Meydanına topla da, nə olar?
- Mənim gözüm üstə, bircə saniyə gözlə...
ƏTRAF MÜHİT
Bakıdakı göyərçindən soruşurlar Sovet vaxtı yaxşı idi, yoxsa müstəqillik. Cavab verir Sovet. Niyə? Deyir:
- O vaxtlar heykəllərin üstündə otura bilirdik.
ORDU
Gizir əsgərlərə avtomatı söküb-yığmağı öyrədir.
- Sualınız var?
- Var, - deyə əsgərlərdən biri soruşur: - Niyə avtomatı söküb-yığmaq olur, amma adamı olmur?
- Sualı başa düşdüm, əsgər. Təsəvvür elə, axşam sən özünü söküb uzanırsan yatmağa. Gecə həyəcan siqnalı verilir. Sən tələsik başlayırsan özünü yığmağa, çaşıb gündəyməzini başına keçirə bilərsən? Bilərsən. Bəs onda nə olur? Paltarını başından keçirib geyinə bilmirsən. Dəbilqən başında oturmur. Hamı «Ura» deyib hücuma keçir, bəs sən nə deyirsən?...
POLİS
Polis Akademiyasında müəllim yoxlama yazılarının nəticələrini elan edir.
- Sual beləydi ki, müxalifətin mitinqini dağıdanda polis güc işlədir, çoxlu adam yaralanır. Avropa Şurasının nümayəndəsi sizinlə söhbət edir. Ona nə cavab verəcəksiniz?
Məmmədov, yazırsan ki, baş verənlərə görə təəssüflənirsiz, söz verirsiz ki, günahı olan polis əməkdaşları cəzalandırılacaq. Çox pis, iki!
Əhmədov, sənsə yazırsan ki, baş verənlərə polisin aidiyyəti yoxdur. Vətəndaşlar bir-birini döyüblər. Əlqərəz, pis deyil, möhkəm bir 3 yazmaq olar.
Əliyev, sənin cavabına söz ola bilməz. Əla idi - 5 yazdım. Amma «Əjəb eləmişik» sözü «c» hərfi ilə yazılır.
TEXNOLOGİYA
Məmur nazirliyin İT bölməsinə gəlib salamsız-zadsız soruşur:
- Ə, bu kompyuteri ən yaxşı bilən kimdir?
İşçilərdən biri kinayə ilə cavab verir:
- Bill Qeyts...
- Deyin o Bulqeyisə mənim kompyuterim yenə işə düşmür, gəlib baxsın
VİDEO
Adam var ki, zarafatı mətn halında qəbul etmir, deyir yüz oxuyunca bir gör. Belə tələbkar zarafat həvəskarlarının menyusuna YouTube-dan bir çarx təklif etməklə hamınıza xoş ovqat arzulayırıq. Axı Aprelin Biri təqvimin analoqu olmayan günüdür.