Orijinallığımızın bizi nə zaman ağ günə çıxarmasından, nə zaman «zibilə» salmasından yazdığım bloq yazısını onunla bitirmişdim ki, biz «siyahı», «cədvəl» tutmalıyıq ki, nələr ağ günə çıxarır, nələr zibilə salır. Gəncədəki dostum Həsən Hüseynli buna verdiyi şərhdə, açıqlamada soruşmuşdu ki, həmin siyahı üçün hansı örnəkləri verə bilərəm?
Sözsüz, cavabında artıq olar Azərbaycan mentalitetinə qəzəblənənlərin və ya heyran olanların dediklərini bir daha söyləmək. Onun üçün də çalışım, yeni nəsnələri ortaya çıxarım.
Avropa uluslarından bizi fərqləndirən və bizi ucaldan özəllik kimi ailə sevgimizi önə çəkərək onu göstərirlər ki, bizim əlimiz 30 yaşlı uşaqlarımızın da üstündən çəkilmir. 18 yaşına çatanda, day və daha onlara demirik ki, gedin özünüzü dolandırın.
Bu yerdə bir şey deyim. Bizim özümüz haqqında bəzi milli aldanışlarımızın qaynağı ondan gəlir ki, əlacsızlıqdan etdiklərimizi ürək açıqlığımız, başucalığımız kimi qanırıq. Ata-analarla balalar arasında konfliktli ilişgilər çox ailələr üçün qaçılmazdır. Siqaret çəkmə, evə tez gəl, yaxşı oxu, qızla (qızdırsa) oğlanla gəzmə, mitinqlərə getmə, onunla dostluq etmə, bununla et, şalvarı, - qızdırsa donu - elə geymə, belə gey – ata-anadan gələn bu zorakılıqlar uşaqlarda haqlı, ya haqsız qəzəb oyadır. Cavabında uşaqların da xeyli iddiaları var ki, ata-ananı özündən çıxarır: niyə filankəs kimi uğurlu deyilsən, niyə geri qalmısan, özün niyə siqaret çəkirsən, içirsən, mənə bunu almırsan və s.?
Bu gərgin, konfliktli durumda uşaqlar ürəklərində sinov getsələr də, əlacsızlıqdan evdən qaçmırlar. Çünki Azərbaycanın insana verdiyi iqtisadi şans elə deyil ki, evdən getmiş və evdən yardım almayan gənc təkcənə insan kimi dolana bilsin. İnanın, əgər Azərbaycan gənclərinin böyük faizi bilsəydilər ki, ata-anasız dolana bilərlər, çoxdan dabanlarına tüpürüb bizdən qaçar, uzaqdan-uzağa övlad sevgisini bildirməyi xoşbəxtlik sayardılar. Bu faizdə qızların sayı az olsa da, elə bir imkandan xeyli qız istifadə edərdi. Ata-analarsa bilsəydilər ki, ailədən qopmuş uşağın dolanışığı var, çoxdan bu ayrılığa öyrəşərdilər.
Mənim bir dəfə ağlıma gəlmişdi ki, böyük pullar qarşısında Azərbaycan mentaliteti geri çəkilir. Əgər bizim qadınlarınızın çoxu ərsiz uşaqlarını böyük əziyyət çəkmədən böyüdə bilsəydilər, asanca ağır xasiyyətli feodal ərlərinin dalından dəyərdilər, ya da belə ərlər çox sürətlə islah olub Avropa kişisinin tayı olardı ki, qadınını yola versin. Vurğulayım ki, mən hamını demirəm, üstün tendensiyanı və ya faizcə çoxluğu deyirəm. Bilmirəm, bəlkə bütün dünyada belədir, ancaq bizdə yüz faiz belədir: imkanlı, güclü, vəzifəli, pullu qadına zəif, kimsəsiz qadına bağışlanmayan davranışlar, xasiyyətlər asanca bağışlanır.
Ərindən boşanmış, qadınından ayrılmış adi adamlara çoxları acıyır. Bir dəfə milyonlarla var-dövləti olan, ancaq türməyə düşmüş bir pullumuzun dərdinə yanmışdım ki, qorxudan, ya nədən qızını boşayacaqlar. Sonra özümə gülməyim gəldi. Bu qədər pulu olan qadının ərinin atması qarşısında qorxusu adi qadının qorxusunun yanında nədir ki?!
Beləliklə, Azərbaycanda ər-arvad, ata-ana uşaq ilişgiləri ki, müsəlmançılığımızla, öyünənləri kövrəldir, heç də çətin, problemli hallar qarşısında bizi güclü etmir. Onlar yoxsul toplum modelində nələrisə çözməyə imkan verir. Ancaq, beləliyimizdə bizi - qadınlı-kişili irəli çıxmış topluma atsan, öyündüyümüz ilişgilər kökəlmiş bədənimizdə çat vermiş paltarı kimi olacaq.
Azərbaycan ailəsinin ciddi iç və dış problemləri var. Azərbaycan tərbiyəsinin ciddi sualları var. Biz isə onlarla öz aramıza abır-həya pərdəsini çəkirik. Azərbaycan mentalitetinin ciddi problemi abır-həya üstünə yapılan spekulyasiyalardır. Bu haqda sonra.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.