Keçid linkləri

Təcili xəbərlər

Əsgər hüquqsuzluğu hardan başlanır...


Hərbi parad
Hərbi parad
«Kim milyonçu olmaq istəyir?» beynəlxalq televiziya oyununda hər sual veriləndə böyründə dörd cavab variantı da təklif olunur.

Təsəvvür edin ki, televiziyadasınız. Sual belədir: Aşağıdakı ifadələrdən hansı Azərbaycan qanununda yer alıb?

a) hüququ olan əsgər
b) hüququ olmayan əsgər
c) hüququndan keçən əsgər
d) hüququnu tələb edən əsgər

Doğru cavab c)-dir: «hüququndan keçən əsgər».

Özü də bu ifadə qanunda elə-belə yazılmayıb.

Qanuna görə, bu sözlər məktəblinin «əlifba kitabının birinci səhifəsində çap olunmalıdır».

Qanuna görə, bu sözlərə «dərin ehtiram» «borcumuzdur».

Qanuna görə, bu sözlər səslənəndə gərək «ayağa qalxasan».

Qanuna görə, bu sözlər «müqəddəs rəmzdir».

O HANSI QANUNDUR ELƏ?

Qanun Azərbaycanın Dövlət Himni haqda qanundur.
«hüququndan keçən əsgər» isə Dövlət Himnində yazılıb.

...Biz də deyirik, ay, komandir pozdu əsgərin hüququnu, ay, elə oldu, ay, belə oldu.

Sən demə, əsgərin heç hüququ yoxmuş, daha doğrusu varmış, ancaq əsgərin özü imtina edib öz hüququndan.

Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Oldumu?..
Ola bilərmi?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG