Keçid linkləri

Təcili xəbərlər

Böyüklüyü ilə kimlərisə qorxudan insan


Onun adını çəkmək lazımdır, çünki bu ad çəkilməyə layiqdir
Onun adını çəkmək lazımdır, çünki bu ad çəkilməyə layiqdir
Onun haqqında yazmaq həm asandır, həm də çətin. Ona görə asandır ki, onu vəsf etməyə, böyütməyə ehtiyac yoxdur, o, elə bir ucalıqdadır ki, bizim şişirtmələrimizə lüzum görmür. Ona görə çətindir ki, hər dəfə onun haqqında yazanda özünü onun ruhu qarşısında borclu hesab edirsən, təkcə bir fərd kimi yox, həm də bir millətin nümayəndəsi kimi, eləcə də bütöv bir millət kimi. Söhbət Məhəmməd Əmin Rəsulzadədən gedir. Hətta ad çəkməsəydik belə bir çoxları söhbətin kimdən getdiyini başa düşəcəkdi.

Amma onun adını çəkmək lazımdır, çünki bu ad çəkilməyə layiqdir. O heç vaxt unudulmayıb. Hətta sovetlərin vaxtında belə imperiya canişinləri onu yamanlamaqla unudulmağa qoymurdular. İndilərdə isə vəziyyət bir qədər mürəkkəbdir. İndi onu unutdurmağa səy göstərirlər, gah adını-sözünü çəkmirlər, gah da çəkirlər ki, bir az gözdən salınsın. Vəziyyət belədir. Bəlkə də bu da tarixin ironiyasıdır. O, demokrat olub. Demokratlara münasibət isə tarixdə həmişə mürəkkəb olur, çünki onlar canlı şəxsiyyətlər olurlar. Adı əzbərlədilən, daşlaşmış diktatorlardan fərqli olaraq onlar ürəkləri fəth edirlər. Rəsulzadə də belə şəxsiyyətlərdən olub. Amma bu gün ölkədə onun ideyalarının istisindən faydalananlar onu görməməzliyə vururlar. Səbəb?

Çox sadədir.

TARİXDƏ QISQANCLIQ

Birinci olmaq hamıya qismət olmur. Burada «vaxtında doğulmamaq» kimi ifadələrə ehtiyac yoxdur. Əslində birincilər həmişə lazımdır, sadəcə birinci olmaq üçün böyük iradə və zəka tələb olunur. İstiqlaliyyətin öz tarixi var. Bu tarixin də birincisi Rəsulzadədir.
İstiqlal mücadiləsinə kim başçılıq edib? Kimlər Azərbaycan dövlətçiliyinin banisi hesab oluna bilərlər? Bu sualların cavabı indiki tarix plagiatlarına rahatlıq vermir. 1918-1920-ci və 1988- 1993-cı illər!


Onu görməməzliyə vuranları, qısqananları məhz bu, rahat buraxmır. İstiqlal mücadiləsinə kim başçılıq edib? Kimlər Azərbaycan dövlətçiliyinin banisi hesab oluna bilərlər? Bu sualların cavabı indiki tarix plagiatlarına rahatlıq vermir. 1918-1920-ci və 1988- 1993-cı illər!

Azərbaycan istiqlaliyyətinin bünövrəsi bu illərdə qoyulub və bu illərdə də bərpa olunub. Sonradan gələnlər nə qədər çalışsalar da tarixin bu gərdişini dəyişə bilməyəcəklər. Amma bununla barışmaq istəmirlər. Əslində onların çarpışması millətə böyük sevgidən, onun tarixinə böyük sayğıdan irəli gəlmir, tarixə həkk olmaq istəkləri xoş niyyətdən doğmur. Kimin birinci olması məsələsi onlar üçün siyasi instrumentdir. Bütün vasitələrlə hakimiyyətdə qalmaq istədikləri üçün bu vasitəni də əldən vermək istəmirlər. Ən gülməlisi odur ki, bu adamlar güman edirlər ki, tarix ancaq Azərbaycanda yazılır, tarixi ancaq bu hakimiyyətə xidmət edən azərbaycanlılar yazır. Yox, belə deyil. Əsl, peşəkar tarixçiləri məhz tarixin mürəkkəb və mübahisəli məqamları cəlb edir.

O GÜN GƏLƏCƏK!

Rəsulzadə ilə bağlı indi ən çox nisgil yaradan problem onun xatirəsinin adına layiq şəkildə əbədiləşdirilməməsidir. Səbəbləri haqqında əvvəldə yazdıq. Olsun. Amma bir vaxt gələcək ki, biz geniş və yaraşıqlı Rəsulzadə prospekti ilə addımlayacağıq. Tələbələr yenidən onun adını daşıyan universitetdə təhsil alacaqlar. Onun heykəlləri önünə çiçəklər qoyacağıq. Bunların hamısı olacaq.

Rəsulzadə ən son müraciətlərindən birini gəncliyə ünvanlayıb. Məhz həmin gənclik də sadalananların hamısını mütləq həyata keçirəcək. O gün mütləq gələcək!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG