Azərbaycanın gələcək inkişaf təmayülündən və tendensiyasından söz düşəndə çox az adam tapılır ki, optimist fikirlər söyləsin. Təbii ki, burada söhbət siyasi inkişafdan gedir. Bir qədər nəzəri politologiyaya müraciət etsək görərik ki, bütün avtoritar rejimlər dayanıqsızdır, hansısa vaxtdan sonra onlar ya demokratik, ya da totalitar rejimə çevrilirlər. Bu, adi söz oyunu deyil, uzunmüddətli təcrübələrin ümumiləşmiş nəticəsidir. İndi Azərbaycanda sərt avtoritar rejim hökm sürür və o, getdikcə totalitar rejimlərə xas olan elementlərlə «zənginləşir».
Artıq burada bir adamın, yaxud hakim partiyanın siyasi iradəsi və simpatiyası mühüm rol oynayır. Azərbaycana bələd olanlar təsdiq edə bilər ki, əgər əvvəllər idarəçilikdə Heydər Əliyevin siyasi zövqü mühüm rol oynayırdısa, indi bu funksiyanı İlham Əliyev yerinə yetirir. Məsələn, İlham Əliyev bu yaxınlarda hamının təəccübünə səbəb olan bir addım atdı, Naxçıvan diktatorunu ordenlə mükafatlandırdı. Bu, o deməkdir ki, kiçik muxtar respublikada baş verən proseslərlə prezident həmrəydir. Bu həmrəyliyin nəticəsi o, ola bilər ki, yaxın müddətdə Naxçıvandakı idarəçilik üsulu Bakıda da tətbiq olunar.
Bunu İlham Əliyevin arzulaması kifayətdir. Artıq ölkədə elə bir mexanizm və institut qalmayıb ki, İlham Əliyevin siyasi istəklərinin qarşısını ala bilsin.
Elə bu səbəbdən analitik təhlillərdə onun arzu və iradəsi araşdırılsa daha yaxşı olar. O, hansı siyasi mühiti sevir? Hansı idarəçilik formasını arzulayır? Bu suallara cavab vermək o qədər də çətin deyil. İlham Əliyevin bu vaxta qədərki çıxışları və müsahibələri artıq müəyyən ehtimallar və fikirlər söyləməyə imkan verir.
ƏRƏB REJİMLƏRİ
Aşkar şəkildə hiss olunur ki, İlham Əliyevin neftlə zəngin ərəb rejimlərinə xüsusi simpatiyası var. O, həmin ölkələrə tez-tez səfərlər edir və özünün siyasi davranışında bu rejimlərə xas olan siyasi çalarları əks etdirir. Bunu artıq Yeni Azərbaycan Partiyasında da hiss ediblər, artıq orada da bu istəyi ifadə edən çağırışlar səslənir. Bəzi elementlər var ki, onlar Azərbaycanın da Şərq monarxiyası yönümündə inkişafına mane olmur.
Azərbaycanda da faktiki olaraq monarxiya rejimi hökm sürür. Çox qəribədir. Əgər monarxiya ölkələrində konstitusiya monarxın hakimiyyətini məhdudlaşdırırsa, burada, əksinə konstitusiya qeyri-leqal monarxiya rejiminə yol açır. Prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi buna canlı misaldır.
Ərəb rejimlərində heç bir müxalifət, siyasi plüralizm yoxdur. Azərbaycanda da həmin vəziyyət hökm sürür, ancaq «virtual» müxalifətdən söhbət gedə bilər. Ərəb rejimlərinin geosiyasi istiqamətlərini də təkrarlamaq bir o qədər də çətin iş deyil. Ən başlıcası isə zəngin neft və qaz ehtiyatlarına, geosiyasi təmayülünə görə heç kim bu rejimlərin adını despotik və qeyri-demokratik rejimlər sırasında çəkmir. Bundan artıq İlham Əliyevə nə lazımdır ki?
NƏ AVROPA, NƏ DƏ ASİYA
Azərbaycanın indiki vəziyyətini belə xarakterizə etmək olar. Ən qorxulusu budur ki, bir gün İlham Əliyevin səhra yuxuları çin çıxa bilər və Azərbaycan sırf Asiya ölkəsinə çevrilər. Bunun qarşısını ala biləcək iradə və mexanizm yoxdur. Ortada bir Avropa Şurası var, onun da təmsilçilərinin çıxışlarında getdikcə «təəssüf edirik» kimi çalarlar özünü daha çox büruzə verir, nəinki «tələb edirik» kimi fikirlər! Avropa bir də oyanıb görəcək ki, Azərbaycan tamam Asiya ölkəsidir və onlar böyük təəssüf hissi keçirəcəklər! Amma nə olsun ki? Bunun bir faydası olacaqmı?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.