Dekabrın 27-də Özbəkistanda parlament seçkiləri keçirildi. Daşkənd sakini Uktam Abdullayev “Alman dalğası”na deyib ki, indi seçki heç Rusiyada, Qazaxıstanda yoxdur, o ki qaldı Özbəkistan. Ətraf ölkələrin hər birində parlament üzvlərini hökumət təyin edir, onların ölkəsində də başqa cür ola bilməzdi. Digər Özbəkistan vətəndaşı Rövşən Turqunov isə sovet dövründəki seçkiləri yada salır: “İndi də ciddi nəzarətlə adamları seçkiyə gəlməyə məcbur edirlər və kimə lazımdır ona da səs verdirirlər. Amma sovet dövründə daha maraqlı idi, həmin gün ucuz yarmarkalar olurdu və seçkidən sonra yaxşı bazarlıq edirdik.” Rövşən Turqunov deyir ki, əvvəllər xalq seçkilərin saxtalaşdırılmasına narahat olurdu, artıq bu haqda heç düşünmürlər də, çünki dəyişiklik olacağına inam azalıb.
Dünyanın tanınmış KİV-ləri seçkilərin hazır ssenari ilə keçirildiyini yazır. İnsan hüquqlarını müdafiə edən nüfuzlu təşkilatlar isə seçkilərin bir şou olduğuna diqqət çəkərək demokratik ölkələri Özbəkistan hakimiyyətinə kəskin reaksiya verməyə çağırır.
Seçkidə iştirak edən 4 partiyanın hamısı hakimiyyətyönlüdür və prezident İslam Kərimova bağlılığı şübhə doğurmur. Ölkədə müxalif partiyalar çoxdan dağıdılıb, onların üzvləri ya mühacirətə gedib, ya da gizli fəaliyyət göstərirlər. Deputatlığa namizədlərin hər biri hökumətin razılığı ilə qeydə alınıb. Hansı partiyaya neçə yer veriləcəyini də İslam Kərimov müəyyən edir.
ÖZBƏKİSTAN EKZOTİKASI
Təəccüblü görünə bilər, amma İslam Kərimovun birbaşa rəhbərlik etdiyi partiya Liberal Demokrat Partiyası adlanır. Onun son seçkilərdə iştirak edən digər partiyaları isə belə adlanır: Sosial Demokrat Partiyası “Ədalət”, Milli Dirçəliş Partiyası və Ekoloji Hərəkat. Sonuncu yaşıllar hərəkatını özündə ehtiva edir. Bir sözlə, eyni adamın həm liberal demokrat, həm sosial demokrat partiyası var, həm mərkəzçi sağ, həm də tamam ayrı təsnifata uyğun gələn yaşıllar hərəkatı var. Bunu əsl Özbəkistan ekzotikası saymamaq mümkün deyil.
Bir maraqlı məqam var. İslam Kərimov öz partiyaları arasında elə də böyük ayrı seçkilik salmır. Məsələn, parlamentin aşağı palatasında Kərimovun özünün sədri olduğu LDP-nin – yəni hakim partiyanın 40 üzvü varsa, digərləri 67 yeri bölüşdürür. Gözlənilir ki, yeni tərkibdə də onlar mandatsız qalmayacaq.
HADI RƏCƏBLİNİN ÜRƏYİNİ AÇAN SEÇKİ
Özbəkistandakı parlament seçkilərini heç də hamı tənqid etmir. Azərbaycan parlamentinin bir qrup üzvü də müşahidəçi statusu ilə ölkəmiz adından bu seçkiləri izləyiblər. Onlardan biri, Milli Məclisin komissiya sədri, deputat Hadı Rəcəbli Özbəkistandakı seçkilərə heyran olduğunu söyləyib və bu seçkilərin demokratik standartlardan yüksək səviyyədə keçirildiyini deyib. Yəni Hadı müəllim Özbəkistan seçkilərini çox bəyənib...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.