Qoy adsız olsun. Ona bağışlanmış yazıya nə ad qoyacaqdım ki? Bu yüz ildə ona nə qədər şeirlər, hekayələr, romanlar, filmlər, mahnılar həsr ediblər. Hamısı da adlı-başlıqlı. Qoy biri də adsız olsun. Nə yazsam, çeynənmiş olacaq.
Deyəsən, Can Dündar da yaxınlarda belə bir seçim qarşısında qalıb və Atatürkə həsr etdiyi sənədli filmi «MUSTAFA» adlandırıb. Yox, mən belə cəsarətdə bulunmam! Can Dündar Türkiyənin ulduz yazarlarındandır. Onun öz ölkəsinin qurucusunu öz adıyla çağırmağa bəlkə də haqqı var. Bu ona bənzəyər ki, məsələn, mən Şah İsmayıl Xətaidən (özüm qəsdən keçmişə getdim, indikindən desəm, xətası çıxar) bir yazı yazam, ya bir film çəkəm, adını da qoyam –«İSMAYIL». Hamının yadına «Ögey ana» filmindəki Nəcibə Məlikovanın «İsmayıl» harayı düşərdi və başlardılar, nə başlardılar…
Narahat olmayın, elə Türkiyədə də Can Dündarın canını xeyli ağrıdan var…
«MUSTAFA» FİLMİ MƏNİ NECƏ YUXUSUZ QOYDU?
Düz bir həftə öncədən filmin anonsları gedirdi. Mən də bir kağıza xəbərdarlıq qeydi yazıb asdım mətbəxdəki şkafın üstündən. Hər gün gözüm sataşdıqca, o gecənin gəlməsini gözləyirdim. Film gec başladı. Üstəlik, o gün həm işdə, həm evdə çox çalışdığımdan, yorğun idim. Amma dözüb filmə axıracan baxdım. LƏZZƏTLƏ! Son vaxtlar bu ləzzəti baxdıqlarımdan çox az-az ala bilirəm. Bir neçə ay öncə «Məhşər» filminin gecə baxışında belə təsirlənmişdim.
«SAĞ ƏLİNDƏ TAPANÇA, SOLUNDA DAR AĞACI…BİR DÖVLƏT QURDU ATATÜRK»
Bu sözlər də həmin filmdəndir. Yəqin sizin də yadınıza Əmin Bəyin məşhur sətirləri düşdü: «Səndən əvvəlki nəsil heçdən bir bayraq…yaratdı». Fərqə bax. Arada cəmi 5 il ara var…Amma nəticə eynidir.
Can Dündar filmində çox sakit bir tərzdə, pafozsuz-filansız, hərdən amansızcasına Mustafa Kamalın doğuluşundan ölümünə qədər bütün həyatını araşdırır. Onu idealizə etmir, yalandan tərifləmir, göylərə qaldırmır, dahi-dahi-dahi deyib oxumur, qışqırmır, ağzı köpüklənə-köpüklənə bəlağətlə danışmır, həqiqətən, zamanında adı dünyaya səs salan bu Qazini adi bir adam kimi saf-çürük edir…Bütün zəiflikləri, yanlışlarıyla…
FİLM TAMAŞAÇINI «SƏN DEMƏ» YAĞIŞINA TUTUR
Sən demə, Qurtuluş savaşı öncəsi Ankara kiçik bir qəsəbəymiş. Savaşa burdan başlayan Atatürk sonda buranı özünə paytaxt seçib…
Sən demə, Atatürkün həyatı elə uşaqlıqdan, gənclikdən heç də hamar deyilmiş...
Sən demə, o sürgündə nələr çəkibmiş...
Sən demə, Mustafa Kamalın qadınlarla ilişkisi hər zaman problemlə bitərmiş. «Ordular idarə etdim, amma bir qadını idarə edə bilmədim» də onun sözləriymiş…
Sən demə, o boyda Atatürk eşitdiyi bir nəğmədən, şeirdən, duyğulandığı bir sözdən göz yaşını saxlaya bilməzmiş. «Unutmayın ki, Mustafa Kemallar da insandır, zaman-zaman ağlamaq istər» deyərmiş...
Sən demə, filmin qəhrəmanı ömrünün sonunda…içkiyə aludəymiş…
Sən demə, diktatorluğa meyllənibmiş..Bir az da işdən soyuyubmuş. Onu İsmət İnönü əvəzləyirmiş. Son illərdə ölkə gəzilərində ona məmurların rüşvətxorluğundan, maddi durumlarının pisləşdiyindən söz açan adi vətəndaşlara heç nə deyə bilməsə də, ətrafındakılara «Hamı, hər şeyi məndən gözləyir, mən tək nə edə bilərəm ki?» deyirmiş…
Sən demə, ömrünün sonlarında təkmiş, tənhaymış, sirdaşı yoxmuş…
Sən demə…Filmdə sən demələr nə qədər istəsən var. Bunlar mənim yuxulu yaddaşımın tutub saxladıqlarıdır. Bir yanlışlıq varsa, əvvəlcədən üzr diləyirəm.
MUSTAFA KAMAL GÖZÜMDƏ ZƏRRƏCƏ ƏKSİLMƏDİ!
Əksinə, artdı. Mənə daha yaxın oldu. Bütlükdən çıxdı. Adi insan kimi tanıdım - bütün zəiflikləriylə. Film, doğrudan da, «iqtidarı göyüzündən yerüzünə» endirdi.
Bir də, filmin qəhrəmanı nə istəyirdi ki? Sərvət toplamırdı, ölkəni soyub paralarını xarici banklara keçirmirdi, özünə hər yerdə malikanələr ucaltmırdı, saysız səlahiyyətlər istəmirdi…Bir xudmani köşk tikmişdilər, deyəsən, ona uşaqlıqda yaşadığı evini xatırlatmaq üçün, vəssalam.
Amma film birmənalı qarşılanmadı. Ötən gün Atatürkün mənəvi qızı bir televizyon kanalından onun heç zaman tək-tənha olmadığını, hər zaman sevənlərin əhatəsində olduğunu söyləyirdi. Bu da doğru ola bilər. Hətta sağlığında onu sevənlər saya gəlməzdi, axı…
«ATATÜRKÜN PORTRETİ»
Yuxarı baxın. Elə bu gördüyünüz Atatürk rəsmini də Əli Bəy Hüseynzadə çəkib. O Əli bəy ki, 1926-cı ildə Atatürkə sui-qəsddə günahlandırılmışdı. Əli Bəy də İstiqlal Məhkəməsinin qarşısında: «Mən Qazi Paşa həzrətlərinə hörmət və qiyməti daima izhar etdim…Mən Bakıda Qazinin mənqəbəsini nəşr edərkən, bunlar burada sui-qəsd ilə məşğul imişlər. Mən nasıl aralarında ola bilirim?» - deyə söyləmişdi. Onu buraxmışdılar (mənqəbə deyərkən Bakıda çap olunan «Şərqin iki dastanında türk» kitabını və yenə Bakıda keçirilən Birinci Türkoloji qurultayı nəzərdə tutmuşdu). 7 il sonra gördüyünüz portreti çəkmişdi Əli Bəy. Ölümündən əvvəl də, sonra da ona şeir həsr etmişdi…
Güzelə aşık idi
Sevgilisiydi Vatan.
Şimdi o yüce Qazi
Karibi hüsn-i Canan.
MUSTAFA KAMAL PAŞANI YEDİN, YENƏ DOYMADINMI?
İl 1938, ay noyabr, gün 10, səhər 10-a 5 dəqiqə işləmiş. Atatürkün ölüm tarixi. Nələr yazıldı, nələr deyildi o tarixdən sonra? Biri mənim ürəyimi hər zaman parça-parça edir:
Mustafa Kamal Paşanı
Yedin yenə doymadınmı?
Dünya, dünya, yalan dünya!
Bu tarix mənə 6 mart qədər əzizdir. 17 ildir ki, bu tarixi ailədə xüsusi qeyd edirik. Oğlum onun adını daşıyan litseydə oxuduğu ildən bu yana hər il noyabrın 10-da onun adını anır, ruhuna dua oxuyuruq. Hər zaman belə olacaq!