Azərbaycan enerji siyasətini dəyişir... Azərbaycan qaz ixracının əsas hissəsini bundan sonra Türkiyədən yan keçirmək üçün yollar aramaqdadır... Azərbaycan İrana üzümüzə gələn qışdan qaz satmağı düşünür...
Oktyabrın 16-sından sonra ictimaiyyət bu kimi xəbərlərə və onların gündəlik şərhlərinə artıq alışıb və aparılan kütləvi təbliğat nəticəsində az qala ictimai şüurda Dağlıq Qarabağ və Azərbaycanın Türkiyəyə satdığı qazın qiyməti problemi həmahəng (eynigüclü) səslənməyə başlayıb.
Bəs reallıq necədir? Bəlkə problemə «soyuq başla» da baxaq? Havaların soyumağa başladığı bir vaxtda, məncə, təbliğatı reallıqdan ayırmaq daha asandır. Elə isə keçək mətləbə...
QAZ MƏSƏLƏSİNDƏ SİYASƏT AMİLİ
Beləliklə, 16 oktyabrda Azərbaycan prezidenti yanında Nazirlər Kabinetinin ənənəvi iclası keçirilirdi. Ancaq sonda bunun əvvəlki toplantılardan fərqi üzə çıxdı. Ona görə ki, bu kimi iclaslar adətən bir-neçə aparıcı nazirlərin ölkə iqtisadiyyatının durmadan inkişafına (hətta tənəzzül olsa belə, onun başqa ölkələrlə müqayisədə Azərbaycanın dinamik inkişafına necə təkan verməsi xüsusi vurğulanır) dair məruzələrindən və dövlət başçısının onlara qulaq asandan sonra ruhlandırıcı çıxışları ilə bitirdi.
Bu səfər isə ilk dəfə olaraq Azərbaycan ictimaiyyəti fərqli mənzərəni müşahidə etdi: İlham Əliyev qaz məsələsinə görə əməlli-başlı narazılıq etdi. Ancaq bunun kökündə Bakı ətrafında yaşayan hansısa Mirzəmməd kişinin hələ də qazla təmin olmaması və ya Azərbaycanın hansısa rayon mərkəzindən cəmi 10 km aralıda yerləşən kənd sakinlərinin hələ də «mavi yanacaq» həsrətində olması (yerli TV-lər qazsız Azərbaycan vətəndaşları haqda süjetləri hakimiyyətə hörmət naminə efirə vermirlər, baxmayaraq ki, müxbirlərindən tutmuş ta departament rəhbərlərinədək hamısı «qazsız novostroykalar»a qaz verilməsinin neçəyə başa gəlməsi haqda kifayət qədər məlumatlıdırlar) deyildi. Bu daha qlobal məsələ idi – Türkiyə bizim qazımızı ucuz almağına baxmayaraq hələ də ortaya Azərbaycan tərəfini qane edə biləcək mövqe qoya bilmir.
Bu zaman dövlət başçısı bir sıra iradlar da ortaya qoydu: Türkiyənin «Şah-dənizin» Mərhələ-1 layihəsi çərçivəsindəki qazın dünya bazar qiymətlərindən 3 dəfə aşağı qiymətlə 3 ildir ki almasına, Mərhələ-2 layihəsi çərçivəsində Türkiyə üzərindən başqa ölkələrə ixrac edilməsi nəzərdə tutulan qaza görə rəsmi Ankaranın bazar qiymətlərindən 70% çox tranzit haqqı tələbinə və sair.
Bu deyilənlər əslində siyasət idi, ən azı ona görə ki, dövlət başçısının dilə gətirdiyi hər məsələnin kökündə siyasət var. Dilə gətirilməməklə rəsmi Ankaraya çatdırılası mesaj isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalında Azərbaycanın nələri qabardacağından başqa bir şey deyildi.
İXRAC QAZININ TƏBLİĞİ
Təbii ki, dövlət siyasətinin istiqaməti onun rəsmi və qeyri-rəsmi təbliğat kampaniyası ilə müəyyən edilir. Bu baxımdan da oktyabrın 16-dan sonrakı dövrün baş iqtisadi xəbərlərinə nəzər salmaq kifayətdir ki, onun kursunu müəyyənləşdirəsən:
- Azərbaycan öz qazının diversifikasiyalı ixracı üçün bütün imkanlara malikdir;
- Azərbaycan Rusiyaya qaz satışını 2010-cu ilin əvvəlindən gerçəkləşdirəcək və elan edilmiş 500 milyon kubmetr dəfələrlə artırıla bilər;
- Azərbaycan Rusiyaya mövcud boru xətti ilə ildə 7 milyard kub metr qaz verə bilər;
- Azərbaycan İran tərəfi ilə qaz ixracına dair danışıqlara hazırlaşır və Astara istiqamətində magistral boru xəttinin təmirinə başlayıb;
- Azərbaycan Gürcüstan üzərindən Rumıniyaya və Avropaya sıxılmış maye qaz satmaq planlarını araşdırır və sair.
HƏQİQƏT VƏ YA DÖVLƏT MARAQLARI
Bəs reallıqda vəziyyət necədir? Doğrudanmı Azərbaycan Türkiyə marşrutuna alternativ ixrac qaz magistralı yaratmaq planlarını gerçəkləşdirmək niyyəti güdür, yoxsa bu sadəcə bir siyasətdir!
Oktyabrın 20-də İtalyanın Milan şəhərində Türkiyənin təbii sərvətlər və energetika naziri Taner Yıldız jurnalistlərin suallarını cavablandırarkən 4 gen əvvəl Azərbaycan prezidentinin dilə gətirdiyi məsələlərə münasibət bildirdi. Onun ilk cümləsi bu oldu ki, İlham Əliyevə yanlış məlumat veriblər və ardınca bunları söylədi: «Biz Azərbaycan qazını qazın dünya bazar qiymətlərindən aşağı qiymətlə cəmi 10 ay almışıq».
Diqqət yetirin, İlham Əliyevə 3 il (36 ay) söyləmişlər. Həqiqətən də, BP-Azərbaycanın 2009-cu ilin avqust ayında dərc etdiyi hesabatda «Şah-dəniz» qazının Türkiyəyə ixraca başlanması tarixi kimi 2007-ci ilin iyulu göstərilib. Taner Yıldız isə 2008-ci ilin aprelindən
sonra alınan «Şah-dəniz» qazının 120 dollardan yuxarı olacaq hissəsinin ödəniləcəyinə rəsmən yazılı öhdəlik götürdüklərini bildirir. Daha sonra türkiyəli nazir Azərbaycan qazı üçün bazar qiymətlərindən 70% çox haqq tələbinin həqiqətə uyğun olmadığını və bir daha bununla bağlı İlham Əliyevə düzgün məlumat verilmədiyini jurnalistlərə xatırladır və bildirir ki, 1-2 kommersiya danışığından sonra məsələlər tam həllini tapacaq.
Taner Yıldızın dediklərindən düz 1 həftə vaxt ötüb, ancaq onun dediklərini təkzib edən Azərbaycan məmuru olmayıb. Onda...
Nədən yenə də «Türkiyə rəsmi Moskva ilə daha sıx işbirliyi qurmağa hazırlaşır və Rusiya ilə birgə enerji layihələri həyata keçirməklə antiqərb siyasətə meyllənir» kimi fikirlər səslənir. Və bu zaman hakimiyyət mediası oktyabrın 18-də Türkiyə hökumətinin «Cənub axın» layihəsinin onun ərazi sularından keçməsinə dair müsbət rəyini misal çəkir və bunun «Nabucco»ya zərbə kimi qiymətləndirilər. Ancaq bir şeyi nəzərdən qaçırırlar ki, Azərbaycanın enerji siyasətinə məsul şəxslər həmişə bəyan ediblər ki, «Nabucco Azərbaycanın layihəsi kimi gündəmə gəlməyib və bizim də orada iştirakımız əvvəldən nəzərdə tutulmamışdı». Ancaq Türkiyə bu qərarı verməklə Milanda 4 şirkətin iştirakı ilə - Rusiyanın dövlət şirkətləri - Transneft və Rosneft, İtaliyanın Eni və Türkiyənin Çalık Enerji – Samsun-Ceyhan neft kəmərinin inşaası ilə bağlı ikinci Memorandumu imzalamağa nail oldu. Nəzərə almaq lazımdır ki, Rusiya hər il Bosfor və Dardanel boğazları vasitəsilə dünya bazarına 40 milyon ton neft və neft məhsulları ixrac edir. Bolqarıstanda müxalifətin hakimiyyətə gəlməsi ilə onlar Rusiyanın dəstəklədiyi Burqas-Aleksandripolis neft kəmərinə qarşı çıxışlar etdilər və mövcud vəziyyətdə öz milli maraqlarından çıxış edən Türkiyə Samsun-Ceyhan layihəsi ilə bağlı sərfəli şərtlər irəli sürdü. Nəticədə ötən həftə Türkiyəyə rəsmi səfərə gələn Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz ölkəsinin də bu layihəni dəstəklədiyini bəyan etdi. Dünya mediası isə Eni şirkətinin İraqda çıxaracağı neftini də Ceyhan vasitəsilə dünya bazarına çıxarmaq arzunu nəzərə alaraq «yaxın perspektivdə Ceyhan şəhərinin Türkiyənin Kaliforniyasına çevrilmək imkanı»ndan yazdı.
Bundan başqa rəsmi Ankara Trans Arab Gas Pipeline (Misir-İordaniya-Suriya-Türkiyə) layihəsinin gerçəkləşməsi yönümündə də işlər aparır. Bu barədə Bəşir Əsədlə və Hüsnü Mübarəklə yüksək səviyyəli danışıqlar da aparılıb. İordaniya Kralı Abdulla isə ilk gündən bu layihəyə dəstək verdiyini bildirib.
Yəni rəsmi Ankara çoxdan bəri planlaşdırdığı bir layihəni - Türkiyənin Asiya ilə Avropa arasında bir Energy Hub (enerji mərkəzi) – a çevrilməsinə doğru addım-addım irəliləyir. Xəzər qazının bura cəlb edilməsi isə bu layihənin bəlkə də şah damarıdır. Elə isə Türkiyə öz vəsaiti hesabına Gürcüstanla sərhəddən Ərzurumdakı qaz paylayıcı şəbəkəyə qədər inşa etdiyi 280 km-lik və illik buraxıcılıq gücü 20 milyard kub metr olan bir kəmərdən gələcək qazdan niyə imtina etməlidir?
BU DA AXIRI...
Hakimiyyətin təbliğat maşını nə qədər yuxarıda deyilənləri cəmiyyətə yeritməyə səy göstərsə də son nəticə onun istəyincə olmadı. Oktyabrın 26-na keçən gecə bütün Azərbaycanda hava şəraiti kəskin dəyişdi: güclü külək, leysan yağış və temperaturun kifayət qədər enməsi. Nəticədə işıqlar da sönməyə başladı və hətta Bakının bəzi rayonlarındakı abonentlər belə qazın təzyiqinin azalmasını müşahidə etdilər.
İndi özünüz nəticə çıxarın – orta statistik Azərbaycan vətəndaşı, hansı ki, ölkə daxilində qazı ixrac qiymətinə (əhali qazın hər 1000 kubmetrini 120 dollara alır, Gürcüstana da qazımız o qiymətə satılır və 5 il müddətinə qiyməti dəyişməyəcək) belə ala bilmirsə (yenə «novostroykalarda» yaşayan imkanlı, ancaq qazsız vətəndaşlarımızı nəzərdə tuturam) və yerli icra orqanları bununla bağlı saysız hesabsız müraciətləri cavabsız qoyurlarsa, onun yeganə ümid yeri Türkiyə deyilmi?! Bəlkə yalnız bu halda sadə Azərbaycan vətəndaşı evində «mavi yanacaq» görə.