Keçid linkləri

Təcili xəbərlər

«Azəri-Çıraq-Günəşli» haqda bunları bilmək maraqlıdır


• 1997-ci ilin 7 noyabrından 2009-cu ilin 1 sentyabrına qədər AÇG-dən 166.3 milyon ton (1 milyard 230 milyon barel) neft hasil edilib.

• 2006-cı ilin 4 iyunundan 2009-cu il sentyabrın 15-dək Ceyhan terminalından 884 tanker AÇG neft ilə yüklənib dünya bazarlarına yola salınıb.

• 1997-ci ilin noyabrından 2009-cu ilin 1 sentyabrına qədər 17 milyard kubmetrdən çox (təxminən 604 milyard kubfut) səmt qazı AÇG-dən Azərbaycana pulsuz olaraq təhvil verilib.

• 2008-ci ilin sonunadək AÇG layihəsinə ümumilikdə $20 milyarddan artıq sərmayə qoyulub.

• Təkcə 2008-ci ildə Azərbaycan AÇG layihəsindən təqribən $14.4 milyard gəlir əldə edib. Bütövlükdə isə indiyədək (1999-cu ilin dekabrından 2009-cu ilin iyuluna qədər) AÇG-dən Azərbaycan Dövlət Neft Fonduna $23 milyard daxil olub.

• 1994-cü ildə layihənin başlandığı vaxtdan 2009-cu ilin iyulunadək AÇG layihəsi yalnız Azərbaycandakı davamlı inkişaf proqramlarına $12 milyon vəsait xərcləyib.

• 2007-ci ildə BP-nin dünyadakı ən böyük 10 hasilat quyusundan 4-ü, 2008-ci ildə isə BP-nin dünyadakı ən böyük 15 hasilat quyusundan 3-ü AÇG yatağında olub.

• AÇG yatağında indiyədək 81 quyu qazılıb.
XS
SM
MD
LG