Azərbaycanın Neft Araşdırmaları Mərkəzi (ANAM) ölkədə neft sənayesində praktik şəffaflıq əldə etmək üçün aşağıdakı məlumatların mütəmadi dərcinə ehtiyac duyur (hər bir hasilatçı şirkət üzrə):
1) nə qədər neft, kondensat, qaz və səmt qazı hasil edib;
2) hasil etdiyi xammalın nə qədərini ixrac edib;
3) hər il nə qədər yatırım edib (kapital və istismar xərcləri);
4) hər il dövlətə nə qədər vergi ödəyib və mənfəəti olubmu?
Bundan əlavə Azərbaycan hökuməti çox yaxşı olardı ki, ictimaiyyətin diqqət və maraqlarından çıxış edərək aşağıdakı məsələləri həll edəydi:
1) hasilatçı şirkətlər özlərinin Azərbaycandakı fəaliyyətləri ilə bağlı ildə 1 dəfədən az olmayaraq mətbuat konfransı keçirməli və illik hesabatlarını İnternet səhifələrində yerləşdirməlidirlər (axı bizim hökumət elektron Azərbaycan adlı çoxmilyonlu layihə həyata keçirir, necə ola bilər ki, ictimai maraq kəsb edən məlumat qapalı qalsın). Bunu hökumət əməliyyat şirkətlərindən tələn etsəydi, məncə, ona «yox» deyən tapılmazdı;
2) Dövlət Statistika Komitəsinə tapşırılmalıdır ki, 2010-cu ildən başlayaraq özünün aylıq hesabatlarında neft və qaz hasilatı üzrə məlumatları hər bir hasilatçı şirkət üzrə ayrıca bəyan etsin;
3) Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, 2010-cu ildən başlayaraq özünün aylıq hesabatlarında neft və qaz ixracı üzrə məlumatlarını həm də şirkətlər üzrə bəyan etsin və həmçinin deklarasiyalaşdırılmış ixracla yanaşı, faktiki ixrac həcmlərini göstərsin.
Bütün bunlar nəyə lazımdır? Bunun bircə cavabı var - Azərbaycanın 1 nömrəli milli sərvəti sayılan neftin hasilatı, ixracı və ondan gələn gəlirlər üzərində cəmiyyətin istənilən şübhəsini dağıtmaq üçün. Əks təqdirdə... «neft şəffaflığı» mövzusu cəmiyyətin yaddaşında vaxtilə Hacıbala Abutalıbovun «analoqu olmayan» kəlamı kimi qalacaqdır.
P.S. 2009-cu il mayın 26-dan ABŞ-da qeydiyyatdan keçmiş «RVI Investment» şirkəti (prezidenti Rza Vəziridir) Gədəbəyin qızıl mədənlərini istismar etməyə başlayıb. Artıq cari ilin avqustunda ilk Azərbaycan qızılının ilk partiyasının ixracına start verilib. ANAM müşahidələrinə görə, onun şəffaflığı daha çətin olacaq, çünki «qara qızıldan» fərqli olaraq sarı qızıl göz qamaşdırır.