Milli Mətbuat günündə həbsdə olan jurnalistlər azad olsaydı daha yaxşı olardı. Amma hakimiyyət qəzetlərə kiçik məbləğdə vəsait verməklə öz işini bitmiş hesab etdi. Qəribədir ki, jurnalistlər də «bəy verən atın dişinə baxmazlar» zərb məsələsinə uyğun olaraq «hədiyyədən» imtina etmədilər.
Hərçənd ki, 10 min manat qəzetlərə ancaq əməkdaşlarının bir-iki aylıq əmək haqqını verməyə bəs edər. Fəqət, Mətbuat Şurası da, elə qəzetlər də bununla barışdı.
Bəlkə də bu da təbiidir. Amma insan öz ətrafındakı mühiti azacıq da olsa dəyişməyə, onu özü üçün əlverişli etməyə çalışmalıdır. Bunun üçün hamı kimi jurnalistlər də təşkilatlanmalıdırlar. Təşkilatlar çoxdur, ancaq onlardan heç biri jurnalistləri yetərincə təmsil etmir, onların hüquqlarını müdafiə etmir. Bəli, formal olaraq Mətbuat Şurası da var. Amma bu qurumdakı son seçkilər göstərdi ki, o, jurnalistlərdən daha çox hakimiyyətin maraqlarını güdür. Çox maraqlıdır ki, hətta belə bir fakt unudulur ki, digər yaradıcı təşkilatlar kimi jurnalist təşkilatları da yaradıcı qurumlardır. Hətta sovetlər dönəmində bəstəkarlar, yazıçılar, rəssamlar ittifaqı kimi jurnalistlər ittifaqı,
jurnalistlər evi və s. də var idi. Bu fikir bir qədər mühafizəkar görünə bilər.
Amma hər şey jurnalistlərin özlərindən asılıdır. Məsələ bundadır ki, indiki vəziyyətdə jurnalist təşkilatları onsuz da hakimiyyətin maraqlarını daha çox nəzərə alırlar, nəinki jurnalistlərin. Sadəcə, belə bir təşkilatın mövcudluğu onun heç olmasa bir institut kimi tanınmasına təkan verə bilərdi. Adlar çoxdur, amma mahiyyət başqadır. Çalışmaq lazımdır ki, ad da mahiyyətə daha çox uyğun olsun. Forma və məzmun burada biri-birini tənzimləməlidir. Amma bir çox hallarda belə bir mühüm detal unudulur. Demokratik ölkələrdə nə varsa onun maketi burada da var, maket sarıdan bolluqdur, amma məzmun yoxdur.
Bir acı həqiqət də var ki, indiki şəraitdə nə yaradırsansa yarat, son nəticədə sovet strukturu olacaq, çünki bəziləri hələ sovet düşüncə tərzi ilə hələ tam şəkildə vidalaşmayıb. Amma partiyalar da onların strukturu üçün daimi dövlət dəstəyinin olmasını istəyirlər və müəyyən şərtlər daxilində bunu mümkün hesab edirlər. Partiyalar bunu mümkün hesab edirlərsə jurnalistlər niyə kənarda qalsın?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.