Keçid linkləri

Təcili xəbərlər

Bir nəslin ömrü qədər…


Heydər Əliyev
Vaxtilə müxalifət düşərgəsində olan, indi isə millət vəkili kimi fəaliyyət göstərən bir nəfər həmişə deyirdi ki, gedin, özünüz üçün xalq yaradın, bu xalq Heydər Əliyevindir. İndi Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi zamanında istər-istəməz bu fikir yada düşür.

Bütün ətraf dövlətlərdə çox mürəkkəb həyat yaşanılmasına baxmayaraq Azərbaycanda heç yarpaq da tərpənmir. Qorxu və təlaş! İnsanları bu hissələr artıq cana gətirib. Heydər Əliyevin hakimiyyətə gəlişi insanların bir qismi üçün 40 illik dövr deməkdir.

40 il bir nəslin həyatıdır. Bəlkə heç Heydər Əliyevin bunda günahı yox idi, çünki Hegelin də belə bir fikri var ki, hər bir xalq öz liderinə layiqdir.

Sonuncu fikri bir korrektə etmək üçün Baltik respublikalarını yada salmaq mümkündür. Heydər Əliyev onlardan birinin prezidenti olsaydı görən Azərbaycanda olduğu kimi onları idarə edə bilərdimi? Əsla! Sözsüz ki, uzun zaman bu milləti idarə edən, onun psixologiyasnı dərindən bilən Heydər Əliyev üçün yenidən məhz Azərbaycanda hakimiyyətə gəlmək bir o qədər də çətin deyildi. Siyasətə ikinci dəfə gəlişi zamanı ona inananlar var idi. Bəziləri onu «dəmir əl» kimi görür, digərləri isə öz kumirlərinin ikinci gəliş zamanında keçmiş səhvlərini təkrarlamayacağını zənn edirdilər. Amma hamı yanıldı. Tez bir zamanda Heydər Əliyev sübut etdi ki, o qətiyyən dəyişməyib, əksinə daha hər şeyi nəzarətdə saxlayan Kremlin də nəzarəti yox idi - deməli, o öz şəxsi planlarını asanlıqla həyata keçirə bilərdi. Bəli, «yuxarılar»dan təzyiq yox idi, «aşağılar»ın ovqatı isə onu qətiyyən maraqlandırmırdı...

Bəziləri hələ də ümid edirlər ki, nisbətən gənc olan İlham Əliyev bir qədər fərqli siyasət yürüdəcək. Digərləri isə Heydər Əliyevin siyasəti ilə İlham Əliyevin siyasətini müqayisə etməyə çalışır. Əslində İlham Əliyev məhz Heydər Əliyevin siyasətini davam etdirir.

Eyni dəsti-xətdir. Sovetlər vaxtında sanki bütün Azərbaycan L.Brejnev mərəzinə tutulmuşdu, hara baxırdın onun şəkli ilə bəzənmişdi. İndi həmin siyasət Heydər Əliyevlə bağlı aparılır. Hətta orta məktəb dərslikləri, məscidlər unudulmur...

Sovetlər vaxtında hətta dəqiq elmlərə aid dərsliklərdə Lenindən sitat gətirənlər də var idi. Hanı həmin kitablar, heykəllər, büstlər?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG