«Yaxın Şərq münaqişəsi, yəhudilərlə ərəblərin savaşı həll edilməyəcək, çünki ərəblərlə yəhudilər öz aralarındakı bütün problemləri həll etsələr belə Yerusəlimi bölüşdürə bilməyəcəklər». Rusiyalı siyasətçilər, diplomatlar və mütəxəssislər bu fikri tez-tez, özü də ironiya səsləndirməyi sevirlər. Bu sətirləri oxuyanda istər-istəməz Dağlıq Qarabağ münaqişəsi yada düşür.
Bəlkə də həmin fikirləri söyləyənlər bunu Qarabağ problemi ilə bağlı da söyləyirlər: «Qarabağ problemi də həll edilməyəcək, çünki ermənilərlə azərbaycanlılar öz aralarındakı bütün problemləri həll etsələr də, Şuşanı, Laçını bölüşdürə bilməyəcəklər!..»
İsrail prezidentinin Bakıya səfəri haqqında düşünərkən spontan şəkildə bu fikirlər yada düşür. Prinsipcə, bu o qədər də bəsit vəziyyət deyil, kifayət mürəkkəbdir. İsrail də artıq yarım əsrdən çoxdur ki, münaqişəyə cəlb edilmiş ölkə kimi yaşayır və müdafiə olunur, seçkilər keçirir, demokratiyanın tələblərini vəziyyətin çətin olmasına baxmayaraq gözləyir.
Bəlkə də bu ölkənin təcrübəsinə baxıb «Demokratiya ekstermal vəziyyətdə» adlı kitab da yazmaq olar. Azərbaycanda isə müharibə «siyasi bəhanə» predmetinə çevrilir. Ölkənin müharibə vəziyyətini bəhanə edərək ancaq qadağalar tətbiq olunur, seçkilər demokratik keçirilmir. Bu baxımdan İsrail Azərbaycanla bağlayan tellər azdır. Düzdür, burada da geopolitika, bəli məhz geopolitika yada düşür.
Siyasi sistemi çoxlu sual doğuran Azərbaycana münasibətdə İsrail siyasi reallıqların mümkün olduğu çərçivədə bu ölkə ilə yaxşı münasibət yaratmağa çalışır. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İndi də vəziyyət dözümlü durumdadır. İsrail Azərbaycan neftinin daimi alıcısıdır və bu yolla özünün enerji təhlükəsizliyini təmin edir, onun ərəb dövlətlərindən asılılığı azalır. Digər məsələ İsrailin Bakıda səfirliyinin açılmasıdır. Azərbaycanda artıq neçə illərdir ki, İsrail səfirliyi fəaliyyət göstərir. Azərbaycan isə qarşılıqlı addımı yubadır. Artıq bir neçə dəfədir ki, hətta tarixlər deyilir, amma səfirlik açılmır.
Hakimiyyət bu addımın islam dövlətlərini qeyzləndirə biləcəyini söyləyir.Düzdür, İslam Konfransı yeganə qurumdur ki, Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Amma bu, Azərbaycanın İsraillə münasibətlərinin soyuması üçün şərait yaratmamalıdırlar. Azərbaycan öz problemlərini Rusiyanı, İranı «razı salmaq» yolu ilə korrektə etməməlidir. Düzdür, bu hakimiyyətdən belə müstəqillik gözləmək əbəsdir. Bir dövlət ki, İrandan və Rusiyadan ehtiyat edərək hələ 1995-ci ildən qüvvəyə minən konstitusion maddənin – hərbi doktirinanın yaradılmasını və təsdiq edilməsini müxtəlif bəhanələrlə yubadırsa, ondan başqa cür davranış tərzi gözləmək əbəsdir. Beləliklə, gündəlikdə prinsipcə həlli mümkün olan bir detal var ki, bu da Azərbaycan səfirliyinin İsraildə açılmasıdır. Amma indiki hökumətin buna cəsarəti çatacaqmı?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.