Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan-İspaniya: 6 top və 5 qəpiklik oyun


Azərbaycan və İspaniya millilərinin oyunundan qabaq ovqat belə idi ki, Avropa çempionunun Bakıya qədəm qoyması özü-özlüyündə Azərbaycanın qələbəsi idi, daha doğrusu, Azərbaycan neft sənayesinin qələbəsi.

Bu oyunun ancaq bir nəticəsi maraq doğururdu – Fernando Torresin maykası kimə nəsib olacaq.

Bəs hesab?

Hesabı Rövnəq Abdullayev verəcək, narahat olmayın, neftin qiyməti qalxmaq üzrədir.

Azərbaycan milli futbol komandasından da narahat olmayın. Ona nə qədər xərc çəkirsən çək, necə ki, 5 qəpiklik oyanyır, elə də oynayacaq.

Adətən belə görüşlər ərəfəsində deyirlər, “Azərbaycan nə qədər bacarırsa qol vuracaq, İspaniya isə nə qədər ürəyi istəyir o qədər...”

Tofiq Bəhramov adına stadionda keçən görüşdə İspanların ürəyindən 6 top keçdi. 3 top birinci, 3 top da ikinci hissədə.

Azərbaycan yığması isə... Azərbaycan futbolçuları bu axşam motodorların korrida meydanlarında deşik-deşik elədikləri öküzlərdən də köməksiz görünürdü.

Yodaşlıq görüşü idi, necə deyirlər, şalvarı uduzan olmadı.

Amma Torresin maykasını kim isə uddu. Mən gözdən qaçırdım. Siz necə, görmədiniz onun futbol maykasını əldə edən bəxtəvər kim oldu?

Yazın, biz də bilək.

(HƏMÇİNİN OXU: BÜTÜN DÖVRLƏRİN SUALI: AZƏRBAYCAN FUTBOLU NİYƏ BU GÜNDƏDİR? )


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG