Türkiyənin Baş naziri R.T.Ərdoğan bu günlərdə maraqlı təkliflə çıxış edib. O bildirib ki, türk dövlətləri arasında Şengen sazişinə bənzər sazişin qüvvəyə minməsi çox yaxşı olardı. Baş nazir bu məqsədlə ölkəsinin digər dövlətlərlə danışıqlar aparacağına da işarə edib. Amma bir detalı qeyd etmək vacibdir ki, cənab Ərdoğan maraqlı təkliflərlə çıxış etməyi sevir. Lakin deyilənlərin heç də hamısını məntiqi sonluğa çatdırmaq, başa vurmaq olmur. Bir – iki il bundan əvvəl o, digər maraqlı təkliflə – Qafqaz Təhlükəsizlik Paktı təklifi ilə çıxış etmişdi. Amma bu günə qədər ortalıqda quru ritorikadan başqa heç nə yoxdur. Eyni sözləri Yüksək Strateji Tərəfdaşlıq təşəbbüsü haqda da demək olar. Bunları qeyd etməklə təkliflərin ancaq Türkiyənin günahı ucbatından baş tutmaması təəssüratını yaratmaqdan uzağıq. Sadəcə, hər hansı təklif irəli sürülməmişdən öncə onun toxunacağı digər siyasi subyektləri, onların potensial inteqrasiya meyllərini və imkanlarını da nəzərə almaq lazımdır. Bir müddətdir ki, Azərbaycanla Türkiyə arasında birtərəfli vizasız rejim qüvvəyə minib. Amma Azərbaycan müxtəlif bəhanələrlə onu ikitərəfli razılaşmaya çevirməyə tələsmir, Türkiyə vətəndaşları üçün vizanı ləğv etmir. Belə bir hal ən yaxşı halda İranla əlaqələndirilir, çünki İran da Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və indi bu addıma qonşusunu da təhrik etmək istəyir. Amma İranla vizanın götürülməsi ölkədə iranlıların onsuz da izafi sayını bir qədər də artıra bilərdi, üstəlik bunun siyasi məqam və nüansları da xüsusi olaraq nəzərə alınmalıdır. Amma problem təkcə bir və yaxud bir neçə siyasi detalla bitir, yoxsa ortalıqda ciddi psixoloji maneələr də var?
AZƏRBAYCAN TÜRKİYƏ İLƏ NƏ QƏDƏR SƏMİMİDİR?
Əvvəl də bununla bağlı şübhələr vardı. Amma bu şübhələr daha çox analitik xarakter daşıyırdı və daha çox mülahizə səviyyəsində idi. Məşhur «Wikileaks»in açıqlamalarından sonra sanki bu mülahizələr özünün təsdiqini tapdı. Məlum oldu ki, İ.Əliyev Türkiyəyə, onun siyasətinə və regiondakı roluna çox kritik yanaşır. Həmin açıqlamalardan sonra rəsmilər arasında bir anlaşma, izahat işi oldu. Amma bu anlaşma tərəflərin siyasətinə və mövqeyinə nə dərəcədə ciddi təsir etdi? Məsələ də elə bundadır. Azərbaycandakı siyasi sistem çox qəribə siyasət aparır. Bunu bir təhlükəsiz məsafə siyasəti kimi xarakterizə etmək olar. Amma burada təhlükəsizlik qayğıları heç də milli yönümdən və milli təhlükəsizliyin diktəsi kimi formalaşmır. Bu, daha çox siyasi rejimin öz maraqları ilə müəyyən edilir. Bəli, ilk baxışda belə təəssürat yaranır ki, onlar müstəqil siyasət yürütməyə can atırlar. Amma bu, aldadıcı zahiri təəssürat hesab edilməlidir. Əslində hər şey daha sadədir. Ortalıqda bir Türkiyə amili və Türkiyə modeli var. O, ideal deyil, hətta bir sıra Avropa ölkələrinin siyasi və iqtisadi göstəricilərindən geri qalır. Amma o, Azərbaycanla, eləcə digər türk dövlətləri ilə müqayisədə üstün gücə malikdir. Türkiyə ilə inteqrasiyanın artması bu siyasi rejimi, onun iqtisadi dayaqlarını sarsıda bilər. Təhlükəsiz məsafə məhz bu məntiqlə diktə edilir. Qalan hər şey zahiridir. Elə «bir millət və iki dövlət» tezisi də ancaq zahiri effektlərə hesablanmış bir ideoloji tezis hesab edilə bilər.
SİYASİ SİSTEMLƏR YAXINLAŞMAYANA QƏDƏR
Eyni sözləri Mərkəzi Asiyanın türk dövlətləri haqqında da demək olar. Bəlkə Qırğızıstan bir qədər istisnalıq təşkil edir. Hər halda, bu ölkədə avtoritarizm son illərdə xeyli zəifləyib. Digərləri isə aydındır. Türkiyəyə münasibət daha çox «birincilərin» - dövlət başçılarının bu ölkəyə subyektiv münasibətilə və bir də siyasi ambisiyaları ilə müəyyən edilir. Hətta reallıqda da orta statistik türkmənlə orta statistik türkün təmasını təsəvvür etmək o qədər də asan da deyil. Ölkədə baş verənlərin hamısını hörmətli prezidentin atalıq qayğısının nəticəsi hesab edən türkmənlə azacıq da olsa, Avropa insanı olan türkün bir araya da gəlməsi çətin bir proses olardı. Amma burada bir detala da diqqət yetirmək lazımdır. Avropada da Şengen müqaviləsi imzalandıqdan düz on il sonra qüvvəyə minmişdi. Bəlkə on ildən sonra hər şey həqiqətən dəyişəcək və başqa cür olacaq? Bəlkə on ildən sonra həqiqətən də ürəkdən «bir millət və altı dövlət» demək mümkün olacaq? Kim bilir?!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir