«İnsan qorxaq da olsa, öz vətəni uğrunda qəhrəman kimi ölə bilərmiş!» («Əli və Nino»). Bu sətirləri ona görə yazdım ki, daim bir fikir məni təqib edir. Belə bir utopiya təsəvvür edək. Təsəvvür edək ki, keçmiş sovet rejimi hansısa bir formada qayıdır, hər şeyə son qoyulur, hamını keçmiş qayda ilə yaşamağa dəvət edirlər. Müqavimət olardımı? Mən M.Qorbaçova qarşı hərbi çevrilişi, ruslar demişkən, «putç»u yaxşı xatırlayıram. Bütün prosesləri çox yaxından izləyən xarici jurnalistlər bir detala diqqət çəkmişdilər: ölkədə «putç»a qarşı etiraz heç də kütləvi xarakter almamışdı. Bəlkə də insanlar «yenidənqurma» adlı eksperimentdən bezmişdilər və yaxud da Qorbaçovun qeyri –müəyyən, anlaşılmaz siyasətindən yorulmuşdular, hər halda, səbəb çox idi. İndi həm Rusiyada, həm Azərbayсanda yaxın keçmişin dərki ilə bağlı edilən cəhdlər mənə ziddiyyətli təsir bağışlayır. Azərbaycanda öz tariximizə qarşı tənbəl münasibət var: sadəcə, bir dövrü tamam unutmaq, vəssalam! Xatırlayanda da təkcə ona görə xatırlayırlar ki, sübut etsinlər ki, «ulu öndər» hətta sovet vaxtında belə ölkənin müstəqilliyi uğrunda çarpışıb, demokratiyanı inkişaf etdirib, korrupsiyanın kökünü kəsib, Azərbaycanı dünyaya tanıdıb! Olsun! Amma sovet dövrü təkcə «ulu öndərin» hakimiyyətindən ibarət olmayıb, 70 il söhbəti var ortalıqda. Bu yetmiş ildə nələr oldu? Nələr yadda qaldı, nələr unuduldu?
ONLAR DOĞRUDANMI GÜNAHSIZ İDİLƏR?
Hələ də 37-ci il, ondan əvvəl və sonra repressiyalara məruz qalmış insanlar «günahsız qurbanlar» adlanır. İndi də onların tamamilə haqsız olaraq, heç bir günahları olmadan həbs edildiyini, sürgün edildiyini, təqiblərə məruz qaldığını sübut etməyə, onlar üçün bəraət almağa cəhd edirik. Amma bəlkə əslində belə olmayıb? Bəlkə bu insanlar şüurlu şəkildə sovet rejiminə etiraz nümayiş etdirib, bu yolda özlərini qurban veriblər? Doğrudanmı, H.Cavid və yaxud Ə.Cavad tamam günahsız idilər? Bəlkə onlar öz yaradıcılıqlarında elə şüurlu şəkildə sovet gerçəkliyini vəsf etmirdilər? Bəlkə onlar şüurlu şəkildə o rejimi qəbul etmirdilər? Bəlkə M.Müşfiqin həqiqətən də türk poeziyasına böyük bir rəğbəti vardı? Suallar, suallar... Tarix elə təqdim olunur ki, sanki ancaq bir neçə parlament üzvü, ya hökumət adamı sovet quruluşunu qəbul etmirdi, ona qarşı çıxırdı. Tarixə vurğu düzgün edilmir. Həmin dövrün ədəbi – bədii dərkinə isə ancaq «Əli və Nino» romanında cəhd edilib. Bu vaxtadək 11-ci Qızıl Ordunun Azərbaycana yürüşü necə təsvir olunurdu? Bu tarix necə təqdim olunurdu? Parlament qərar qəbul edir və ordu gəlir! Amma «Əli və Nino» romanında biz müqavimət cəhdinin təsvirini görürük. Yaxud sonrakı dövrü götürək. Müharibə illərində milli legionlar olub. Bu insanların hamısı yalnız canlarını qurtarmaq üçün legionlara qoşulmuşdular? Müharibədən əvvəl «Qızıl ulduz» ordeni almış mayor Ə.Fətəlibəyli – Düdənginski niyə elə ilk günlərdəcə almanların tərəfinə keçir? Bir qrup müsavatçı niyə Solovkidə sürgündə vəfat etdi? M.Rəsulzadə niyə bütün həyatını mühacirətdə keçirdi? O da «günahsız repressiya qurbanı» idi? Yox, yox! Bu millətin tarixində 28 aprel və buna qarşı da etiraz olub! Amma indi həmin tarix necə təqdim olur və necə izah edilir? Bəli, bir M.Bağırov adlı, özü də çox qəddar adam varmış və həmin bu adam «günahsız insanları» təqib edib, həbsə göndərib... Bəlkə daha düzgünü bu olardı ki, etiraf edilsin ki, M.Bağırov əsl sovet canişini idi və o, özünün təmsil etdiyi rejimə qarşı çıxanlara divan tuturdu! Bəzən belə bir fakt hamını çaşdırır ki, repressiyaya məruz qalanlar arasında kommunist olanlar da vardı! Vardı və səbəb də bu idi ki, heç də hamı sosializmin Stalin modelini qəbul etmirdi. Onlar da repressiyaya məruz qaldılar!
KİÇİK SÖZARDI
Volter deyirdi ki, böyük hadisələrin tarixini yazmaq lazımdır. İndi isə böyük hadisələrdən kiçik, əhəmiyyətsiz, hamı tərəfindən «durğunluq» adlanan bir dövrü götürüb diqqəti ancaq onun üzərində cəmləşdirirlər. Sovet vaxtı xüsusi bir fənn vardı: partiya tarixi, yəni SovİKP tarixi! Heç vaxt inanmazdım ki, bir vaxt Azərbaycanda da tarix partiya tarixinə çevriləcək. Amma çevrildi.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir