Redaktor mənə rəsmi tapşırıq verdi: rereferendumu işıqlandırım.
Səliqəli işçi kimi, yazıya REFERENDUM sözünün mənasından başladım.
Baxdım ki, hamının referendum dediyi bu kəlmənin latıncası plebistisid (pestisidlə səhv salmamalı) deməkdir. Maraqlı gəldi. Yazdım:
“Martın 18-də Azərbaycanda Plebistisid keçirildi. Plebistisid qədim Romada tətbiq olunan “Plebian Council” – Rəiyyət Şurası təcrübəsindən yaranan bir ənənədir. Plebeylerin fikrinin öyrənilməsi deməkdir”.
Redaktor ağzını büzdü:
- Heç bilirsən plebey nədir?
Mən də əlimdəki qaralama kağızımı büzüb cavab verdim:
- Zəhmətkeş deməkdir.
İkinci cəhdimin nəticəsi belə alındı:
“Martın 18-də, bu gün, burada sizin səyləriniz nəticəsində DƏYİŞİKLİK gəlib Azərbaycana!”
Redaktor üzünü turşutdu:
- Bu ki, Barak Obamanın çıxışıdır...
Mən də limon atıb çayımı turşutdum:
- Yazmaq olar ki, dəyişiklik gəldi obama.
Redaktor üçdən deyən ataların sözündən çıxmayıb mənə sonuncu şans verdi. Mən də lazımı nəticə çıxarıb belə yazdım:
“Martın 18-də bir kərpic okeanda üzür və görür ki, divardan bir təqvim asılıb. Soruşur:
- Saat necədir?
Təqvim cavab verir:
- Çərşənbə.
Kərpic sevinir:
- Urra, yay gəldi”
Redaktor rentgen baxışlarını mənə dikdi. Mənsə onun televizorundakı Animals Planet`ə baxdım.
Ekrandan mənə zillənən heyvanın gözlərinə dik baxa bilmədim. Başımı aşağı saldım.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.