Keçid linkləri

Təcili xəbərlər

YAP insan haqlarının mudafiəçisi qismində


Razılaşın ki, belə ədalətsizliyə dözmək Azərbaycan dövlətçiliyinin təbiətinə zidd olardı
Razılaşın ki, belə ədalətsizliyə dözmək Azərbaycan dövlətçiliyinin təbiətinə zidd olardı
Nəhayət ki, Azərbaycanın söz sahibləri ölkədəki məhdudiyyətlərə qarşı öz etiraz səslərini ucaltdılar.

Çox qəribədir, məmləkətdə hamıya, hər cürə azadlıq verən Konstitusiya yalnız bircə nəfərin bircə hüququnu əlindən alır - 10 il prezidentlik edən adamın növbəti 5 ilə seçilmək haqqını. Razılaşın ki, belə ədalətsizliyə dözmək Azərbaycan dövlətçiliyinin təbiətinə zidd olardı.

Bu vəziyyətdə İlham Əliyevi prezident deyil, adi bir vətəndas kimi nəzərdən keçirsək, YAP onun halalca hüququna qahmar çıxması ilə nümayiş etdirir ki, Azərbaycanda insan haqlarının qəni-qəni qorunmasının tərəfdarıdır.

Bu partiya, özlərinin sözlərinə inansaq, ötən əsrin 50-ci illərində ABŞ demokratiyasının yol verdiyi dəhşətli səhvi Azərbaycan seçicilərinin səsi - referendum hesabına düzəltmək fikrindədir.

Əhalinin referendumda necə səs verəcəyi, zənnimizcə, heç Mərkəzi Seçki Komissiyasında (MSK) da şübhə döğurmaz.

Bu mənada MSK-nın 2013-cü ildə kimin prezident seçiləcəyi ilə bağlı şübhələri də olmamalıdır.

2013-cü illə bağlı bizdə də sual yoxdur. Sual 2018-ci ili əhatə edir və sadə maraqdan doğur, görəsən, həmin ərəfədə «atalar üçdən deyib» misalının aqibəti necə olacaq? Ümumiyyətlə «atalar sözü» ləğv ediləcək, ya rəqəm dəyişəcək?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG