Apreldə davam etsək nə olardı?

Proxanovun müsahibəsində diqqəti cəlb edən əslində indi deyəcəyim məqam olmalı idi. O, deyir ki, keçən ilin aprelində Azərbaycan ordusunun hücumu Moskvanın tələbi ilə dayandırıldı. Mən də keçən ilin aprelində yazmışdım ki, Rusiya, Putin imkan verməyəcək. Bu çox açıq-aşkar məsələdir. Anlamaq üçün super analitik olmağa da ehtiyac yoxdur. Başımıza da gəlib, qonşularda da görmüşük.

Bəziləri isə burada "Nə oldu? Niyə dayandınız? Ancaq İrəli!" tipli çağırışlar edirdilər. Tutaq ki, hökumət davam etsə idi, nə olardı?

Bəziləri isə burada "Nə oldu? Niyə dayandınız? Ancaq İrəli!" tipli çağırışlar edirdilər. Tutaq ki, hökumət davam etsə idi, nə olardı?

Bir balaca ağlı olanlara aydındır ki, nəticəsi nə olacaqdı. Kitab oxumaq lazım deyil. Gözümüzlə görmüşük. 1992-də milli hökumət gəldi, səfərbər etdi, ruh yüksəldi, Ağdərə azad edildi. Sonra tarap!

Rusiya müdaxiləsini elədi, Kəlbəcər getdi, arxasınca hakimiyyəti də apardı. Heç orda da saxlamaq mümkün olmadı, ara qarışıqlıqda Dağlıq Qarabağdan qat-qat böyük ərazilər itirildi.

Hansı şərtlər dəyişib? Rusiya 1992-ci ildəkindən qat-qat güclüdür. Başında da Putin dayanlb.

1992-ci il gənclərin yadına gəlmir. 2008-də Saakaşvilinin Putini imtahana çəkməsini isə gördülər. Saakaşvili Cənubi Osetiyanın paytaxtını tutdu. Sonra yenə tarap!

Rusiya müdaxilə etdi, gəlib, Tbilisinin qapısına dayandı. Bütün dünya düşdü Putinin ayağına ki, sən Allah, çıx burdan.

Rusiya müdaxilə etdi, gəlib, Tbilisinin qapısına dayandı. Bütün dünya düşdü Putinin ayağına ki, sən Allah, çıx burdan.

Deməli, o vaxt "İrəli!, Niyə durdunuz!" qışqırıqları avantüradan başqa bir şey deyildi. Əliyevin Rusiya faktorunu inkar etməsinin daha böyük faciələrə gətirib çıxartma ehtimalı mütləq idi.

Şərtlər dəyişməyibsə və dəyişdirmək sənin gücündə deyilsə, başqa yol axtar.

Almaniya 1-ci dünya müharibəsində uduzdu. Təbii revanşizm, intiqam hissi, millətçilik bir də baş qaldırdı. Almaniya bir də cəhd elədi. Amma yenə də ərazilərinin xeyli hissəsini itirdi. Açın xəritəyə baxın, hətta birləşəndən sonra da müharibə ərəfəsi ilə müqayisədə balacadır. Hər uduzanda qonşular ondan bir az-bir az ərazi qopardıblar.

Hər iki dünya müharibəsi ərəfəsində Almaniya Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatı idi. Amma üçüncü dəfə sıfırdan başlamaq məcburiyyətində qaldı və yenə də Avropanın ən güclü iqtisadiyyatı oldu, fəqət bu dəfə fərqli siyasət qurdu. Nəticədə bu gün birləşmiş Avropanın başındadır. Yalnız AzTv ilə müharibə vəziyyətindədir.

Bilirsiniz Brexitin səbəblərindən biri nədir? Merkel Junkeri Avropa Komissiyasının prezidenti vəzifəsinə gətirəndə Britaniya Baş Naziri Kameron dedi ki, imkan verməyəcəm, mənim ondan zəhləm gedir...

Bilirsiniz Brexitin səbəblərindən biri nədir? Merkel Junkeri Avropa Komissiyasının prezidenti vəzifəsinə gətirəndə Britaniya Baş Naziri Kameron dedi ki, imkan verməyəcəm, mənim ondan zəhləm gedir. O, olsa, çıxmaq haqqında referendum keçirdəcəm, filan. Bəh, dava-mərəkə qalxdı. Merkel dedi özünüz bilərsiniz, Junker prezident olacaq və oldu. Kameronun referendum avantürası isə sonunda istefası ilə nəticələndi. Vəssalam!

İndi mən Azərbaycanla Almaniyanı və düşdükləri situasiyaları müqayisə etmirəm.

Sadəcə siyasətin populist avantüra üzərində qurulmasının adətən nəyəsə çatmağa deyil, hətta durduğun yerdən də geri düşməyə səbəb olduğunu demək istəyirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.