İranda yoxsullara yardım "15 Xordad" fondunun rəhbəri Ayətullah Həsən Saneyi deyib ki, əgər vaxtında Ayətullah Khomeini-nin (Xomeyni) Rushdie-nin (Rüşdi) edamı barədə fitvası həyata keçirilsəydi, bu gün müsəlmanları rüsvay edən film ortaya çıxmazdı.
Londonda çıxan “The Daily Telegraph” qəzeti yazır ki, Ayətullah Saneyinin bu son bəyanatının xeyir-duasının rəsmi Tehran tərəfindənv erildiyini sezməmək olmur, məqsəd isə peyğəmbər haqqında filmin yaratdığı hiddəti ABŞ üzərinə istiqamətləndirməkdir.
Qəzet yazır ki, Ayətullah Saneyi əvvəllər də fitvanı maliyyələşdirməsinə baxmayaraq, bu dəfə daha qətiyyətli səslənib. O fitva məqamının məhz indi olduğunu bildirərək, bəyan edib ki, onun icrası üçün mükafata öz cibindən də pul əlavə edir.
Saneyinin bəyanatı İran tərəfindən guya çoxdan bağlanmış fitva məsələsini yenidən gündəmə gətirir.
Halbuki 1998-ci ildə, o vaxtkı İran prezidenti Mohammed Khatemi (Məhəmməd Xatəmi) məsələnin bağlandığını rəsmi BMT tribunasından elan etmiş və yalnız bundan sonra London-Tehran diplomatik əlaqələri bərpa olunmuşdu.
Bununla belə Khomeini-nin ölümündən 4 ay əvvəl verdiyi fitva heç vaxt ləğv edilməmişdi.
Əksinə Rushdie məsələsi İran teokratik hakimiyyətində həmişə daxili çəkişmə mövzusu olmuşdu.
AYƏTULLAHLAR FİTVANI TƏZƏLƏMƏKDƏ OLSUNLAR…
Salman Rushdie bu həftə özünün son kitabının təqdimatını keçirir. Kitab “Joseph Anton – Xatirələr” adlanır. Bu, Rüshdinin gizlənməkdə olduğu illərdə qəbul etdiyi məxfi təxəllüs idi. Təxəllüs iki tanınmış yazıçının Joseph Conradın və Anton Chekhov-un (Çexov) adlarından düzəldilib.
Ən maraqlı cəhət budur ki, “Xatirələr” adlı son ktab üçüncü şəxsin dilindən nəql edilir. Bu kitabda müəllifin indiyədək özünün ən gizli saxlanmış sirrlərini açmasıdır. Kitabdan görünür ki, Rüshdie nə uşaqlığın təhqir və ağrı-acılarını, nə də onun haqqında mənfi rəy yazan tənqidçilərinin heç birini unutmayıb.
Tənqidçilər isə çox zaman doğrudan da amansız olublar.
Tanınmış tənqidçilər Hermione Lee, Claire Tomalin, George Steiner, John Berger, Doris Lessing, John le Carré, Bernard Levin, Roald Dahl və başqaları öz məqalələrində qeyd edirlər ki, ədəbi qiymət baxımından onun “Gecəyarı uşaqları” romanı “Şeytani ayələrdən” qat-qat güclü yazılıb.
Ola bilər. Lakin Salman Rushie-ni Salman Rushdie edən, onun həyatını dramatik şəkildə dəyişən məhz “Şeytan ayələri"dir.
Ötən cümə özünün kitabsız təqdimat mərasimində (çünki kitabın məzmunu çap gününədək gizli saxlanır) deyib ki, məsələ son dərəcə ciddi olmasaydı, onun həyatı barədə kitab komik bir tərzdə yazıla bilərdi.
“The Guardian” yazır ki, yazıçının həyatında komik çalarlara çox az yer var. Onun üzərindən fitva götürülməyib. İran agentləri vaxtilə Şah rejiminin sonuncu baş naziri Shapour Bakhtiar-ı (Şahpur Bəxtiyarı) Parisdə qətlə yetirməklə nəyə qadir olduqlarını göstəriblər. Bundan başqa, xatırladılır ki, onlar Rushdie-nin yapon tərcüməçisini qətlə yetirib, onun Norveçli naşirini də ağır yaralayıblar.
TƏZƏK "HÜCUMU"
Salman Rushdie-nin öz həyatına isə birbaşa təhlükə Avstraliyada baş verib. Yox, söhbət ona tuşlanmış sui-qəsdçi silahından getmir. Avstraliyada yazıçının maşını mal təzəyi daşıyan yük maşını ilə toqquşur. Yazıçıya heç nə olmur, lakin onun maşını da, üst-başı da tamamilə təzəyə bulaşır. Bir Britaniya tənqidçisi yazır ki, Rushdie-nin son kitabı onun bu təzəkdən təmizlənmək cəhdidir.
Tənqidçilər yazırlar ki, Salman Rushdie onun ürəyindən daş kimi asılmış hadisələri bitdə-bitdə vərəqlərə köçürərək, ona utanc və xəcalət gətirən xəyallardan qurtulmağa çalışır.
“Xatirələr” kitabı qəzaya uğrayan qəhrəmanın birdən-birə çoxdan unutduqlarını yadına salması kimi dünya ədəbiyyatında yaxşı sınanmış priyomla yazılıb.
Məsələn o, Uels kəndlərindən birində gizlənərkən, İslamı qəbul edəcəyini elan etməklə düşmənlərinin qılığına girmək cəhdini də xəcalətlə yada salır.
Tənqidçilər yazırlar ki, Rushdie-nin son kitabı onun həyatını bir qəhrəman kimi kommersiyalaşdırmağa çalışanlara müqavimətdir. Bu kitabında yazıçı gizli mənzil və qazmaların içində yaşamağın şöhrətindən yox, ağrı-acısından, əzab-əziyyətindən yazır.
Təhlükəsizlik hələ azadlıq demək deyil, lakin azadlıq həyat deməkdir.
Bu mənada, bəlkə də Khomeini-nin fitvası artıq icra olunub.
QURANI REDAKTƏ EDƏN ƏYYAŞIN YEGANƏ OĞLU
Yeni kitabın ən maraqlı oxunacaq bölümünün Rushdie-nin uşaqlıq illərinə aid hissəsinin olacağı gözlənilir.
Rushdie bu kitabda atasını “nüvə silahı barədə mənasız qeybətlər edən əyyaş” kimi təqdim edir.
Onun atası Qurani-Kərimi daha oxunaqlı etmək üçün onun adaptasiyası ilə məşğul idi, lakin müflislikdə vəfat etdi.
Sonralar Bombayin yoxsulluq, rəzalət və xürafatla dolu aləmindən, dünya demokratiyasının vətəni İngiltərəyə düşən Salman Rushdie reqbi ilə, Cambridge universiteti və viski ilə tanış olur.
Görünür, bu mənəvi iqlim dəyişikliyi yazıçını o qədər sərxoş edir ki, o, əyyaş atasının redaktə etmək istədiyini alt-üst etmək qərarına gəlir.
Salman Rushdie-nin “ayələrdən” sonrakı həyatı məhz həmin azadlıq sərxoşluğundan doğan meyxoşluğun, və ya ruslar demişkən "paxmelin" baş ağrısıdır.
ONUN QADINLARI ƏDƏBİ QƏHRƏMAN İDİLƏR
Rushdie sonuncu kitabında özünün keçmiş arvadları barədə müfəssəl təsvir verib.
Hətta “The Guardian” qəzetinin tənqidçisi Margaret Drabble yazır ki, Rushdie öz xanımları ilə intim münasibətlərinin təsvirində oxucuya lazım olmayan dərinliklərə varır.
Bu, bəlkə də, ondan irəli gəlir ki, dəfələrlə ailə həyatı quran yazıçı öz qadınlarına – evin xanımı (əlbəttə gizli mənzillərə ev demək mümkündürsə) kimi yox, ədəbi qəhrəman kimi baxır.
Ədəbi qəhrəmanları isə bir dəfə, ən yaxşı halda iki dəfə oxumaq mümkündür.
Üstəlik, bu qadınların özləri də ədəbi qəhrəman yox, sevilən qadın olmaq istəyirdilər.
Maraqlıdır ki, Salman Rushdie yazdıqları ilə özünü də yazıçıdan ədəbi qəhrəmana döndərib.
Bəlkə də bu, yazıçı-insan kimi azad ol bilməyən Rushdie-nin son sığınacaq yeri idi.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir