HAQQINI TANIMAQ HƏLƏ BƏYƏNMƏK DEYİL
Biz demokratiyasevərlərin bir düşüncə cütü var. Əgər birisinin nəyəsə haqqını tanıyırıqsa, bundan sonra sayırıq ki, tanımaq həm də bəyənməkdir. Halbuki saçlarını Tibet lamaistlərinin papağı formasına salmaq məsələsində mənim pankların haqqını tanımağım hələ o demək deyil ki, o saçlara heyran olmalıyam. Mənim nəyinsə toplumda, mədəniyyətdə yer almasına razı olmağımdan o çıxmır ki, ürəyimdə də ona yer olmalıdır.
HİCAB İDEYASINA GƏLƏNDƏ…
Mən söz və düşüncə özgürlüyünü tanıyan adamlardanam, ancaq bu heç də məni bütün yazılanlara, düşüncələrə mehriban-mehriban baxmağa zorunlu etmir. Mən qadınların hicab, yaşmanmaq haqqını müdafiə edən hansı sənədlərəsə qol çəkmişəm, ancaq bu, o demək deyil ki, hicabın milli normaya çevrilməsini arzulayıram. Mən o sənədlərə qol çəksəm də, bilirəm ki, qadının özünü bildirmək ixtiyarının hicabla bağlı tanınmasını istəyən o qədər adam var ki, qadını erotik geyim üstündə şallaqlamağı düz sayır və deməli, onun özünüifadə azadlığını tanımır. Əgər adam belədirsə, o zaman gərək eyləmini haqq qoruyuculuğu kimi yox, «belə istəyirik, belə də edəcəyik» kimi əsaslandırsın.
HİCAB SİMVOLUNUN BİLDİRDİKLƏRİNDƏN
Mən İnsan Haqlarının tərəfdarı olduğum üçün məcburam bundan çıxan bütün sonuclarla, bilmirəm necə deyim ki, düz olsun: «hesablaşım» deyim, «ya qarşılaşmağıma mat qalmayım» deyim?
Ancaq mat qalmamaq hələ sevmək və barışmaq da deyil. Əgər hicabı öyən kəs düşüncə, söz azadlığından çıxış edərək öyürsə, razılaşmalıdır ki, mənim də düşüncə, söz azadlığım hicaba qarşı olmağa, bu ideyanın nöqsanlarını üzə çıxarmağa icazə verir. Mən nədən düşünüb yazmamalıyam ki, bəzi qızlar başlarını bağlayırlar ki, namus və təmizlik görüntüsünü alıb ərə gedə bilsinlər. Düzdür, bunda pis heç nə yoxdur. Bəyəm, biz təzə tanışımıza xoş gəlmək üçün üzümüzə mehribançılıq maskasını taxmırıq, qanımız qara olsa da?! Ancaq bunda pis heç nə olmasa da, olanı demək də ayıb deyil.
Beləliklə…Hicab haqqını tanımağım o demək deyil ki, bütün başı bağlı müsəlman qızlarında imanın zənginliyini və ya təmizliyin təcəssümünü görməliyəm. Mənim də ixtiyarım var ki, «üzə çıxarmaq» prinsipində açım ki, hicabdan uğurlu ərə getmək vasitəsi kimi istifadə edən qızlar var. Sonra da konkret qızın kimliyindən asılı olaraq buna ya hiddətlənə bilərəm, ya da deyə bilərəm ki, normal gedişdir, neyləsin, sataşanların sayı azalır.
Mənim qadınların hicab haqqını özünü bildirmək azadlığı kimi tanımağım gözümü kor etməməlidir ki, atalar və qardaşlar var ki, döyə-döyə qızı hicaba zorunlayırlar. Dinçilər var ki, İrandakı kimi qadınları zorla yaşmanmağa məcbur etmək gününü gözləyirlər.
ONA GÖRƏ DƏ HİCABSEVƏRLƏRƏ DEMƏLİYİK: BİZ SİZİ QADIN AZADLIĞINI, MƏSƏLƏN, NECƏ GEYİNMƏK, NECƏ ETMƏK AZADLIĞINI TANIYANDA SAYA BİLƏRİK!
Yenə deyirəm, hansı qadınınsa ürəyindən gələn istək kimi, möminliyin, İslamın göstəricisi kimi yaşmanmasını mən tanıyıram, hətta etdiyini bəyənə də bilərəm. Ancaq bu, o demək deyil ki, bütün Azərbaycan qadınlarının yaşmanacağı gələcəyə normal baxıram.
Eləcə də qızların, oğlanların siqaret çəkmək haqqını tanıyıram, ancaq bu, o demək deyil ki, özümün də hərdən çəkməyimə yaxşı baxıram və siqareti bütün Azərbaycan üçün arzulayam.
HAQQIN TANINMASININ ARDINCA GƏLƏN DİSKUSSİYALARDAN
Ancaq bu paraleli gətirəndən sonra Demokratiya diskussiyası üçün problem yaranır. Siqareti hicabla tutuşdurmaq və sonra da özünü bildirmək azadlığı kimi eyniləşdirmək nə qədər doğrudur? Eyniləşdirsək, gərək iş yerində və ya ictimai məkanlarda siqaretin yasaqlanması ilə hicabın yasaqlanmasını da eyniləşdirək və deyək ki, birinci yasaq düzdürsə, ikinci də düzdür. Ya da gərək sübut edək ki, siqaret dərin mənəvi fakt deyil, ona görə də iş yerində onu yasaqlamaq olar. Hicab isə nəfəs almaq kimi, əxlaqi hal kimi haldır. Ona görə də ona yasaq qoymaq olmaz.
Mən istərdim ki, bu məsələnin bu tərəfi də dartışdırılsın.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Əgər hicabı öyən kəs düşüncə, söz azadlığından çıxış edərək öyürsə, razılaşmalıdır ki, mənim də düşüncə, söz azadlığım hicaba qarşı olmağa, bu ideyanın nöqsanlarını üzə çıxarmağa icazə verir
HİCAB İDEYASINA GƏLƏNDƏ…
Mən söz və düşüncə özgürlüyünü tanıyan adamlardanam, ancaq bu heç də məni bütün yazılanlara, düşüncələrə mehriban-mehriban baxmağa zorunlu etmir. Mən qadınların hicab, yaşmanmaq haqqını müdafiə edən hansı sənədlərəsə qol çəkmişəm, ancaq bu, o demək deyil ki, hicabın milli normaya çevrilməsini arzulayıram. Mən o sənədlərə qol çəksəm də, bilirəm ki, qadının özünü bildirmək ixtiyarının hicabla bağlı tanınmasını istəyən o qədər adam var ki, qadını erotik geyim üstündə şallaqlamağı düz sayır və deməli, onun özünüifadə azadlığını tanımır. Əgər adam belədirsə, o zaman gərək eyləmini haqq qoruyuculuğu kimi yox, «belə istəyirik, belə də edəcəyik» kimi əsaslandırsın.
HİCAB SİMVOLUNUN BİLDİRDİKLƏRİNDƏN
Mən İnsan Haqlarının tərəfdarı olduğum üçün məcburam bundan çıxan bütün sonuclarla, bilmirəm necə deyim ki, düz olsun: «hesablaşım» deyim, «ya qarşılaşmağıma mat qalmayım» deyim?
Ancaq mat qalmamaq hələ sevmək və barışmaq da deyil. Əgər hicabı öyən kəs düşüncə, söz azadlığından çıxış edərək öyürsə, razılaşmalıdır ki, mənim də düşüncə, söz azadlığım hicaba qarşı olmağa, bu ideyanın nöqsanlarını üzə çıxarmağa icazə verir. Mən nədən düşünüb yazmamalıyam ki, bəzi qızlar başlarını bağlayırlar ki, namus və təmizlik görüntüsünü alıb ərə gedə bilsinlər. Düzdür, bunda pis heç nə yoxdur. Bəyəm, biz təzə tanışımıza xoş gəlmək üçün üzümüzə mehribançılıq maskasını taxmırıq, qanımız qara olsa da?! Ancaq bunda pis heç nə olmasa da, olanı demək də ayıb deyil.
Hansı qadınınsa ürəyindən gələn istək kimi, möminliyin, İslamın göstəricisi kimi yaşmanmasını mən tanıyıram, Ancaq bu, o demək deyil ki, bütün Azərbaycan qadınlarının yaşmanacağı gələcəyə normal baxıram