«İsmayıllıda insanlar stomatoloqdan başqa heç bir həkimə inanmırlar» - bunu İsmayıllı sakini Aynur Atayeva deyir. İsmayıllı həkimlərin ən sevdiyi diaqnoz isə, həmsöhbətimin sözlərinə görə «kistadır».
İsmayıllı qadınları həkim müayinəsinə ancaq ağrıdan yataqlarından qalxmadıqları zaman - yəni ev və bağ işlərinə tam yararsız olduqları an gedirlər, özü də birbaşa Bakı xəstəxanasına üz tuturlar. Bakıya qayıdanda yol yoldaşım, İvanovka kəndindən bir xanım danışırdı ki, qadın xəstəliyindən əziyyət çəkir, amma İsmayıllıda ginekoloqa getməyə abır edir:
«İsmayıllı balaca yerdir. Ginekoloqa getsəm, artıq söz-söhbətlər başlayacaq».
Söz-söhbət həvəskarı olduğum üçün deyil, sadəcə, bu rayonun səhiyyə sistemi barədə eşitdiklərimi bir də gözümlə görmək üçün qərar verdim ki, müayinəyə gedim. Necə deyərlər, «Şah Abbas cənnətməkan, tərəziyə verdi təkan...»
ÇİRKLİ PƏNCƏRƏLƏR VƏ PORTRETLƏR
Həkimə getməmişdən əvvəl nağıllardakı kimi təğyiri-libas olub, İsmayıllı xəstəxanasında məni gəlmə kimi qəbul etməmələri üçün əlimdən gələni etdim.
Kirayə qaldığım evin sahibəsinin qızından paltar və baş yaylığı aldım. Ləhcə ilə danışmağı bir gün məşq etdim. Və xəstəxanaya üz tutdum.
Əslində, rayon xəstəxanasının binasının çirkli pəncərələrinə baxanda ilk ağlıma gələn bu oldu ki, buraya adam sağlam girib xəstə çıxa bilər. Pəncərələri yumağı unudan səhiyyə işçiləri Heydər Əliyev guşəsini yaratmağı unutmamışdılar. İsmayıllı rayon mərkəzi xəstəxanasına girişindən tutmuş terapevt həkiminə qədər hamısının başı üstündə ümummilli liderin yağlı boyalı portreti asılıb.
Dəhlizdə unudulmuş pivə şüşəsini, yerdə siqaret kötüklərini gördüm. pəncərələrdə tor asılıb qalmışdı. Tualet isə elə görünürdü ki, elə bil xadimə ilə ən azı bir həftə görüşməyib.
KARDİOLOQ
Xəstəxanada şübhə yaratmadan gəzmək çox çətin idi. Çünki məndən başqa xəstə yox idi. Bu səbəbdən hər kabinetin qarşısından keçəndə ora girəcəyimlə bağlı ümid dolu baxışları üzərimdə hiss edirdim. Sonunda kardioloq Ağayevi seçib ona yorğunluqdan, baş ağrılarından şikayətləndim. Təzyiqimi yoxlayıb, əlini boğazıma yaxınlaşdırdı. Başını bulaya–bulaya «sizdə zob var, ciddi müalicə almalısız» dedi. Bundan əlavə dedi ki, əsəblərim qaydasında deyil. Həkimdən reseptləri alıb Mehman doktorun yanına getdim. Mehman doktora bel ağrılarında şikayətləndim.
DİAQNOZ QƏTİ VƏ DÖNMƏZDİR
Bu dəfə rentgen, UZİ rolunu oynayan əlini belimə çəkib orda «qrıjan»ın olduğunu dedi. Həkimin qəti və dönməz rəyinə görə, mən təcili əməliyyat olunmalıydım. Həkim diaqnozuna görə, pozulmuş əsəblərimi sakitləşdirmək üçün dəhlizdə gəzişirdim ki, üstündə böyük hərflə «kitabxana» yazılmış qapı gördüm. İçəri girib, «xəstəliklərim» haqqında oxumaq istədim. Qapını açan kimi qarşımda Heydər Əliyev haqqında kitablardan ibarət iki rəf gördüm.
Bu yerdə xəstəxananın girişində Heydər Əliyevin həkimlərə isti münasibəti barədə oxuduğum şüar yadıma düşdü. O zaman mən tamamilə sağlam olduğuma əmin idim. İndi isə...
Ardı var
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.