Qəhr olası yoxsulluq! Kasıblıq və ya imkansızlıq və ya hər nəysə... Kənddəki qapı qonşumuzun ailə tərkibi də eynən bizim kimi idi. Ata, ana, iki bacı, bir qardaş! Onlar da təhsilə, savada, biliyə meyilli, həvəsli idilər. Bizimkilər də. Qonşumuzun oğlu “Araz kursları” adlı tədris mərkəzində təhsil alanda mən ikinci sinifdə oxuyurdum. Bir gün rayona məktəb bazarlığı etmək üçün gedəndə anam həmin qonşumuzun oğlu oxuyan binanı göstərdi. Bina elə qəşəng görünürdü... İndi fərqindəyəm ki, əslində, ora çox da nəhəng deyilmiş. Sadəcə, kənd evlərini görməyə alışmış cıqqılı bir qızın gözü üçün kifayət qədər iri və dəbdəbəli görünürmüş.
Baxdım, anam sözümə gülür, saçlarıma sığal çəkir, amma nədənsə elə hey gözlərindən yaş axır. Gülə-gülə ağlayır.
Anama demişdim ki, əgər orda oxumasam, düz bu dayandığımız yerdə başıma bir vedrə nöyüt töküb özümü yandıracam. Həm də bu sözləri elə ehkam, hirs və ümidlə demişdim ki... Baxdım, anam sözümə gülür, saçlarıma sığal çəkir, amma nədənsə elə hey gözlərindən yaş axır. Gülə-gülə ağlayır. Hər yerdə bu əhvalatı danışırdı. Mənim eşitməyəcəyim tərzdə deyirdi ki, uşaqdır da, elə bilir orda oxumaq üçün mütləq qəbul olmalısan, bal toplamalısan. Day demir, bir ətək pul tökmək lazımdır. Hələ qardaşı, bacısı orda oxumaq istəyir. Atam da deyirdi ki, əynimin paltarların satmaq bahasına olursa olsun, uşaqlarımı oxutmalıyam.
Vaxt keçdi, il dolandı, qoşumuzun oğlu da, qızları da, qardaşım da, bacım da ali məktəbə qəbul oldu. Özü də hamısı, sırayla Bakı Dövlət Universitetinin ayrı-ayrı fakültələrinə. Növbə mənə çatmışdı. İki evin sonbeşiyinə! Açığını deyim ki, rəsmlər çəkməyə başlayandan “Araz kursları”nda oxumaq arzum yolun o üzündə qalmağa başlamışdı. Rəsmlər çəkdikcə, portretlər canlandırdıqca rəsmə, rəssamlığa meyillənmiş, bütün arzularımı Rəssamlıq Akademiyasının üstündə qurmuşdum.
Təbii, bu istəyim heç də heş kimə xoş getmədi. Hətta vəziyyət elə həddə çatdı, dedilər ki, Çinarə oxumaqdan, çox bal toplamaqdan boyun qaçırır. Az balla rəssamlığa sənəd verir ki, canını qurtarsın. Yoxsa o da bacısı, qardaşı, qonşusu uşaqları deyil ki, Bakı Dövlət Universitetinə qəbul olsun. Bakı Dövlətə qəbul olmaq üçün baş lazımdır.
On birinci sinfə gedəndə yarışdığım, bəhsə dərs oxuduğum uşaqların heç biri sinifdə yox idi. Gözləmədiyim halda hamısı getmişdi “Araz”a. Tək qalmışdım, çox tək. Valideynlərim məni kursda oxutmadılar. Təbii ki, keflərindən yox.
On birinci sinfə gedəndə yarışdığım, bəhsə dərs oxuduğum uşaqların heç biri sinifdə yox idi. Gözləmədiyim halda hamısı getmişdi “Araz”a. Tək qalmışdım, çox tək. Valideynlərim məni kursda oxutmadılar. Təbii ki, keflərindən yox. Sadəcə, qəhr olası yoxsulluq! Nə kitab var, nə hazırlıq testi, nə dəftər, nə adi qələm... Kimdən kitab istədim, üz döndərdi. Heç kim köhnə kitablarını, testlərini mənə verməyə qıymadı. Otaqlarımızdan birini təmizləməyə başladım. Artıq nə varsa, hamısını çölə tullayırdım. Anam dəli olmuşdu, hərəkətlərimə baxıb ağlamaqdan başqa əlindən heç nə gəlmirdi. Yazıq anam, bəxtsiz anam, həlim anam, kövrək anam...
Otaqda bir çarpayı qaldı, bir kitab rəfi, bir də balaca stol-stul. O biri əşyaların taleyi məni qətiyyən maraqlandırmırdı. Məktəbin kitabxanasından götürdüyüm bütün sinif kitablarını kitab rəfimə düzüb balaca kitabxanmı hazırladım. Əlimə bir vedrə götürdüm:
– Ana, gedirəm?
– Hara?
– Zoğal yığmağa. Satıb özümə kitab-dəftər alacam...
İndi başa düşürəm ki, hərəkətlərim və sözlərimlə anama necə əziyyət verirəmmiş.
Zoğal yığıb satdıq. Qırx beş manat pul elədi. Bir neçə hazırlıq vəsaiti, test, dəftər, qələm aldım. Başladım hazırlaşmağa. Sinif yoldaşlarım kursda, mənsə evdə. Təkcənə...
Zoğal yığıb satdıq. Qırx beş manat pul elədi. Bir neçə hazırlıq vəsaiti, test, dəftər, qələm aldım. Başladım hazırlaşmağa. Sinif yoldaşlarım kursda, mənsə evdə. Təkcənə... Heç məktəbə də getmirdim. Atamla telefonda danışmırdım, əkdiyi qızıl gülləri sulamırdım, armud ağaclarının dibini belləmirdim, anama meyvə yığmağa kömək etmirdim. Hamıdan küsmüşdüm. Ağlımda təkcə bir şey fırlanırdı: Görəcəksiniz!
“Araz” kursunun imtahanlarında iştirak edirdim. Hərdən məni tək qoyub gedən vəfasız sinif yoldaşlarımı da görürdüm. Beynimdə bircə şey dolaşırdı: Görəcəksiniz! İmtahanlarda yığdığım ballar kurs müdriyyətinin diqqətini çəkmişdi. Aprel ayının sonlarında məni kursa oxumağa dəvət etdilər. Pulsuz...
Getmədim, uça-uça getdim. Düzü, həmin ərəfədə hazırlıq yekunlaşmaq üzrəydi, daha çox imtahanlar verirdik. Amma olsun. Axır ki, istəyimə çatmışdım. İkinci sinifdə güzümün qarşısındakı o binanın içindəydim. Qəbul imtahanında 551 bal topladım. Məndən daha öncədən kursa hazırlaşmağa gələn məktəb yoldaşlarımın hamısından çox! Hətta məndən daha çox bal toplayacağını dedikləri sinif yoldaşımdan bircə bal çox.
... saçı lentli, beli çantalı qızlar görəndə çox kövrəldim. Nə yaxşı onlar bu gün üzü ağ idi. Ataları, anaları onlara təzə paltarlar, dəftər-kitablar ala bilmişdi.
Bu, məktəb tariximin qısa, çox qısa özəti idi. Hazırda Bakı Dövlət Universitetinin flologiya fakültəsində oxuyuram. İndi isə məqsədim universiteti bitirən kimi sənədlərimi Rəssamlıq Akademiyasına verməkdir. O gün saçı lentli, beli çantalı qızlar görəndə çox kövrəldim. Nə yaxşı onlar bu gün üzü ağ idi. Ataları, anaları onlara təzə paltarlar, dəftər-kitablar ala bilmişdi. Nə fərqi var necə, axır almışdılar.
Universitetə getmişdim. Həmin yolları birinci kursa getdiyim ilk gün kimi yeriməyə çalışdım, amma alınmadı. Daha o vaxtlardakı kimi gəzə bilmirdim. Çünki daha insanlardan qorxmurdum, universitetdə ilk gün həyəcanını yaşamırdım. Saçlarım da uzun deyildi... Amma içimdəki adam – mən ordaydım. Uzaqda dayanmışdım, saçlarımı xəfif külək dağıdırdı, gülümsəyirdi...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.