Keçid linkləri

Təcili xəbərlər

Universitet kitabxanası


Dillərdə oxuyanda kitabxanamız vardı. Podvalda. Əsas korpusun kitabxanası podvalda idi. Sonra universiteti remont elədilər, ora bufet oldu. Köhnə bufetin yeri də Dillərin Amerika Mərkəzinə verildi. Sual: Kitabxana hanı?

İnsafən, Dillərdə oxuyanda kitabla bağlı problemimiz yox idi. Oxuyan yoxdursa, problem yoxdur. Oxuyası olsan da, öz dilində heç nə tapmayacaqsan. Pişiyin olmadığı qaranlıq otaqda qara pişiyi tapmaq söhbətidir...

İnsafən, Dillərdə oxuyanda kitabla bağlı problemimiz yox idi. Oxuyan yoxdursa, problem yoxdur. Oxuyası olsan da, öz dilində heç nə tapmayacaqsan. Pişiyin olmadığı qaranlıq otaqda qara pişiyi tapmaq söhbətidir (Otaqda pişik olsa, heç olmasa, miyoltusuna tapmaq olar). Yenə rus dili və internet sağ olsun. Və bizi ingiliscə oxumağa sövq edən müəllimlər. O da dördüncü kursda ingiliscə sərbəst oxuyub danışırdıq. Bəs o vaxta qədər? O vaxtacan keçdiyimiz fənlərdə ancaq dərslik səviyyəsinə ilişmişdik.

Söz yox, biz Dillərin tələbəsiydik, ingiliscə bilmək borcumuz idi və biz heç olmasa, bu işin öhdəsindən son kursda gəldik. Elə bunun sayəsində də bəzilərimiz xarici universitetlərə qəbul ola bildi.

Mən başı batmış da… getdim Almaniyaya oxumağa. Allahın unutduğu, kanslerin də seçkidən-seçkiyə yadına saldığı Şlezviq-Holşteyn əyalətindəki Flenzburq şəhəri. Şəkildə gördüyünüz o bina universitetdir. Daha doğrusu, Flenzburq universitetinin kitabxanasıdır. Mən o kitabxanaya bir neçə dəfə getmişəm. Bir dəfə pianino dərsliyi axtarmağa getdim. Tapdım. Götürdüm.

Söhbət ondadır ki, bizim Flenzburq universitetinin bufeti də bu kitabxana boyda idi. Halbuki, Bakıda bu binanın içində iki dənə universitet açmaq olardı.

Söhbət ondadır ki, bizim Flenzburq universitetinin bufeti də bu kitabxana boyda idi. (Bufetimizdə pivə də satılırdı.) Halbuki, Bakıda bu binanın içində iki dənə universitet açmaq olardı. Universitet şəhərdən kənarda yerləşdiyinə görə parkovka problemi də yoxdur. Di gəl, universitetin qabağında maşın olmur. Almanlar dedi ki, tələbələr maşınla gəlmir. Bəziləri də kampusda qalır, onsuz da ağzının içidir, benzin yandırmağına dəyməz.

O əvvəldəki “kitabxana hanı?” sualının cavabı: Yoxdur. Əsas korpusda kitabxana yoxdur. Var e, Amerika Mərkəzinin varıdır. Çapayevdəki ikinci korpusun da kitabxanası var. Amma əsas korpusun özünün kitabxanası yoxdur. Deyim ki, kitabxana olanda da elə bir girib rəflərin arasında gəzib dünyanın sirrini özlərində ehtiva edən mükəttabiyyata varacağın bir kitabxana deyildi. Eləcə, piştaxtanın qabağında dayanıb deyirdik ki, sarı üzlü fəlsəfə kitabından qalıbmı, kitabxanaçı da bir dənəsini verib deyirdi ki, vəhşi kimi davranmayaq.

Dillərdə oxuyanda fəlsəfədən Kantı bilirdim, adı kantovkaya oxşadığı üçün yadımda qalmışdı. Almaniyada Ransyer adını eşitdim. “Nifrətül Cümhuriyyə” (fr. “La Haine de la Démocratie”) kitabında iddia edir ki, biz (yəni, Avropanın inkişaf etmiş xalqları) əslində demokratiyada yox, oliqarxiyada yaşayırıq. Bizə icazə verilən qədər azadıq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG