Diskussiya mədəniyyətinin şəcərəsindən
Əski yunanların dialektikanı, yəni iki adamın söhbətini fəlsəfələşdirməsindən sonra Hegel, Marks bu sözü inkişaf ideyası kimi ucalara qaldırdılar. Demokratiyanın ən dəbdə olan həqiqəti müzakirələr, dartışmalardır. TV-lərdə Tok-şoular, Parlamentdə debatlar (parle-danışıqdır) hamısı dialektika ideyasına söykənir: yəni bir məsələ ilə bağlı bilikləri irəlilətmək və dərinləşdirmək istəyirsənsə, başqası ilə müzakirə et. Düzdür, aforizm də var ki, müzakirələrdə o qədər həqiqətlər öldürülüb ki. Bu aforizm debat, diskussiya ideyasının tam və həmişə konstruktiv işləməsinə arxayın olanların sadəlövhlüyünə qarşıdır. Ancaq yenə də, doğrusunu, təhərini bilməyin, nəyinsə içində və yanında «bu da var» prinsipində ayrı nəsnələrin üzə çıxarılmasının çox güclü mexanizmi diskussiya, dartışmadır. Bu dediklərimə Karl Popperdən gələn bir düşüncəni də artırmaq olar: toplumda rasionallıq məntiq əsasında monoloji danışıqdan alınmır. Toplumda diskussiya varsa, rasionallığın faizi də yüksəkdir. Yazıqlar olsun ki, bizim bloq yazılarımıza kommentlər, açıqlamalar yazanlar ağıllarına gətirmirlər ki, onların əlavələri bu məmləkətdə rasionallığı artırmaq üçün olmalıdır.
GERÇƏYƏ GƏTİRƏN ÇƏKİŞMƏLƏRDƏN
Diskussiyaların gerçəyi, həqiqəti öldürən mühitə çevrilməsinin qarşısını almağın dürlü kuralları, qaydaları var, ancaq onlardan burada birini deyəcəyəm, bu da məhkəmə çəkişmələrinin proseduralarıdır. İddiaçı çıxış edir, cavabdeh onun tənqidlərini heçə çevirməyə çalışır. Sonra tərəflər ən sərt suallara cavab verirlər. Bu günlərdə mən Azər Qaraçənlinin «Azadlıq nitqləri» kitabını belə bir çəkişmə rejiminə saldım ki, görüm, hansı ilginc düşüncələr ortaya çıxacaq və kitabın diskussiyası hansı rasionallığa səbəb olub, hansı «bu da var»lar üzə çıxacaq?
BATIDA ƏSL AZADLIQ VARMI?
Disputda «Media forum»un jurnalisti İsmayıl İsmayılov azadlığın hətta demokratik dünyada da çətinliklərə düçar olduğunu, cızıqlara salındığını ona arqument gətirdi ki, heç yerdə azadlıq durumu yaxşı deyil. Bunu yenə də normal qarşılamaq olardı. Ancaq İddiaçının söylədikləri Qərblə bağlı Putindən tutmuş Şərq anti-qərbçilərinin bir yanaşması ilə səsləşirdi Onlar hamısı Batını örnək, nümunə taxtından salmaq üçün həmişə sübut etmək istəyirlər ki, orada azadlıq bizdəkindən çox deyil (tutulan jurnalistlərin Britaniyada da olması ilə bağlı analoji iradı Ramiz Mehdiyev də söyləmişdi).
AZADLIQ İDEYASINA BƏZİ ÇALARLAR
Bu situasiyada mənim ağlıma bəzi azadlıq, özgürlük düşüncələri gəldi: çox vaxt biz azadlıq məsələsini qoyanda gözümüz önündə tam işıqda olan aydın vəziyyət meydançası durur və azadlığın pozulmasını bu aydınlıqda hakimiyyətin, rəhbərliyin özlərini həyasızlığa qoyması kimi başa düşürük. Düşünürük, nə aydın deyil?! Adam məqalə yazır, çap etmirlər, azadlığını pozurlar. Dindar öz qızının məktəbə hicabda getməsini istəyir, qoymurlar, haqqını alırlar.
Diskussiyada mənim ağlıma gəldi ki, azadlığı və onun pozulması faktlarını doğru düşünmək üçün biz belə bir halı postlulaşdırmalıyıq ki, bir çox incə və qaranlıq məqamlar var ki, hansı davranışın doğrudan da azadlığa cavab verməsini, hansı eyləmin azadlığı pozmasını məhkəmə yolu ilə tapmaq olar. Deməli, azadlıqlarda heç də hər nəsnə irəlicədən aydın deyil, bir xeyli konkret hallarda azadlığı, onun pozulmasını sübut etmək gərəkdir. Məsələn, peyğəmbərin və ya İsa məsihin karikaturasının çəkilməsinə, Asanjın cəzalandırılması cəhdlərinə özgürlük baxımından necə yanaşmalıyıq məsələsi belə dolaşıqlardandır.
Məncə, məktəbli qızlara hicabın icazə verilməməsinin o qızların azadlığının pozulması kimi dəyərləndirilməsi də ya məhkəmə, ya geniş diskussiyalar konusu olmalıdır ki, nələrsə aydınlaşsın. Yəni elektron TV-lərdə opponentlərin iştirakı ilə Tok-şoular olmalıdır ki, problemlə bağlı rasionallıq artsın. Bununla bağlı bir nəsnə yadıma düşdü. Hacı İlqarla mən məktəbdə hicab məsələsini danışanda başqalarından eşitdiyim və aydın saydığım arqumenti söylədim: ancaq bu məsələdə valideynlərin zoru olmamalıdır. O isə qayıtdı ki, soyuğa görə ata-ana uşaqlarını qalın corab geyməyə məcbur edəndə nədən biz buna qarşı çıxmırıq, hicab məsələsində isə çıxırıq?! Bax, belənçi kontrarqumentlərin fonunda aydın olur ki, hicabla ilgili də çox incəliklər var ki, irəlicədən nəyin azadlıq olmasını, nəyin azadlığı boğmaq olmasını özgürlüyün tərifindən çıxış edərək bilmək olmur.
AZADLIĞIN POZULMASINA BIR İNDİKATOR
Bizim çəkişmədə İddiaçının Batıda da özgürlüyün cızığa salınması ilə bağlı söylədiklərinə qarşı bir düşüncə ağlıma gəldi: əgər Qərbdə kiminsə azadlıq iddiası ilə etdiyinə yasaq qoyulursa və bu yasaq insanların dinc yolla hakimiyyəti dəyişmək haqqını pozursa, onda bu yasağı haqq pozuntusu saymaq olar. Yəni Wikiliksdə yayılan bilgilər vətəndaşlarda haqlı olaraq indiki ABŞ hakimiyyətinə seçkidə səs verməmək düşüncəsini yaradırsa, bu bilgilərə görə Asanjı cəzalandırmaq, azadlığı boğmaq olacaq. Bu məsələnin aydınlaşdırılması isə məhkəmədə və ictimai debatda baş verə bilər. Hərçənd hətta onlar da yanılmaları istisna etmir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Əgər Qərbdə kiminsə azadlıq iddiası ilə etdiyinə yasaq qoyulursa və bu yasaq insanların dinc yolla hakimiyyəti dəyişmək haqqını pozursa, onda bu yasağı haqq pozuntusu saymaq olar