Azərbaycanda gənc müəllimlərə ipoteka krediti verilə bilər. Bunu Trend-ə təhsil naziri Misir Mərdanov bildirib.
"Azərbaycanda gənc mütəxəssislərin kənd rayonlarında işə cəlb olunmasının stimullaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində müəllimlərə ipoteka kreditləri verilə bilər", - Mərdanov bildirib.
Nazirin sözlərinə görə, ipoteka kreditinin verilməsi müəllimlərin kənd məktəblərində işə cəlb edilməsi üçün maraqlı ideyadır.
Azərbaycan Nazirlər Kabinetinin 2010-cu ilin aprel ayında qəbul etdiyi qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə həmin müəllimlərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə kömək göstərilməlidir. Bundan başqa, əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir.
Qərara əsasən, 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir müəllim üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat məbləğində əlavə ödənilir, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.