80-ci illərin erkənlərində mən folklorla bağlı bir kitab üçün məqalə yazmışdım. Orada impulsiv qəhrəmanlıqdan həyat pafosuna çevrilmiş ərənliyi ayırmışdım və göstərmişdim ki, oğuzlar üçün birinci tür ərənlik xarakterik idi. Ona görə də Koroğlunun çevrəsi dəlilər idi, «cin başına vurdu», «nərə çəkib qoşuna baş vurdu» deyimləri isə bu dəliliyin bildiricisi idi. Onu da deyim ki, ruscaya keçmiş «башибузуки» («başıpozuqlar») sözü də türkün impulsiv qəhrəmanlığının linqvistik törəməsidir.
ƏRƏNLİYİN İKİ TİPİ VƏ QARAÇƏNLİNİN KİTABI
O yazıda həyat pafosuna çevrilmiş ərənlik türünə sufiləri örnək göstərmişdim. Ancaq sufilərdən bir iki söz deməklə yetərlənmişdim. Nəsə problemə geniş yanaşmaq mənə aktual görünməmişdi. İllər keçdi, meydan hərəkatı gəldi və o zaman impulsiv ərənlik etikasında və estetikasında kütlələrin psixolojisini əsir-yesir etmiş oğlanlar ortaya çıxaraq azərbaycanlı qavrayışına Koroğlu dəlilərinin göstəricilərində açıldılar və ona görə də sevildilər.
Biz meydan hərəkatında statistlər rolunda iştirak edəndə prosesləri həm də analiz etməyə çalışırdıq. (aman Allah, o zaman danışmaq nə qədər maraqlı idi, nə qədər danışırdıq!) Ancaq heç ağlıma da gəlmirdi ki, meydan liderlərini tiplərinə görə 5-10 il öncə formalaşdırdığım ideyaların qəliblərinə paylamaq olar (bu zaman, məsələn, Elçibəy, İsa Qəmbər həyat pafosuna çevrilmiş ərənlik əlamətlərində açılardı).
Bu günlərdə Azər Qaraçənlinin «Azadlıq nitqləri» (Bakı, Qanun, 2010) həmin ideyaları yadıma saldı və mənə bəlli oldu ki, həmin ideyalardan bu kitaba yanaşanda onun nəliyi, necəliyi yeni yöndən açılır.
DOSTLAR, HİRSLƏNMƏYİN, SİZƏ AİD DEYİL
Düzdür, öz görkünü (obrazını) impulsiv ərənlik göstəricilərində formalaşdırmış və bu obrazla da cürətli, dişli köşə yazıları yazanlar, çıxış yapanlar, necə deyərlər, tekstlərini qəzəb, nifrət estetikasında güclü edənlər və ya azadlığı impulsiv, partlayış ərənliyində bilənlər Azərin kitabında özlərinə qınaq gördükləri üçün bu kitaba mənim heyranlığımı bölüşməzlər. Ancaq, məncə, Azərin amacı onlara qarşı deyil, o kəslərə qarşıdır ki, onlara söyləmək olar: adamların taleyi ilə ehtiyatlı olmaq lazımdır. Siz azadlıq uğrunda mübarizə aparırsınız, ona görə də sizdən xahiş edirəm, heç kimi küyləməyin, heç kimin də küyünə getməyin (səh.19). Bə niyə?
Ona görə ki, - bunu Qaraçənli yazır, - azadlıq savaşında neçə-neçə ortalıqda gəzəni aradan çıxmış gördüm, «qorxma!» deyənlərin çoxunu qorxaq gördüm, «get» deyənlərin çoxunu yerində durmuş gördüm, çox «ölərik» deyənlər sağ qaldı (səh. 29). Azər nifrət etikasında və estetikasında görklərini yapmış belə adamlara qarşı yazır, ancaq qəzəblə də yazmır. Sərkərdələrin öndə getməməsinin də məntiqi var, axı.
AZADLIĞIN DAOSSAYAĞI, DZENSAYAĞI AÇIMI
Onu da deyim ki, Azərin yazısının paradiqması, fəlsəfi söykənci Daosdan, Dzendən qaynaqlanıb. Bilmirəm bu qaynaqlanma nə qədər bilinclidir, nə qədər dolayıdır. Hər halda yazı atası Ağa Laçınlının kimliyindən birbaşa qaynaqlanıb. Ağa Laçınlı qaynağından çözələnib açılan bir yazıdı bu yazı. Bəlkə, Ağa Laçınlının Azərbaycan bilgəsindən qaynaqlanan şəxsiyyəti göstərir ki, Daosun və Dzenin Çin və Yapon dərinliklərindən çıxardıqları bir çox uluslarda olduğu kimi Azərbaycan dərinliyində də olub, sadəcə, bizdə bu olanlar öz Daosumuza, öz Dzenimizə çevrilməib?!
Baxın, Daosda və Dzendə nələr var:
«O məni, söydü, o məni döydü, o məni soydu» - kimin içində bu düşüncələr gəzirsə, nifrəti heç vaxt bitməz» («Dhammapada» - Buddizmin bu kitabı Dzenə də etgisini verib).
«Dişlər dildən bərkdirlər, ancaq tez sınıb çürüyürlər, çünki yumşaq və zəif olanlar yaşamın tumudur, bərk və güclü olanlarsa ölümə yoldaşdır».
İndi bu yumşaqlıq, qəzəbsiz fəlsəfədən Azərin deyimlərinə baxaq:
Heç kimin insanı ölümə çağırmağa haqqı çatmır. Siz özünüzü tankın altına atsanız belə, buna haqqınız çatmır (səh. 28).
Azadlıq uğrunda mübarizə aparan adam özünün haqlı olduğuna bir az da şübhə etməlidir (səh. 14).
Mübarizə aparanlara cəsarət arzulamağa ehtiyac yoxdur. Onlara yalnız səbr aşılamaq lazımdır (səh. 16).
Mən sizdən xahiş edirəm, siz azadlıq uğrunda mübarizə aparırsınız, ancaq heç vaxtı bunu riskli işə çevirməyin (əh. 20).
NƏHAYƏT, AZƏRİN, SADƏCƏ, AĞILLI SÖZLƏRİ:
Azadlıq yaşadığına görə kiməsə borclu deyil, çünki onsuz da ölən deyil (səh. 5).
Bu gün adamlar elə şeylərə dözürlər ki, vur tut yüz il qabaq ona görə qan su yerinə axırdı (12).

«Azadlıq nitqləri»
Bu kitab həyat pafosuna çevrilmiş ərənliyin fəlsəfəsinə söykənən bir nəsnədir. DOSTLAR, HİRSLƏNMƏYİN, SİZƏ AİD DEYİL