Uzaq keçmiş deyil. Sovet İttifaqı yıxıldıqdan sonra Azərbaycanda Rusiyaya rəğbət də yıxıldı. Söhbət rus xalqına, onun adamlarına, mədəniyyətinə, elminə deyil, Rusiya dövlətinə etimaddan gedir. «200 illik işğal» ifadəsi dillərdən düşmürdü. 200 illik işğal bitmişdi, amma Rusiyaya etimadsızlıq bitmirdi. İşğalçılara himayədarlıq etməsi, Qarabağın işğalında oynadığı rol bu ölkəyə qarşı etimadsızlığı daha da gücləndirmişdi. Rusiyanın avtoritar və şovinist bir dövlət olması, «derjava» olmaq iddiaları da həmçinin...
Moskva da bunu bilirdi. 1993-cü ildə qiyam üsulu ilə milli hökuməti yıxdıqdan sonra da Rusiyaya etimad bərpa olunmadı. MDB kimi mənasız bir quruma daxil olmaq milli faciə kimi qəbul olunurdu. Rusiyanın adı gələn yerdə «Amandı, qoyma gəldi» ovqatı baş qaldırırdı.
Azərbaycan hakimiyyətinin Rusiyanı eşitməsi, burada bəlli şəbəkəyə sahib olmaq hələ cəmiyyətin özündə gözəçarpan əhatədə tərəfdar qazanmaq demək deyil. Lakin rusiyapərəst siyasi və ictimai qüvvələr, təşkilatlar yaratmaq cəhdləri baş tutmadı. Çox cəhdlər edildi, çox planlar oldu, çox adamlara ümid bağladılar. Alınmadı. Bu ölkədə Rusiyaya rəğbət bəsləyən siyasətçi olmaq arzuolunmaz şəxsiyyətə çevrilməyə bərabər olub. Bu səbəbdən Rusiya partiyası yaratmaq və xalqdan dəstək almaq müşkül idi. Başqa bir amil də vardı...
Azərbaycanda yalnız bir ölkəyə səmimi etimad və sevgi vardı. Bu illərdə böyük əksəriyyət qətiyyətlə inanıb ki, ölkəmizin yeganə səmimi dostu varsa, o da Türkiyədir. Rusiya, İran və yaxud başqa bir ölkə isə bu məsələdə Türkiyəyə yalnız həsəd apara bilərlər...
Amma nəhayət, Moskva yeni plana baş vurdu: Azərbaycanda Rusiya partiyası yaratmaq üçün ilk öncə Türkiyəyə etimadı yıxmaq. Bu günlərdə biz onun şahidi olduq. Bir güllə ilə iki dovşan vurmaq buna deyillər. Həm Ermənistanı Türkiyədən, onunla və onun qapısı ilə Qərbə yaxınlaşmadan uzaq tutmaq, həm də Azərbaycanda Türkiyəyə sevginin təməlini laxlatmaq...
Sərhədlərin açılması fonunda anti-Türkiyə kampaniyası bunun üçün lazım idi. İlham Əliyevin İstanbula getməməsi məhz buna rəvac verdi. Hətta çox maraqlı mənzərə yarandı: bizim müxalifət də eyni ilə «Daşnaksutyun» kimi məlum «Yol xəritəsi»nə etiraz etdi.
Rusiya bu dəfə kobud tank gedişi etmədi. İncə bir oyun qurdu. Kütlənin hislərinə və kütlənin hislərindən çəkinən liderlərin addımlarına hesablanan tələ quruldu. Heç bilirsiniz, nə qədər adam bu tələyə düşdü?!