Keçid linkləri

Təcili xəbərlər

Dikdaban ayaqqabılar sağalmaz xəstəliyə səbəb ola bilər


Gözəllik qurban tələb edir deyirlər. Ancaq, qadınların dikdaban geyinib gözəl görünmək istəkləri, onların özlərini qurbana çevirə bilər.

Stanford Universitetinin alimlərinin yeni araşdırması üzə çıxarıb ki, dikdaban ayaqqabıda çox gəzmək ölümcül nəticələrə gətirib çıxara bilər.

Araşdırma nəticəsində bəlli olub ki, davamlı olaraq dikdaban ayaqqabıda gəzmək diz ostreoartritinə səbəb ola bilər. Bu xəstəlik iltihab və ağrıyla xarakterizə olunur.

Buna da bax: Alzheimer xəstəliyini erkən əlaməti

Tədqiqat göstərir ki, saatlarla dikdaban ayaqqabı üzərində qalmaq oynaqları gərginləşdirir, güclü təzyiqdən sümüklər aşınır, toxumalar zədələnir. Artıq çəkili insanlarda fəsadlar daha ağır olur. Xəstəlik nəticəsində orqanizmdə qan dövranı pozulur, qadın özünü halsız hiss edir, bəzən də hərarət yüksəlir.

Bəzi hallarda, dizdə sədəf əmələ gəlir, oynaqlar sıradan çıxır, ani bir yıxılma hətta ölümə gətirib çıxara bilir.

Mütəxəssislər vurğulayırlar ki, bu xəstəliyi müalicə etmək mümkün deyil. Belə hallarda zərif cinsin nümayəndələri zədələnmiş oynaqları protezlə əvəzləmək üçün əməliyyata girməyə məcburdurlar.

XS
SM
MD
LG