Mars One layihəsinin təşkilatçıları təklif etdikləri Marsa geridönüşsüz ekspedisiyanı 2031-ci ilə qədər təxirə salıblar.
“2031-ci ildə 4 astronavtdan ibarət bir ekipaj Marsa göndəriləcək”, deyə layihənin yenilənmiş “yol xəritəsində” qeyd edilib. Daha öncə isə bu ekspediyasının 2026-cı ildə həyata keçiriləcəyi nəzərdə tutulmuşdu.
Bundan başqa, təşkilatçılar idarəedilməyən missiyanın da tarixini 2018-ci ildən 2022-ci ilə dəyişiblər.
Missiyaların tarixi ilə bağlı dəyişikliklərin Mars One layihəsinin sahibi dəyişəndən sonra qəbul olunmuş “yeni maliyyə strategiyası” ilə bağlı olduğu deyilir. Layihənin satışı ilə bağlı razılaşma ötən həftə baş tutub.
Buna da bax: Antraktida buzlarından nəhəng aysberq ayrılır
“Mars One missiyası yalnız iqtisadi baxından əlverişli olarsa baş tuta bilər. Bunun üçün isə layihəyə sərmayə lazımdır”, deyə şirkətin həmtəsisçisi Bas Landsdrop bildirib. Təşkilatçılar yenilənmiş strategiyalı layihənin aksiyalarını Frankfurt birjası siyahısına daxil etməyə çalışırlar. Məqsəd ilk mərhələdə lazım olan məbləğin, yəni 10 milyon avronun toplanmasıdır.
Hal-hazırda missiyada iştirakçı olmaq üçün göndərilən 200 min anketdən təşkilatçılar 100 nəfəri seçiblər. Güman edilir ki, bu 100 nəfərdən planetə göndəriləcək 24 nəfər seçiləcək.