Keçid linkləri

Təcili xəbərlər

Su üzərində çalışan ilk lazer hazırlanıb


laser beem
laser beem

İsrail Texnologiya İnstitunun tədqiqatçıları ilk dəfə göstəriblər ki, işıq və su dalğalarının qarşılıqlı təsiriylə lazer şüaları yaradıla bilər.

Bu “su-dalğa lazeri” gələcəkdə işıq, səs və su dalğalarını birləşdirən kiçik ölçülü sensorların, hüceyrə biologiyasının öyrənilməsi və yeni dərmanların sınanması üçün mikro-axıcı cihazların yaradılmasında işlənə bilər.

Bu “su-dalğa lazeri” gələcəkdə işıq, səs və su dalğalarını birləşdirən kiçik ölçülü sensorların, hüceyrə biologiyasının öyrənilməsi və yeni dərmanların sınanması üçün mikro-axıcı cihazların yaradılmasında işlənə bilər.

Tədqiqatçılardan Tel Karmon (Tal Carmon) deyir ki, bu araşdırma əvvəllər bir-biriylə əlaqəli sayılmayan iki tədqiqat: qeyri-xətti optika və su dalğaları arasında ilk körpüdür.

Ənənəvi lazerlər atomlardakı elektronlar kənar qaynaqdan udulan enerjiylə “həyəcanlanan” zaman yaradıla bilir. Bu zaman lazer işığı şəklində radiasiya yayılır.

Professor Karmon və həmkarları isə ilk dəfə göstəriblər ki, maye cihaz içərisindəki su dalğalarının rəqsi də lazer şüalanması yarada bilər.

Buna da bax: Zamanda səyahət nəzəriyyəsi təsdiqini tapır

İşığın su dalğaları ilə qarşılıqlı təsirindən lazer yaradılması imkanı əvvəllər sınanmayıb. Buna səbəb maye səthində su dalğalarının aşağı (saniyədə 1000 rəqs), işıq dalğalarının isə yüksək tezlikli (saniyədə 1014 rəqs) rəqsidir. Bu tezlik fərqi l işıq və su dalğaları arasında enerji mübadiləsinin effektliyini azaldır.

Effektivliyi tənzimləmək üçün araşdırmaçılar kiçik su damlası içərisinə fiber optiklə işığı çatdıran cihaz hazırlayıblar. Nəticədə, işıq və su dalğaları maye içərisində milyon dəfələrlə kəsişərək, lazer şüalanması üçün enerji yaradıblar.

Su damcısı mövcud lazer texnologiyasında işlədilən materiallardan milyon dəfə yüngüldür. Tədqiqatçılar deyirlər ki, bu texnologiya lazer şüalanması və tutumunu daha yaxşı idarə etməyə imkan verəcək.

Ən son yazılan

XS
SM
MD
LG