Alimlər mövcud təkamül nəzəriyyəsini dəqiqləşdirmək üçün yeni yollar axtarır. Artıq son on il ərzində bioloqlar Darvinin nəzəriyyəsini genetika və elmin digər sahələrində yeni tapıntılarla tamamlamağa başlayıblar.
Bioloqlar hesab edir ki, bəzi hallarda epigenetik dəyişikliklər gələcək nəsillərə ötürülə bilər, bu isə mövcud təkamül nəzəriyyəsinə ziddir.
Bunun nəticəsində yeni istiqamət - "sintetik təkamül nəzəriyyəsi"in yaradılması ideyası artıq neçə illərdir ki, qızğın müzakirə olunur.
Alimlər müxtəlif növlərin həyat prosesləri barədə çoxsaylı kəşflər ediblər. Bu, onlara genomları sıralamaq, embrionlarda genlərin aktivləşməsini və fəaliyyətsizləşməsini izləmək imkanı verir. Bunun sayəsində alimlər həm də ayrı-ayrı növlərin ətraf mühitdəki dəyişikliklərə reaksiyasını yoxlaya bilirlər.
Bir qrup bioloq belə qənaətə gəlib ki, bu gün sintetik təkamül nəzəriyyəsinin özünə də yenidən baxılmalıdır. Beləliklə, yeni “genişləndirilmiş sintez” konsepsiyası yaranıb.
Bioloqlar hesab edir ki, bəzi hallarda epigenetik dəyişikliklər gələcək nəsillərə ötürülə bilər, bu isə mövcud təkamül nəzəriyyəsinə ziddir. Beləliklə, irsiyyətin gen zəncirindən kənarda baş verən növlərindən birini aşkar edilib.