Galaxy S7 təhlükəsizdirmi?
Samsung şirkətinin rəsmi açıqlamasına əsasən Galaxy S7 və Galaxy S7 Edge smartfonları təhlükəsizdir. İstifadəçilər bu cihazların yanmasından narahat olmamalıdırlar.
Şirkət bildirir ki, Galaxy S7-də heç bir qüsur yoxdur. Vurğulanır ki, smartfonun batareyasının hazırlanmasına xüsusi diqqət yetirilir.
PARTLAMA İDDİALARI
Bir müddət öncə Galaxy Note 7 cihazları partladığı üçün “Samsung” onun istehsalını dayandırdı. Bundan sonra istifadəçilər arasında S7-nin də alovlanma xəbərləri yayılmağa başladı.
Bu yaxınlarda S7 istifadəçilərindən biri smartfonun cibində alovlandığını, şirkəti məhkəməyə verəcəyini bildirmişdi. ABŞ-da məşhur mağazalardan birində çalışdığını iddia edən satıcı isə mağazaya smartfonun yanmasından şikayətlənən müştəri gəldiyini demişdi.
SAMSUNG: “SƏBƏB XARİCİ TƏSİRLƏR OLA BİLƏR”
“Samsung” diqqətə yetirir ki, smartfonun təhlükəsizliyinə düzgün istifadə olunduqda zəmanət verir. İstifadə qaydalarına əməl olunmazsa, cihazın batareyası partlaya bilər: “Bu cihazların batareyalarıda daxili problemlər yoxdur, baş verən qəzalar xarici səbəblərdən olub”.
Şirkət bildirir ki, alovlanan smartfonları incələmədən partlayışın səbəbini bilmək imkansızdır.