Avropa tibb işçilərinin məlumatlarına görə, antibiotiklər bakteriyalarla mübarizədə gücünü itirməkdə davam edir. Bu həmçinin ən son antibiotiklərinə də aiddir. Görünən odur ki, ağciyər iltibahnı yaradan təhlükəli mikroorqanizmlər bu antibiotiklərə qarşı da dözümlüdür. Sağlamlıq və Qida Təhükəsizliyi üzrə Avropa komissarı Vitenis Andrükatisin sözlərinə görə, digər sahələrdə tibb elmi çox irəli getmiş olsa da, adi viruslarla mübarizə apara bilmir.
“Antibitoik müqaviməti hal-hazırda dövrümüzün ən aktual ictimai səhiyyə məsələsidir”, deyən Andrükatis onu da qeyd edib ki, komissiya mikrobların antibiotiklərə qarşı davamlılığı probleminə çox ciddi baxır. Hazırda mütəxəssislər bu prosesin “dayandırılması” ilə bağlı tədbirlər görürlər. Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzi məlumat verib ki, alimlər, patogenlər yeni preparatlara çox sürətlə “vərdiş” edirlər.
Buna da bax: İnternet asılılıq qloballaşır
Bundan daha pisi isə odur ki, mikroorqanizmlərin 8 faizindən çoxu karbapenem və kolistin sinfinə aid olan antibiotiklərə davam gətirməyə qadirdir. Bu sinif antibiotiklər isə infeksiyalara qarşı hazırda “mübarizənin son müdafiə zolağı” hesab edilir. Təbii haldır ki, bu durumda pnevmoniya xəstəliyini törədən infeksiya ilə insan orqanizminin immun sistemi üz-üzə qalmış olur. Çünki heç bir antibiotik “super-bakteriya”ya qarşı tab gətirmir.
Bu minvalla digər yayılmış və təhlükəli hesab edilən mikroblarla yeni bir “müharibə” inkişaf edir - misal üçün, bağırsaq çöpü. Alimlər qeyd edirlər ki, bu “biomüharibə”də antibiotiklərin məğlubiyyət təhlükəsi realdır.